Model: təkzibedilməz sübutun təsiri əvəzinə – sübutun təkzibedilməz təsiri.
Nümunə: Bəşəriyyətin tarixində kommunist ideyalarının anlaşılmaz möhkəmliyi fenomeni bir qədər təəccüblüdür.
Bu nümunədə, məlum olduğu kimi, anlaşılmaz möhkəmlik fenomeni enallaqa kimi çıxış edir: Bu «şübhəsiz ki», möhkəmliyin anlaşılmaz nəticəsidir. Bütün enallaqalar kimi bu enallaqanı da yalnız təcrübəli auditoriya başa düşə bilər. «Anlaşılmaz möhkəmlik fenomeni» möhkəmliyin anlaşılmaz fennomeni söz birləşməsi ilə müqayisədə daha asan başa düşülür.
Bu nümunədə də gördüyümüz kimi enallaqanın sirri hər şeydən əvvəl analogiyanın qaydalarından birini əks istiqamətdə istifadə etməsidir. Bu qayda belə səslənir: müqayisə edilən obyektlər arasındakı münasibətlər tranzitiv olmalıdır. (düzdür, simmetrik və tranzitiv əlamətlər, refleksiv əlamətlər kimi zəruri əhəmiyyət daşımır: enallaqa da məhz bu məqamdan istifadə edir.)
Bu qaydadan neqativ istifadə halında əlamət (bizim nümunədə anlaşılmazlıq) mahiyyətcə tranzitiv anlayış deyil, daha doğrusu hər iki anlayışda göstərilənlər («anlaşılmaz fenomen» və «(kommunist ideyalarının) möhkəmliyi») paraloqik əməliyyatın gedişində tranzitiv olur. Belə olduqda o, analogiyanın bir üzvündən digərinə doğru hərəkət etmək imkanı əldə edir.
Sıra: ziddiyyətli ideyanın xarakteri, yayqın xətt növü; mənasız olaraq fikrə dalma cəhdi.
Enallaqa (2) çox vaxt həm də «qrammatik kateqoriyanı» müəyyənləşdirmək üçün istifadə edilir. Mahiyyətcə bu da yer dəyişikliyidir – kateqoriyanın (məsələn, nitq hissəsinin və ya ismin halının) qrammatik məntiq baxımından ona xas olamayan mövqeyə tərəf yer dəyişikliyidir.
Bu mənada enallaqa cümlənin strukturunda qrammatik ardıcıllıgın kəskin «pozulması»dır. Buna gərə də onu hiquq bölməsində öyrənmək daha məqsədəuyğundur.
Model: yalnız yatmaq və yemək barədə düşünmək.
Nümunə: Həkimlər və tərbiyəçilər tez-tez soruşurlar: «Biz bu gün nə yemişik»?
Şəxs kateqoriyasına aid olan enallaqa onların özlərinin bu gün nə yediyi sualını yaratmır: onları yalnız pasiyentin və ya tərbiyə edilənin qida rasionu maraqlandırır, amma ikinci şəxsin əvəzinə birinci şəxsin cəmindən istifadə olunur.
Digər hüquqlar kimi enallaqa da normativ sintaksis qaydasının şəklini dəyişir: bu halda – bu qayda sintaksis strukturun ayrı-ayrı komponentləri arasındakı qarşılıqlı təsirin zəruriliyyətinə aiddir. Məlum olduğu kimi, həmsöhbətə adətən ikinci şəxs əvəzliyi ilə müraciət edilir; bu fakta əhəmiyyət verməyərək, bu halda enallaqa özünəməxsus «iştirak effekti» yaradır.
Sıra: biz kiçik insanlarıq; cavan piyada; bu elə belə də olacaq, özünü mənimlə apar.
11) Epitet – ən məşhur troplardan biridir. Yunancadan (epitethon) hərfi tərcümədə əlavə etmə deməkdir və həqiqətən predmetə onun xarakteristikası kimi «əlavə edilir». Epitetə uyğun olaraq, xüsusilə aydın şəkildə məntiqi və paraloqik nitq davranışı növləri haqqında sual yaranır. Bununla əlaqədar olaraq məntiq vasitəsi kimi – tərifi və paraloqika vasitəsi kimi – epiteti fərqləndirmək lazımdır.
Belə hesab edirlər ki, tərifdən predmetləri fərqləndirmək, epitetdən isə onların xarakteristikası üçün istifadə olunur. Həqiqətən əgər biz «ilkin sübut» və ya «qeyri-ciddi sübut» kimi tərif növünü «aydın sübut» və ya «mənasız sübut» kimi epitetlə müqayisə etsək, məntiq və paraloqika arasındakı fərqi görmək çətin etməz. Məntiq predmeti sistemləşdirir, paraloqika isə onu fərdiləşdirir. Bu səbəbdən heç də bütün «əlavələr» epitet deyil.
Tərifdən fərqli olaraq, epiteti müəyyənetmə metodikasını konkret təsəvvür etmək üçün nəzərə almaq lazımdır ki, epitet demək olar ki, həmişə bir qədər metaforik xarakter daşıyır. Amma epiteti və tərifi bir-birindən ayıran bu fərqləndirici əlamət epitet və metaforanı «yaxınlaşdırır». Axırıncı ikisi arasındakı fərq hər şeydən əvvəl ilk baxışda başlıca olaraq qrammatik xarakter daşıyır: epitet rolunda hər şeydən əvvəl (amma həmişə yox) sifət, metafor rolunda isə digər nitq hissələri çıxış edir.
Göründüyü kimi, bu qayda – heç də qeyd – şərtsiz deyil və yalnız istiqamətlənmə kimi istifadə olunmalıdır. Amma ikinci qaydanı – semantik qaydanı da göstərmək olar. Onu aşağıdakı şəkildə müəyyən etmək olar: bir tərəfdən metaforanın, digər tərəfdən isə epitetin komponentlərinin məna baxımından təhrif edilməsi bir-birindən fərqlənir. Metaforada hər iki komponent (həm isim, həm də sifət) eyni dərəcədə məna baxımından transformasiyaya məruz qalır, epitetdə isə isimə nisbətən sifət daha çox belə transformasiya olunur.
Beləliklə, «od rəngli sarı-qırmızı pələng» (epitet) və «kağız pələng» (metafora) semantik baxımından hər şeydən əvvəl bir-birindən onunla fərqlənir ki, birinci halda əlamətin məna cəhətdən intensivliyinə baxmayaraq, pələngin heyvan kimi keyfiyyəti praktiki olaraq dəyişməyib. İkinci halda isə söhbət artıq pələngdən (daha doğrusu heyvandan) getmir: söz birləşməsinin hər iki komponenti semantik transformasiyaya məruz qalıb. Bu fərqi asanlıqla hiss etmək olar.
Amma hər bir halda epitet və metaforanı fərqləndirmək elə də asan olmur: real nitq praktikasında çoxlu sayda həqiqətən mürəkkəb situasiyalara rast gəlmək olar.
Dostları ilə paylaş: |