Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə72/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   68   69   70   71   72   73   74   75   ...   107
Sıra: qələm yazmır; polis tərəfindən yaxalanma; orqa­nizm üçün ziyanlı; çörək pulu qazanmaq.

8) Antonomaziya (yunanca antonomasia – yenidən adlan­dırmaq; antonomazein – başqa cür adlandırmaq) bəzən sinek­do­xanın bir növü kimi qəbul edilir. Bu tip ümumi adın əvəzinə çox zaman hamıya məlum olan xüsusi adı nəzərdə tutur. Aydın məsələdir ki, antonomaziya da adlandırmanın imkanlarını ge­niş­ləndirir və özündə analogiyanın elementini ehtiva edir. Düz­dür, antonomaziya da, əksər troplar kimi çox vaxt analogiyanın üzvlərinin müqayisə edildiyi əlaməti göstərmir.

Bu əlamət öz-özünə məlum olur: buna görə də alleqoriya kimi, antonomaziyanı da oxumaq üçün müəyyən «fon» yara­dacaq biliklər lazımdır. Şəxsin (bir sıra hallarda isə predmetin, hərəkətin və s.) obyektə aid edilən xüsusiyyəti əvvəlcədən mə­lum olmalıdır. Neqativ cəhətdən istifadə edilən analogiya qay­dasını yenidən xatırlayaq: analogiyanın müqayisə edilən hər iki üzvü və onların müqayisə olunduğu əlamət göstəril­mə­lidir (alleqoriya ilə müqayisə et).

- Model: (xəsis adam haqqında) Hacı Qara.

- Nümunə: O, bəzən, əsil Siserondur!

Bu antonomaziya belə bir fikrə əsaslanır ki, Siseron mü­kəmməl şəkildə kütlə qarşısında çıxış etməyi bacarırdı. Bizim nümunədə isə natiq, yəqin ki, ən yüksək dərəcədə bu key­fiy­yətə malikdir.

Antonomaziyanın bu halı digərləri kimi yalnız analogiya qaydasından neqativ istifadəni nəzərdə tutmur, istənilən anto­nomaziya daha bir məntiqi qaydadan əks mənada istifadə edir. İki xüsusi hökmdən heç bir nəticə çıxartmaq olmaz. Nəzərdən keçirdiyimiz antonomaziyanın gizli şəkildə ehtiva etdiyi xüsusi hökmdar aşağıdakılardır:

Siseron məşhur natiqdir.

N də tədricən məşhur natiqə çevrilir.

(nəticə)


N də tədricən Siserona çevrilir.

Məntiqi baxımdan bu sillogizmin əsassız olması paralo­gika baxımından antonomaziyanın əsassız olmasına gətirib çı­xart­mır: birincisi, paraloqik cəhətdən nəzərdən keçirilən obyekt­lər qarşılıqlı olaraq bir-birini əvəz edə bilərlər; ikincisi, obyek­tin müqayisə edildiyi şəxsin hamının tanıması - obyektin bu şəxs ilə eyniləşdirilməsinə deyil, yalnız müqayisə edilməsinə təmi­nat verir.



Sıra: «Uzatma, Torçubaşev» (yəni özünü bu məşhur hə­kimə bənzətmə), mənim «odisseyam» (yəni macəralarım Ho­me­rin «Odisseya»sında olduğu kimi); müasir dövrün Molla Pənah Va­qifi;

9) Hipallaq çox nadir tropdur. Onu da çox zaman meto­nimiyanın bir növü kimi nəzərdən keçirirlər.

Hypallassein yunancadan tərcümədə yerini dəyişdirmək deməkdir. Bu məna ilə əlaqədar olaraq hipallaq bu və ya digər strukturun tərkibində sözlərin rokirovkası kimi müəyyən edilir. (rokirovka – şahmat oyununda şah ilə topun yerinin dəyişdiril­mə­sinə deyilir). Hipallaqi həyata keçirmək üçün strukturu təş­kil edən komponentlər arasındakı əlaqələr kifayət qədər aydın olmalıdır. Əks halda müvafiq struktur sadəcə olaraq anlaşılmaz tə­sir bağışlayacaq. Buna görə də hər şeydən əvvəl həqiqətən sa­bit söz birləşmələri belə əməliyyata məruz qalır. Onların struk­turundakı yerdəyişikliyi komponentlər arasındakı ilkin mü­­­na­sibətləri görməyə imkan verir.

- Model: boz papaq və qırmızı canavar.

- Nümunə (qəzet başlığı): Rusiyanın işıqlı keçmişi və qa­ran­­lıq gələcəyi.

Bütün mübahisəli cəhətlərinə baxmayaraq, burada əks olu­nan hipallaq çox professional şəkildə həyata keçirilib: roki­rovka üçün götürülmüş söz birləşmələri stereotiplər kimi həd­dindən artıq sabit olmaqla yanaşı, həm də bütün stereotiplər ki­mi öz mənasını itirir və bu səbəbdən də tamamilə yenidən tər­tib edilə bilir.

Bütün hipallaqlar kimi bu hipallaq da yaradıcı təfəkkürün məhsuludur və analogiya qaydalarından birini neqativ cəhət­dən tətbiq edir. Bu qayda refleksivlik qaydasıdır, yəni müqayi­sə edilən obyektləri özü ilə eyniyyət təşkil etməlidirlər ki, onla­­rı müqayisə etmək mümkün olsun. Bu «obyektlər» açıq şə­kildə özü ilə eyniyyət təşkil etmir (müqayisə prosesində əla­mət­lərin rokirovkası birbaşa həyata keçirilir). Bu pozitiv mən­tiq baxımından səhv sayılsa da, neqativ məntiq baxımından baş­­­qa cür qiymətləndirilir: anlayışların sadəcə yer dəyişikliyi hər iki söz birləşməsini mənasız edir.

Sıra: heç olmamaqdansa, gec olmaq yaxşıdır; mənəvi cə­hətdən sağlam və fiziki cəhətdən sabit, saraylara sülh, dax­ma­lara - müharibə.

10) Enallaqa (1) (yunansadan tərcübədə enallage – çev­ril­mə, yer dəyişikliyi deməkdir) özünün hər iki modifikasiyası ilə birlikdə metonimiyanın ayrıca növü kimi də nəzərdən keçirilir. Bu, trop əlamətin yer dəyişməsini nəzərdə tutur. Texniki cə­hət­­dən bu aşağıdakı şəkildə baş verir: iki anlayış bir-biri ilə mü­­­­qayisə edilir, onlardan birinin hansısa əlaməti həmin anla­yışdan «alınır» və digər anlayışa şamil edilir; beləliklə, bu əla­mət digər anlayışın əlamətinə çevrilir.

Enallaqanı «görmək» bəzən kifayət qədər çətin olur: söz birləşməsinin komponentləri sanki assimilyasiya edir, onların ara­­­sın­dakı sərhədləri aradan qaldırır. Buna görə də enallaqa asan­­lıqla auditoriyanın diqqətindən yayınan troplardan biridir.

Burada da biz rokirovka hadisəsi ilə qarşılaşırıq, amma enallaqa yalnız əlamətlərin rokirovkasını nəzərdə tutur.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin