Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə81/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   77   78   79   80   81   82   83   84   ...   107
Sıra: ölkədə tarixdə hələ heç bir zaman baş verməmiş böhran yaranır; borclarını verəndən sonra onun özü lüt qaldı…

30) Litota (yunancadan tərcümədə litos-xırda, cüzi de­məkdir) bəzən həm də «meyozis» də adlandırırlar. Bu trop bir­başa olaraq hiperbolaya ziddir və ənənəvi olaraq özündə «ki­çiltmə» əks etdirir. Başqa sözlə desək, burada ya qeyri-şüuri olaraq («bir dəqiqə gözləyin!»), ya da qəsdən, daha doğrusu müəyyən fiqurativ məqsədlə «böyük kəmiyyət», «kiçik kə­miy­yət»i əvəz edir.

- Model: nəyin isə heç olmamağındansa, az olmağı yaxşıdır.

- Nümunə: Yeni Rusiyada varlıların sayının digər vətəndaşların sayı ilə faiz nisbətini dillə ifadə etmək mümkün deyil.

Əlbəttə ki, ifadə çox kiçik kəmiyyəti nəzərdə tutur, amma məntiqi baxımdan faiz nisbətini göstərən çox kiçik kə­miyyəti də dillə ifadə etmək olar. Paraloqik vasitə olan litota «mümkün olmayanı» həyata keçirir və bununla da eyniyyət qa­nunu ilə ziddiyyət təşkil edir. Bu qanuna əsasən müqayisə etmə müəyyən etmənin əvəzində işlənə bilməz.

Sıra: … deyirlər ki, o, ümumiyyətlə, yatmır- heç bir dəqiqə də; artıq çoxdan heç kim Moskvada işə getmir;

31) Perifraza (yunancadan tərcümədə perifrasis: peri-ətrafında, dövrəsində və frasis- ifadə deməkdir) elə tropu nəzərdə tutur ki, burada bir anlayış bir necə anlayış vasitəsilə göstərilir, daha doğrusu bu anlayışın adı çəkilmir, o, təsvir edi­lir. Bu isə öz növbəsində səmimiyyət meyarı ilə ziddiyyət təş­kil edir.

Adlandırma əvəzinə təsvir etmədən biz gündəlik nitq praktikasında çox geniş istifadə edirik. Bir çox səbəblərdən obyekti birbaşa olaraq adlandırmaq olmaz. Amma bütün bu hal­­­larda təsvir etmə ritorik deyil, praktik xarakter daşıyacaq. Pe­rifrazadan isə trop kimi yalnız ritorik məqsədlər üçün isti­fadə edilir.

- Model: nöqtə, vergül, minus, gülməli sifət, çubuq, xi­yarcik,… (insan şəklini uşaq çəkəndə)

- Nümunə: Hamı üçün pulsuz sosiskalar, afişalar, rek­lamlar və işarələr, «Bizim fəlakətimiz» haqqında qısa nitq, əl ilə görüşmə, qucaqlaşma… bir də gördün mandatı qazanır­dın!

Bu nümunə həyata keçirilən perifraz seçki kompaniyasını təsvir edir, amma onun adını çəkmir; bunu yalnız dolayı yolla edir – «bir də gördün mandatı qazanırdın». Paraloqik təsvirin məntiqi təsvirdən fərqini bu nümunədə aydın şəkildə görmək olar: ümumi anlayışı təqdim edən xüsusi anlayışların öz aralarında heç bir əlaqəsi yoxdur. Belə ki, məsələn, əgər kimsə seçki kompaniyası ilə sosiska arasında hansı əlaqənin mövcud olduğunu soruşsa, yəqin ki, veriləcək cavab elə də asan olmayacaq.

Perifraz ilə əlaqədar olaraq «pozulan» məntiqi qanun «öz aralarında zəruri olan heç bir əlaqənin olmadığı arqumentlər» adlanır (burada həmcinin eyniyyət qanununun də tələbləri pozulur).

Sıra: paytaxt sakinləri ağzı ilə nəfəs alırlar (yəni təng­nəfəs olurlar); dünənki qaçqınlar sökülmüş ciblərini pulla dol­durur; mənzil, villa, maşın, isveç dilini bilən məşuqə, Oksfor­da oxuyan uşaqları … xoş güzəran!

32) Allüziyanın (latıncadan tərcümədə allusio-eyham deməkdir) latıncadan tərcüməsi onun haqqında olan bütün mə-lumatı özündə ehtiva edir: biz burada həqiqətən eyham ilə qar­şılaşırıq. Nəyə isə eyham vurmaq məharəti mülahizənin qu­rul­masının iki əsas ritorik aspektini: birincisi, auditoriyaya göndə­rilənin dərk edilməsinin mümkünlüyünü; ikincisi, göndə­ri­lənin predmeti (şəxs, hadisə, proses) ilə heç olmasa paraloqik bağlı­lığının olmasını nəzərdə tutur. Beləliklə, allüziya analoqiyadır.

Allüziyanın özünəməxsusluğu ondadır ki, onun proyek­siya ediləcəyi obyekt göstərilmir: auditoriya danışanın ona mə­lum olan faktlardan hansını nəzərdə tutduğunu özü müəyyən etməlidir. Beləliklə, yenə də analoqiyanın üzvlərindən biri, onun­la birlikdə isə çox zaman həm də analogiyanın üzvlərini birləşdirən əlamət mövcud olmur.

Allüziya çox vaxt artıq nəzərdən keçirdiyimiz alleqori­ya­nı xatırladır. Fərq yalnız ondadır ki, alleqoriya daha çox birbaşa olaraq nəzərdə tutulan obyekti göstərir (səmimiyyət meyarı ilə ziddiyyətə girmir) və zərurət yaranarsa, danışan tərəflərdən məm­nuniyyətlə izah olunur.

Allüziyanın əsasında predmetləri, şəxsləri və s. müqayisə etməkdən daha çox digər səbəb üzündən analogiyanın üzvləri arasında mövcud olan əlaqələri gizlətmək məqsədi durur. Bu­na görə də alleqoriya ilə müqayisədə allüziya daha çox müəm­malıdır və əgər allüziyanı izah etməyə çalışsaq, onda əslində allüziya bir trop kimi reallaşdırılmayacaq.

Başqa sözlə, alleqoriya ilə müqayisədə allüziyada analo­gi­y­a­­nın üzvləri arasındakı əlaqə daha az zəruri əhəmiyyət kəsb edir. Eyhamda nəzərdə tutulanlara görə eyham vurandan daha çox eyhamı oxuyanlar «məsuliyyət daşıyır» (müqayisə et: hər kəs öz arşını ilə ölçür). Allüziyanın bu əlaməti adı çəkilən tro­pu sovet dövründə həddindən artıq populyar etmişdir: oxucular hətta ilkin olaraq heç bir allüziyanın nəzərdə tutulmadığı məlu­matlarda da allüziyanı axtarır və tapdılar:

- Model: (Brejnev dövründə). IV Fridrix Vilhelmin öz döşünə orden taxmaq ehtirası…

- Nümunə: Qeyri-stabil siyasi şərait, məlum olduğu kimi bəzən frigiya papağını (ironik mənada) xatırlamağa məcbur edir.

Frigiya papağı ilə əlaqədar olan allüziyanı yalnız bu eyha­mı başa düşənlər oxuya bilər. Qədim frigiyalıların gey­dikləri frigiya papağını öz növbəsində Fransa inqilabının nü­ma­yəndələrinin də baş geyimi olub. Buna görə də «frigiya pa­pağını xatırlamaq» bizim nümayəndə silaha əl atmaq, yeni inqi­laba hazırlaşmaq və s. deməkdir. Amma «frigiya papağını xatırlamaq» həqiqətən lazım olduğunu və ya bunun yalnız bir «eyham» olduğunu müəyyən etmək çox çətindir – çünki, allü­ziya arpumentasiyaya dair məntiqi qaydanın neqativ istifadə­sini nəzərdə tutur; bu məntiqi qanuna görə arqumentlərin zəruri olaraq öz aralarında əlaqəsi olmalıdır. Bizim istifadə etdiyimiz sillogizm özündə aşağıdakı əqli nəticəni ehtiva edə bilər:

1) Qeyri-stabil siyasi şərait mübarizlərin olmasını nəzərdə tutur.

2) Bəzi mübarizlər frigiya papağı geyir.

(nəticə)

Qeyri-stabil siyasi şərait frigiya papağını nəzərdə tutur. (frigiya papağını xatırlamağa məcbur edir).

Bu sillogizmdə, aydın məsələdir ki, arqumentlər arasında məntiqi baxımdan heç bir əlaqə yoxdur. O, yalnız mülahizənin aktual konteksti çərçivəsində yaranır və aktula siyasi situasi­ya­nın qeyri-stabilliyinə eyham vurmaq məqsədilə işlənir. Amma gördüyümüz kimi, aktual siyasi situasiyanın qeyri-stabilliyi haq­qında heç nə deyilmir. Belləliklə, proyeksiya üçün «bütöv­lük­də» dinləyici məsuliyyət daşıyır.



Sıra: Paris dövründə gözəllik müsabiqəsi Troya müha­ribəsi ilə nəticələndi; Siciliya mafiyası ilkin olaraq Siciliya sər­hədlərindən kənara çıxmırdı.

33) Evfemizm – allüziyaya oxşar olsa da, müasir dövrdə trop kimi nəzərdən keçirilmir. Amma antik dövrdə, məsələn, ritorikada o, trop kimi qəbul edilirdi. «Evfemizm» yunancadan tərcümədə «yaxşı» (eu) və «söz» (pheme) kimi tərcümə edilir.

Evfemizmin tarixi (onun trop kimi qəbul edilməsinə, da­ha doğrusu, onun xüsusi ritorik funksiya qəbul etməsinə kimi) xalq mifoloji şüurunda ifadə olunan nitq qadağaları, tabular döv­­rünə gedib çıxır. Həmin dövrdə şəxsin, predmetin və s. adı digər «təhlükəsiz» adla əvəz edilirdi. Belə hesab edilirdi ki, bu ikinci, «arzu edilməyən» obyektə məlum deyil.

Müasir dövrdə evfemizm adı altında əsasən «nəzakətli» - etiket baxımından arzu edilməyən və ya həddindən artıq intim xarakter daşıyan ifadələrin «neytral» ekvivalenti kimi nəzərdən keçirilir. Evfemizmin səciyyəvi cəhəti odur ki, o, əvəz etdiyi söz ilə müqayisədə daha çox qeyri-müəyyən və daha az də­qiqdir. Evfemizmə xas olan cəhət onların asanlıqla şərti xarak­ter daşıması, daha doğrusu özünəməxsus şəkildə obyektin si­tua­tiv – şərti adına çevrilməsidir. Bu situativ-şərti ad tədricən ha­mı tərəfindən qəbul edilir (amma bu həmişə belə olmur).

- Model: dünyasını dəyişmək (yəni ölmək).

- Nümunə: Firmanın rəhbəri on beş milyon rublu gizlicə dala atmağı və aradan çıxmağı bacardı.

Burada «gizlicə dala atmaq» evfemizm kimi çıxış edir və səmimiyyət meyarı ilə ziddiyyət təşkil edərək «oğurlamaq» sözünü əvəz edir: hər halda rəsmi ittiham irəli sürülənə kimi birinci sözün işlədilməsi etika cəhətdən işlədilməsi məqsədə­uyğun deyil.

Maraqlıdır ki, verilmiş kontekst çərçivəsində evfemizmi çox asanlıqla başa düşmək olar. Biz burada yenə də birinci kom­ponenti buraxılmış analogiya ilə rastlaşırıq (yəni burada nə­yin müqayisə edildiyi aydın sürətdə göstərilmir). Yalnız analogiyanın ikinci komponenti və dolayı yolla analogiyanın qu­rul­duğu əlamət göstərilir. Əgər analogiyanı tam bərpa etmə­yə çalışsaq, onda bizim nümunəmizdə iştirak edən evfemizm təxminən aşağıdakı kimi olar:

1) Oğurlamaq cinayətdir.

2) Oğurlamaq gizlicə dala atmaq deməkdir.

(nəticə).

3) Gizlicə dala atmaq çinayətdir.

Burada istifadə edilən pozitiv məntiqə əsasən arqu­ment­lər müzakirə edilən məsələnin sərhədlərindən kənara çıxma­ma­lıdır. Bu qanundan neqativ cəhətdən istifadə edilərsə, onda faktiki olaraq təsadüfi sübutlar da mülahizələr dairəsinə daxil ola bilər. Evfemizmdən istifadə edən şəxs də məhz belə edir. Tə­­sadüfi sübutlar isə, əlbəttə çox maraqlı məna effektləri ya­ra­da bilər.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin