Sıra: animasiya (reanimasiya əvəzinə) şöbəsi, bütün bu zavrlar çox qorxuludr və s.
6) (43) Apokopa da sözün strukturunun deformasiyası ilə əlaqədar olan mikrofiqurdur. Yunancadan tərcümədə apokope kəsmə, ayırma deməkdir. O, həqiqətən sözün bir hissəsinin ondan ayrılmasını nəzərdə tutur, amma bu hissə sözün sağ tərəfindən ayrılır. Bununla da, apokopa aferezisdən fərqlənir. Bu fiqur elə həyata keçirilir ki, son nəticədə sözü yenə də tanımaq mümkün olur. Amma hətta tanınsa da, söz özünün "yeni" formasında çıxış edir: bu sözdə baş verən deformasiya nəticəsində söz gözlənilməz məna kəsb edir.
Apokopanın həyata keçirilməsi nəticəsində yaranan "söz" okkazional söz kimi, daha doğrusu, yalnız müəyyə kontekst ilə əlaqədar olan və lokal məkanda istifadə edilən söz kimi çıxış edir. Bu cəhət ümumiyyətlə, bütün mikrofiqurlara xasdır. Amma apokopa zamanı yaranan yeni söz müəyyən bir müddətdən sonra ədəbi dilə daxil ola bilər.
Apokopa mülahizənin qiymətləndirmə səviyyəsini kəskin sürətdə dəyişə bilər: bir hissəsi ayrılmış nitq vahidi bəzən elə olduğu kimi qəbul edilir və müvafiq anlayışı ifadə etmək üçün tam təqdimata ehtiyac olmur.
Aydın göründüyü kimi, burada da eyniyyət qanununun tələbləri pozulur. Həmçinin digər məntiq qanununa görə, artıq qeyd etdiyimiz kimi, hissəyə əsasən tam haqqında nəticə çıxarmaq olmaz. Amma apokopa bu qanunun da tələblərini nəzərə almır. Buna baxmayaraq, məntiqi baxımdan bu səhv sayılsa da paralogik baxımdan buna yol vermək olar.
Model: Tapşsız oxumaq.
Nümunə: Univerdə (əvəzində isə olmalıdır: universitetdə) oxumaq.
Sıra: Mən soselmdə oxuyuram, Bakı Dövlətə qəbul olunmuşam və s.
7) (44) Sinkopa (yunancadan tərcümədə synkope – kəsilmiş, çapılmış deməkdir) aferezisdən və apokopadan fərqli olaraq sözün ortasından bir hissənin ayrılmasını nəzərdə tutur. Amma sözün məzmunu bundan "ziyan" çəkməməlidir, əksinə bu onun üçün "faydalı" olmalıdır: buna kimi tətbiq edilən söz avtomatik olaraq tamamilə gözlənilməz əlavə məna kəsb edir.
Qeyd etmək lazımdır ki, sinkopanı həyata keçirmək aferezisi rellaşdırmaqdan daha çətindir (qismən ona görə ki, "daxildən" məhdudlaşdırılan söz ilkin söz ilə əlaqəsini daha tez itirir, amma sözün hər iki tərəfindən hər hansı birinin məhdudlaşdırılarkən, bu bir qədər çətin olur), buna görə də sinkopaya dair nümunələrə həddindən artıq nadir hallarda rast gəlmək mümkündür.
Model: telezora həsr edilmiş gün.
Burada da nəzərə alınmayan məntiqi qaydalar aşağıdakılardır: eyniyyət qanunu və hissəyə əsasən tam haqqında nəticəçıxartmanı qadağan edən qanun.
Sıra: Bizim hamımızı dostluq birləşdirir, qəzetin reaksiya heyəti və s.
8) (45) Sinerezis (yunancadan tərcümədə synairesis – çəkib bağlama deməkdir) hər şeydən əvvəl sözün heca strukturundakı kəmiyyət dəyişikliyini nəzərdə tutur; bu zaman sözün tərkibindəki hecaların sayı azalır. Belə kəmiyyət dəyişikliyi nəticəsində sözün çox zaman yeni keyfiyyəti meydana çıxır bu adətən, yalnız əlavə məna vurğusudur.
Bu fiqurun nitqdə kifayət qədər tez-tez istifadə edilməsinə baxmayaraq, onun semantik potensialı o qədər də yüksək deyil.
Model: brilyant (əvəzində isə olmalıdır: bril-li-ant)
Burada da nəzərə alınmayan məntiqi qaydalar aşağıdakılardır: eyniyyət qanunu və hissəyə əsasən tam haqqında nəticəçıxartmanı qadağan edən qanun.
9) (46) Proteza (yunancadan tərcümədə prothesis – əlavə etmə deməkdir) aferezis ilə "ziddiyyət" təşkil edir və sözə "əlavə elementlərin" əlavə edilməsini nəzərdə tutur. Bu elementlər proteza zamanı sözün əvvəlinə əlavə edilir. Beləliklə, dilin daşıyıcıları üçün naməlum olan yeni söz və söz birləşməsi yaranır. Bu yeni söz isə ilkin sözə nisbətən daha güclü məna effekti yaradır. Bütün əvvəlki hallarda olduğu kimi, məlum sözü semantik cəhətdən dəyişmək üçün bəzən bir səs kifayət edir. Proteza zamanı da eyniyyət qanununun tələbləri pozulur.
Dostları ilə paylaş: |