Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə70/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   66   67   68   69   70   71   72   73   ...   107
Model: dadsız görünüş.

Nümunə: Mənə elə sübut göstərin ki, mən onu əlim ilə yox­layım.

Aydın məsələdir ki, sübutu eşitmə orqanının köməyi ilə qavramaq olar, burada əl ilə yoxlamadan söhbət gedə bilməz. Deməli, məntiq qanunundan burada neqativ mənada istifadə edilib. Bu sinesteziya ilə əlaqədar olaraq çox vaxt baş verdiyi kimi, açıq-aydın həddindən artıq geniş xarakter verilən ümumi mühakimənin qaydasıdır. Bu halda isə insanın bu və ya digər duyğu orqanlarına adətən həddindən artıq geniş xarakter verilir.

Nümunəmizin üzərinə bir daha qayıdaq. Danışan açıq şə­kildə lamisə orqanının universal xarakter daşıması fikrini irəli sürür və sanki aşağıdakı sillogizmi qurur:

İstənilən məlumatı əl ilə yoxlayaraq qavramaq olar.

Sübut məlumatdır.

(nəticə)


Sübutu əl ilə yoxlayaraq qavramaq olar.

Pozitiv məntiq praktikası baxımından bu daha böyük müha­kimənin səhvidir ki, bu da yalan mühakiməyə gətirib çı­xarır. Amma neqativ, paralogik şəkildə istifadə olunan ümumi müha­kimənin qaydası trop yaradır. Nəticədə isə qarşılıqlı ola­raq əvəz olunmayan anlayışlar qarşılıqlı olaraq əvəz olunurlar. Beləliklə, qayda əks tərəfə inkişaf etməyə başlayır.



Sıra: ağır çəkili sübut; "qadınlar qulaqları ilə sevir"; "sən nə ilə qulaq asırsan"?; mədəsi ilə düşünən; soyuq mühakimə; parlaq çıxış.

4) Alleqoriya (yunancadan allegoria – eyham, məcaz de­məkdir) metaforik troplardan biri olub metaforaya çox ya­xın­dır. Bu səbəbdən də onu çox vaxt "sistemləşdirilmiş meta­fo­ra" adlandırırlar, çünki alleqoriya daha ardıcıl sürətdə fikri "tab­loya" köçürür. Sonradan "tablo" əsasında yenidən fikir anlamaq la­zımdır. Analogiya qaydasının neqativ istifadəsini asanlıqla müəyyən etmək olar: alleqoriya zamanı müqayisə edilən adə­tən, ümumiyyətlə, göstərilmir, o, mətnin arxasında yox olur. Alleqoriyanın "kələyi" ondan ibarətdir ki, tablo vasitəsilə yara­dı­lan təsəvvür adətən, öz "ilkin" görünüşündə qavrayış üçün çox çətindir.

Bu abstrakt anlayışlar adətən tamamilə konkret «təsvir» şəklində, bəzən şəxsləndirmə kimi ötürülür.

- Model: Kağız pələngin də pəncəsi var

- Nümunə: (Moskvada yaponların konqresinin açılışında). Bizim «Pallada» hərb gəmimiz artıq neçənçi dəfədir yola dü­şüb.

(Nümunə özündə alleqoriyanı ehtiva edir; bu alleqoriyanı başa düşmək üçün 1852-55-ci illərdə «Pallada» rus gəmisi ilə Yaponiya sahillərinə yan alan diplomatik nümayəndə heyətinin gəmi səfərlərinin tarixini bilmək lazımdır). Bu səfərlər nəti­cə­sində isə Yaponiya ilə sülh və əməkdaşlıq haqqında mü­qa­vi­lə imzalanmışdı. Alleqoriya rusların təşəbbüsü ilə xalq­ların növ­bəti yaxınlaşma aksiyasını (əvvəlki aksiyalar kimi) nəzərdə tutur.

Bu alleqoriya müqayisə olunan obyektlərdən yalnız biri­nin adını çəkib-həmin obyekt vasitəsilə müqayisə reallaşdırılır. Müqayisə olunan obyektin adı isə çəkilmir, amma yaponların Moskvadakı konqresi analogiyanın ikinci üzvü kimi nəzərdə tu­tulur. Analogiya əməliyyatının əsasında duran əlamətin də (xalq­ların yaxınlaşmasına edilən kömək) adı çəkilmir.

Bu halda məntiqi qaydalardan hansının neqativ istifadə olunduğunu nəzərdən keçirsək, onda bunun zəruri şərt qaydası olduğunu görərik. Bu halda şərt odur ki, «Pallada» hərb gəmisi ya­pon­ların konqresi deyil, amma yaponların konqresini simvol­laşdıra bilər (qismən ona görə ki, «Pallada» gəmisinin Yaponi­ya sahillərinə üzməsi bir dəfə olan aksiya idi və gəminin növ­bəti səfəri nəzərdə tutulmur). Bizim qarşımızda sanki yanlış sillogizm yaranır:

Yaponların konqresi xalqların yaxınlaşmağını nəzərdə tu-

tur.


«Pallada» gəmisi xalqların yaxınlaşmağını simvollaşdırır.

(nəticə)


Yaponların konqresini özünəməxsus şəkildə «Pallada» gəmisi kimi nəzərdən keçirmək olar. Bu sillogizmin əsassız olduğu pozitiv məntiq baxımından aydındır, amma paraloqika baxımından qətiyyən belə deyil: zəruri şərt qaydası bu halda qeyri-mühüm amil kimi inkar edilir.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin