Нязяри вя практики риторика


§6.1.2. Həqiqi olmayan troplar



Yüklə 3,92 Mb.
səhifə78/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   74   75   76   77   78   79   80   81   ...   107

§6.1.2. Həqiqi olmayan troplar


24) Aposiopeza (qəsdən deməmə) (yunancadan tərcü­mədə aposiopan-susan, səs çıxarmayan deməkdir) çox maraqlı troplar qrupunu nəzərdə tutur. Biz bir troplar qrupunu həqiqi olmayan troplar adlandırırıq. Artıq qeyd etdiyimiz kimi, onların səciyyəvi cəhəti həqiqi troplardan fərqli olaraq onların həqiqi meyarından daha çox səmimiyyət meyarı ilə ziddiyyət təşkil etmələridir. Həqiqi olmayan tropların faktiki olaraq hər bir kon­kret halda fiqurativ mülahizəyə müraciət etməkdən başqa digər seçim imkanları yoxdur: demək olar ki, bütün hallarda fikri birbaşa olaraq ifadə etmək mümkün olmur.

Artıq qeyd etdiyimiz kimi, motivlər hər şeydən əvvəl etik xarakter daşıyır: bu etik cəhətdən «şeylərin öz adı ilə çağırıl­masının» mümkün olmaması və ya arzu edilməməsidir. Amma, aydın məsələdir ki, bu trop qrupun tətbiq edildiyi situasiyaların müxtəlifliyi yalnız etik nitq situasiyaları ilə məhdudlaşır (mü­qa­yisə et: məsələn «şeylərin öz adı ilə çağırılmasına» olan mə­nasız inam belə motivlərdən biri kimi çıxış edə bilər).

Bu mənada ən ardıcıl mövqe ümumiyyətlə, öz adı ilə ça­ğı­rılmamasıdır. Belə mövqe adətən ənənəvi olaraq «qəsdən de­­məmə» adlandırılan tropda nəzərdə tutulur.

Bu tropun müəyyən edilməsi heç də asan deyil, çünki o, baş verənləri tam dəqiq şəkildə təsvir edir. Başlanmış nitq nəinki yalnız kəsilməz, o, uğurla davam edə də bilər, amma auditoriya üçün mühüm olan məlumatın fraqmenti sadəcə ola­raq «itir». Maraqlıdır ki, bəzən bu fraqment heç bir xəbərdarlıq edilmədən itir (gizli forma) və bu zaman «itmiş şey» haqqında yalnız cümlənin sintaksis təsvirinin dəyişkənliyinə, məsələn, pauzaya və ya onun yazılı nitqdə qrafik əvəzləyicisi kimi nöq­tə­lərə əsasən mülahizə irəli çürmək olar.

Digər situasiyalarda danışan açıq taktikadan istifadə edir; belə ki, bu zaman o, əvvəlcədən növbəti addımda «qəsdən de­məmə» taktikasından istifadə edəcəyi barəsində auditoriyanı xə­bərdar edir (məsələn, bu barədə mən heç nə deməyəcəm). Bu açıq taktikadır.

Burada həm də paralogik hiyləgərlik də var ki, bu da «qəsdən deməmə» taktikasını ritorik baxımdan daha maraqlı edir: Bu zaman yaranan paraloqik effekt-demək olar ki, açıq-aydın olanın gizlədilməsidir.

- Model: onlar görüşürlər, onlar arasında olan isə sirrdir.

- Nümunə: Amma mühəribəni davam etdirmək… bunun necə adlanması haqqında danışmayaq.

Qəsdən deməmə taktikasının açıq forması – belə etik situasiya üçün çox münasibdir; belə ki, belə situsiyada rus hakimiyyət orqanlarına qarşı çox güclü ittihamlar irəli sürülür. İttihamın səslənməməsinə baxmayaraq (qəsdən deməmə tak­tikasının «müdaxiləsi» səbəbindən) onun məzmunu prinsipcə yaxşı məlumdur. «Deyilməyən» ilə «deyilən» arasındakı mə­sa­fə paraloqik baxımdan çox qısadır, amma məntiqi baxımdan bu məsafə çox böyükdür.

- Model: Amma uşaqlardan istifadə ilə pornoqrafiya – bunu öz adı ilə çağırmağa heç adamın dili də gəlmir; qurbanın miqdarı artıq məlumdur… onu yenidən təkrarlamaq günahdır.

25) Asteizm həqiqi olmayan troplardan biri kimi ironiya formasıdır (yunanca asteismos – məcazi mənada hazırcavablıq deməkdir). Trop kimi asteizmin xarakteristikası zamanı adətən sözün dar mənasından istifadə edilir (belə ki, geniş mənada asteizm ümumiyyətlə, istənilən incə zarafat nəzərdə tutur).

Dar mənada asteizm kompliment kimi müəyyən edilir. Amma bu komplimenti başqası üçün deyil, özün üçün edirsən. Başqa sözlə bu məzəmmət formasında olan tərifdir.

Aydın məsələdir ki, asteizmin həyata keçirilməsi anti­fra­zisdə olduğu kimi kontekstual «şəffaflığı» tələb edir. Əks hal­da asteizm riyakarlığa çevrilir.

- Model: Sizin sadiq qulunuz.

-Nümunə: Biz ki, rusuq, elə deyilmi? Eynilə əvvəllər olan «vintiklər» kimi «Biz… «vintiklərik» asteizmi (burada «vintik» sözünü Stalinin dövründə işlənən mənasında qəbul etmək lazımdır) asanlıqla özünün əsl mənasını ifadə edir; belə ki, burada nəzərdə tutulan əsl məna «əslində biz özümüzdə böyük bir qüvvəni birləşdiririk» fikrini özündə ehtiva edir. Əsl mənanın başa düşülməsi yenə də yaxşı (dəqiq) qurulmuş kontekst sayəsində mümkün olur.

Burada neqativ mənada istifadə olunan məntiqi qanun-üçüncünü istisna qanunudur. Burada əslində müəllif bu qa­nunun tələbləri nəzərə almayaraq eyni zamanda iki bir-birinə zidd mülahizəni irəli sürür və onların hər ikisini eyni zaman «həqiqi» mülahizə kimi qəbul edir: «Biz heç bir qüvvəyə malik deyilik» və «biz özümüzdə böyük qüvvəni birləşdiririk». Məhz bu amil asteizmin semantik cəhətdən effektli olmasını təmin edir.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin