Sıra: danışın, danışın: mən heç nə eşitmirəm; mafiya heç bir zaman heç kimi öldürmür – bu onun adətlərinə ziddir.
28) Epanortoza (yunancadan tərcümədə özünü düzəltmə deməkdir). Bu trop belə troplar qrupunun xüsusiyyətlərini yaxşı əks etdirir, özünüdüzəltmə əslində əvvəlki iki haldan elə çatışmayan cəhətdir ki, bu halda o, üstün cəhət kimi çıxış edir. Epanortoza-qeyri-irad: olaraq həyata keçirilən düzəlişdir.
Epanortozaya gündəlik nitq praktikasında tez-tez rast gəlmək olar və bundan adətən sırf praktik məqsədlər , daha doğrusu həqiqətən indicə deyiləni dəqiqləşdirmək üçün istifadə edilir. Əlbəttə ki, əgər zərurət yaşanarsa, belə əməliyyatlar, şübhəsiz ki, məntiq qanunlarına tabe olacaqlar. Məsələn, «Moskvanın mərkəzi» söz birləşməsini dəqiqləşdirərkən, mən məsələn, «Tver küçəsi» söz birləşməsindən istifadə edəcəm, amma «Neva prospekti» (Sankt-Peterburq) söz birləşməsindən, yəqin ki, istifadə etməyəcəm (digər soya (məsələn, şəhərə) keçməklə mən məntiqi səhvə yol verirəm).
Amma bununla belə, özünü düzəltmə ilə əlaqədar olaraq, əgər mənim həyata keçirdiyim əməliyyat paraloqik xarakter daşıyırsa, onda mən, şübhəsiz ki, məntiqi qaydalara uyğun olaraq dəqiqləşdirmə aparmayacam. Epanortoza da trop kimi məhz bu şəkildə qurulur.
Model: mövsümi, daha doğrusu artıq heç kimə lazım olmayan satış.
Nümunə: Amerikan, daha doğrusu yalançı, demokratiyaya meyl etmək də axmaqlıqdır.
Bu klassik epanortozaya aid bir nümunədir: müəllif lazım bildiyi şəkildə öz fikrini dəqiqləşdirir. Burada müəllif amerikan demokratiyasının yalançı olmasını xüsusi olaraq nəzərə çarpdırmaq istəyir.
Məntiqi baxımdan, biz əlbəttə ki, bu ifadədə amerikan demokratiyasının yalansı xarakter daşıdığını göstərə bilmərik. Bundan başqa, bu xarakteristika ümumiyyətlə, amerikan demokratiyası daxilindən deyil, xaricdən verilən qiymətdir (amerikanların özləri bəlkə də, bununla razılaşmışlar!). Bunula belə paraloqika olaraq heç bir şey ilə məzəmmət etmək olmaz: paraloqika arqumenti mübahisəli məsələni əsaslandırıb-əsaslandırmamasına nəzarət etmir-əksinə, arqumentləşdirmənin daha zəngin mənbələrini göstərir.
Sıra: direktor, fırıldaqçı, naməlum istiqamətdə gizləndi; opponent sübut etdi, etiraf etməyə məcbur etdi ki,…
29) Hiperbola (yunancadan tərcümədə hyperbole-artırma, şişirtmə deməkdir) həqiqi olmayan tropların içərisində ən çox yayılan troplardan biridir. Hiperbolanı çox zaman şişirtmə kimi müəyyən edirlər, amma bu müəyyən etmə nisbi xarakter daşıyır. Belə ki, «şişirtmə» sözü burada elə də münasib deyil. Yəqin ki, hiperbola elə adlandırma prosesidir ki, burada «daha çox olan» «daha az olanı» əvəz edir.
Hər bir tropa xas olan köçürmə hiperbola ilə əlaqədar olaraq müqayisə edilən obyektin müqayisə edildiyi əlamətlərlə yüklənməsini nəzərədə tutur; həm də qeyd etmək lazımdır ki, onun müqayisə olunduğu əlamətlər həmişə üstünlük dərəcəsində götürülür. Hiperbola, beləliklə, özünəməxsus növ «kəmiyyətlərlə oyun»dur. Bu zaman «böyük kəmiyyət» «kiçik kəmiyyət» ilə müqayisə edilir və ya sadəcə olaraq onu əvəz edərək, kiçik kəmiyyətin rolunu ifa edir.
Gündəlik nitq praktikasında hiperbola çox geniş yayılıb-amma danışan çox zaman istifadə etdiyi üsulun hiperbola olduğunu bilmir (məsələn, mən «Mən bunu artıq yüz dəfə demişəm!» deyərkən, mən heç də qeyd etdiyim rəqəm üçün məsuliyyət daşımağa hazır deyiləm). Əgər hiperboladan ritorik məqsədlər üçün, daha doğrusu qəsdən və müəyyən semantik məqsədələr üçün istifadə edilərsə, onu trop adlandırmaq olar.
Model: (sevgi etirafı). Mən sənin ardınca lap dünyanın o başına kimi gedib çıxaram.
Nümunə: Pul yalnız ondadır – o, beş dəfə Rusiyanı satın ala bilər və hələ də onun dondurma üçün pulu qalar.
Bu nümunədə hiperbola çox məharətlə həyata keçirilib. Burada hər hansı çoxlu miqdarda pul (amma miqdarı qeyd edilmir) real olmayan çoxlu miqdarda pul ilə müqayisə edilir. Bu zaman yaranan semantik effektlərdən pulun miqdarını xüsusi olaraq nəzərə çarpdırmaq üçün istifadə edilir.
Hiperbolanın əsasında duran paraloqik əməliyyat – müəyyənetmə əvəzinə müqayisə etmədir. Şübhəsiz ki, məntiq pulun dəqiq miqdarını göstərməyi lazım bilərdi.
Dostları ilə paylaş: |