Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə87/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   83   84   85   86   87   88   89   90   ...   107
Nümunə: g«özəlləşdirmə».

10) (47) Paraqoqa (yunancadan tərcümədə para – ətra­fın­da və agogas – əsas, mühüm deməkdir) protezanın tam əksi­dir; belə ki, burada "əlavə" elementlər sözün sonuna əlavə edi­lir. Təbii ki, paraqoqa da praktiki olaraq proteza kimi eyni se­mantik effekt yaradır. Daha doğrusu, paraqoqa vasitəsilə də ye­ni "söz" yaranır. Burada da nəzərə alınmayan məntiqi qaydalar aşa­ğıdakılardır: eyniyyət qanunu və hissəyə əsasən tam haq­qında nəticəçıxartmanı qadağan edən qanun.

11) (48) Epenteza (yunancadan tərcümədə nümayiş etdir­mə, göstərmə deməkdir) sinkopa ilə səsləşən və sözün orta­sındakı dəyişikliyi nəzərdə tutan çox nadir fiqurdur. Amma sin­kopadan fərqli olaraq sözün ortasında səslər itmir, əksinə əlavə olunur. Epenteza latın variantında "infiksasiya" adlanır ki, (infiks – flektiv dillərdə söz düzəltdikdə və ya sözü də­yiş­dirdikdə söz kökünün ortasına gətirilən şəkilçidir) bu da özü­nə­məxsus şəkildə sözün strukturuna müdaxiləni nəzərdə tutur.

Haqqında söhbət gedən "nümayiş etdirmə" kəmiyyət ba­xımından müxtəlif ola bilər. Burada mühüm olan odur ki, onlar ilkin sözünü "məhv etməsinlər". O, prinsipcə əvvəlki mənanı qo­ruyub saxlamalıdır, amma bununla belə məna baxımından hər hansı əlavə aksent əldə edir.



Model: (başlıq) Auuuksion!

Digər mikrofiqurlarda olduğu kimi, burada da eyniyyət qanununun tələbləri nəzərə alınmır.



Sıra: Müxtəlif para (yəni yalançı) elmlər, o cümlədən para – məsələn, psixologiya.

12) (49) Diyereza (yunancadan tərcümədə diairesis – böl­mə, bölünmə deməkdir) sözdə səslərin sayının artmasını nəzə­də tutur. Epentezaya çox oxşayır. Diyerezanı və epentezanı fərq­ləndirmək üçün yadda saxlamaq lazımdır ki, birinci (eyni­də sinereza kimi) adətən, sözün mənasını güclü şəkildə təhrif etmir. Diyereza zamanı bu söz mahiyyətcə hər hansı bir dilin özünəməxsus xüsusiyyətlərini izah edən fonetik və ya morfoloji hadisə kimi çıxış edir.



Nümunə: Heç bir ucuz spirtli içkilər; heç şey seçmə yalnız «ağ adamlar» üçün, sırf ziyalılar məclisüllər üçün!

Bu nümunə diyereza «məclisül» sözünün arxaik trans­formasiyasına əsaslanır. Bu söz müvafiq mühitdəki situasiyanı təsvir etmək üçün yaralı deyil. Bu fiqurun köməyi ilə əldə edi­lən ironik effekti də müşahidə etmək olar: sözün təqdim edi­lən (amma demək olar ki, heç bir zaman işlədilməyən for­ması) həddindən artıq qeyri-təbii səslənir və aydın sürətdə onda ehti­va olunan ironik "informasiya"dan xəbər verir.

Paralogik xüsusiyyətlər: eyniyyət qanununun nəzərə alın­maması və əvvəlki "hissələr" əvəzinə yeni "tam"ın adlan­dı­rıl­ması.

13) (50) Poliptoton (yunancadan tərcümədə polis – çoxlu və ptosis – təsadüf deməkdir) çox geniş yayılmış fiqurlardan biridir. Bu fiqurun mahiyyəti bir cümlənin tərkibində eyni sö­zün müxtəlif formalarda təkrar edilməsindən ibarətdir. Bu fiqurun zəngin semantik imkanları məlumdur: bir halda ki, istənilən sözün mənasına kontekst güclü şəkildə təsir göstərir, deməli, eyni söz cümlədə bir neçə dəfə təkrar edilsə də, heç bir zaman bir halda eynilə digər halda olan mənanı özündə ehti­va etmir – bununla da poliptoton qurulur.



Nümunə: Bizim nəsil hələ monarxiyanın dadına baxmağa macal tapmamış artıq bu monarxiyadan bezib.

Aydın göründüyü kimi, monarxiya sözü bu cümlədə iki dəfə işlənib. Birinci halda "monarxiya" sözü dövlət quruluşu növünü bildirir (Bu dövlət quruluşunun xarakteri barəsində yal­nız şəxsi təcrübə əsasında məlumat almaq olar; müqayisə et: dadına baxmaq). İkinci halda isə "monarxiya" sözü belə döv­lət quruluşu haqqında ideyanı nəzərdə tutur (İstənilən ide­ya kimi bu ideya da hətta reallaşmasa belə, mövcud ola bilər).

Əgər bu poliptotonu məntiqi baxımdan qiymətləndirsək, onda qeyd etməliyik ki, burada eyniyyət qanununun tələbləri pozulub, belə ki, nəyin isə dadına baxmadan ondan bezmək olmaz. Başqa sözlə, burada monarxiya sözü özü ilə eyniyyət təşkil etmir. Burada "monarxiya" sözü həqiqətən unikal anlayış kimi çıxış edir. Bu sözdən yalnız paralogik mənada istifadə etmək olar.

Sıra: xeyirxahdan xeyirxahlıq axtarmazlar; vətəndaşlar, bizim aramızda elə vətəndaşlar var ki, onları vətəndaş adlan­dır­­maq olmaz.

14) (51) Etimoloji fiqur, adından da göründüyü kimi, eti­mologiya – sözün mənşəyi ilə əlaqədardır və praktiki olaraq aşa­ğıdakı şəkildə həyata keçirilir. Eyni mənşəyə malik olan, da­­­ha doğrusu, eyniköklü sözlər yanaşı qoyulur. Bu zaman onlar aralarında olan yaxınlıq səbəbindən faktiki olaraq vəhdət təşkil edirlər. İlkin olaraq üsul kimi qavranılan bu açıq-aydın yaxınlıq zəruri mənanı iki dəfə təkrar etməsinə baxmayaraq, mülahizə­nin müəllifini pleonastik konstruksiya baxımından tənqid etmə­yə şərait yaratmır.

Etimoloji fiqurun yaratdığı effekt də məhz bundan ibarət­dir: eyniköklü sözlərin qəsdən edilmiş yaxınlığı onların incə məna çalarlarını yaradır.

Nümunə: Yazı yazdığını deyən, amma əslində yalnız sitatlardan sitat gətirən onlarla müəllifin adını çəkmək olar.

Burada hər iki etimoloji fiqurun ("yazı yazırlar" və "sitatlardan sitat gətirirlər") güclü məna effekti yaratdığını görmək olar.



Sıra: (sərlövhə) - Cənab nazir, oyun oynamaq lazım deyil; nə üçün yalnız bizim iqtisadiyyatda möcüzələrnir? Varlılar varlanır, kasıblar kasıblaşır.

15) (52) Alliterasiya (latıncadan tərcümədə littera – hərf deməkdir) və

16) (53) Assonans (latıncadan tərcümədə assona – tək­rar edirəm deməkdir) – müəllimlərin çox sevdiyi “məktəb fi­qurlarıdır”. O, samit (alliterasiya) və sait səsləri (assonans) təkrarı yolu ilə poetik nitqi bəzəyir. Bəzən alliterasi­ya­nı və assonansı hətta şer instrumentovkası (şerdə səslərin ahəngdar düzülüşü) adlandırırlar.

Əslində təkrarlar semantik funksiya daşıya bilər. Bu zaman çox zaman sadəcə səslər deyil, sözün mühüm hissəsi (sözün kökü, şəkilçisi və s.) təkrar edilir. Bu zaman istifadə edilən sözlər arasında morfoloji yaxınlıq yaranır ki, bu da məna baxımından məhdud analogiya qurmağa imkan verir.

Bəzən alliterasiya və assonansı paralelizmin növləri kimi nəzərdən keçirirlər.

Nümunə: Gözləmədən gözlərimiz göyərdi;

Bu alliterasiyaya aid bir nümunədir. Burada məna ba­xımından bir-birinə o qədər də yaxın olmayan sözlərdə samit səslər təkrar edilir və gözlənilmədən sözləri bir-birinə ya­xınlaşdırır. Daha doğrusu, zahirən oxşar formaların müqayi­sə (analogiya) sahəsinə daxil olması semantik effektin yaran­ma­sına səbəb olur. Bu əməliyyat məntiqi baxımdan səhv sa­yıl­sa da, paraloqik baxımdan tətbiq edilə bilər.

17) (54) Palindrom (palindromos) yunancadan “geriyə qaçan” kimi tərcümə edilir. Bu fiqur həddindən artıq nadir hal­larda işlədilir – bu zaman məlumat elə şəkildə qurulmalıdır ki, onu sağdan sola və soldan sağa eyni şəkildə oxumaq mümkün olsun. Palindrom hər iki istiqamətdə oxunuşun nəticələrinin eyni­liyini təmin edir. Ayrıca bir söz də (məsələn, Anna, ABBA) polindrom kimi çıxış edə bilər.

Bu fiqur əsasən “dekorativ rol” oynayır. Bəzən ritorika pa­lindromu “nitqin sirrləri” bölməsində nəzərdən keçirir. Pa­lin­dromun daha “ciddi” məqsədlər üçün istifadə edil­diyi nümu­nələrə rast gəlmək çox çətindir. Palindromu “hiss etmək” üçün onu görmək lazımdır.

Qeyd etmək lazımdır ki, indiyə kimi çin ədəbiyyatı zən­gin “polindromik təcrübədən” istifadə edir (çin dilində sözün hər iki istiqamətdə oxunması üçün geniş imkanlar var).

Nümunə: (alman reklamı).

“OTTO”


ist tadellos in jeder Richtung

daha doğrusu:

“OTTO”

istənilən istiqamətdə qüsursuzdur.



Bu müasir palindroma dair ən yaxşı nümunələrdən bi­ridir. Amma bu palindrom kontekstə aid biliyi tələb edir. “OTTO” - malların Almaniyaya daşınması ilə məşğul olan məş­hur firmadır: burada qeyd edilir ki, malın hansı istiqa­mət­də daşınmasından asılı olmayaraq firma eyni qüsursuz çatdırıl­maya təminat verir: istiqamətdən asılı olmayaraq “qüsursuz” çat­dırılmanın sübutu kimi firmanın adı göstərilir. Belə ki, fir­manın adı – “OTTO” da istənilən istiqamətdə eyni şəkildə “qü­sursuz” oxunur.

Gördüyümüz kimi, bir qədər təxəyyülümüzü işlətsək, onda hətta ilk baxışda “cansız” fiqur kimi görünən palindromu da semantik cəhətdən əsaslandırmaq olar.

Ümumiyyətlə, palindromu paraloqika baxımından qiy­mət­ləndirsək, onda onun əsasda analogiyanın simmetrikliyi qaydasından sui-istifadənin durduğunu qeyd etməliyik. Burada bu qayda həddindən artıq geniş mənada tətbiq edilir. Belə ki, o, nitq fraqmentinin səs strukturuna daxil olaraq, onun hissələ­rinin bir-birinə münasibətdə tamamilə eyniyyət təşkil etməsi­ni tələb edir. Aydın məsələdir ki, məntiqi baxımdan analogiya bunu heç bir zaman tələb edə bilməz.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin