Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə69/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   65   66   67   68   69   70   71   72   ...   107
Sərt metafora bir-birindən uzaqda olan anlayışları birləş­di­rən metaforadır.

- Model: mülahizənin içi.



Əvvəlki mənası silinmiş metafora fiqural xarakteri artıq hiss olunmayan hamının qəbul etdiyi metaforadır.

- Model: stulun ayağı.



Metafora – formul əvvəlki mənası silinmiş metaforaya çox yaxındır, amma daha artıq şablon olması və (bəzən) qeyri-fiqural konstruksiyaya dəyişdirmənin qeyri-mümkünlüyü ilə ondan fərqlənir.

- Model: şübhə qurdu.

Geniş metafora ardıcıl olaraq məlumatın böyük bir his­sə­sində və ya bütövlükdə məlumatda həyata keçirilən meta­fora­dır.

- Model: "kitab aclığı" anlayışını ətraflı sürətdə izah edən məlumat (Kitab aclığı keçib getmir: kitab bazarının məhsulları çox zaman köhnə olur – onları hətta yoxlamadan belə atmalı olursan).



Reallaşdırılmış metafora fiqural xarakteri nəzərə almadan metaforik ifadədən istifadəni nəzərdə tutur, sanki metafora bir­başa mənanı ifadə edir. Bunun nəticəsi isə çox vaxt komik xa­rakter daşıyır.

- Model: Mən özümdən çıxdım və avtobusa daxil oldum.

2) Kataxreza metaforanın müstəqil növlərindən biridir. Tro­pun adı yunan variantında neqativ xarakteristikanı ehtiva edir: katachresis sui-istifadə və ya sözdən düzgün istifadə etmə­mə deməkdir.

Ritorika kataxreza üçün iki tətbiq sahəsini müəyyən edir: onlardan biri əvvəlki mənası silinmiş metafora. Daha doğrusu, fiqurativ mənası artıq hiss olunmayan mətafora sahəsidir; digə­ri, əksinə. Söz yığını kimi qəbul edilən adət edilməmiş metafo­ra sahəsidir. Bu halda kataxreza bir təsvirdən digərinə sıçrama kimi müəyyən edilir.

Bir sıra dərsliklərdə kataxreza "pis üsluba" dair metafora kimi nəzərdən keçirilir, amma bu, yəqin ki, tamamilə düzgün deyil: adət edilməmiş metafora yalnız müəllifin dilə olan xü­susi meylinin deyil, həm də auditoriyanın buna "hazır olmama­sı", daha doğrusu, onlarda kifayət qədər "metaforik təcrübənin" olmamasının da nəticəsi ola bilər.

Klassik kataxrezaya dair nümunə – həm də alman ədə­biy­yatının bir nümunəsi – ritorika tarixinə "Der zahn der zeit" adı altında daxil olub. Bu ifadə almancadan aşağıdakı kimi tər­cümə edilir: "Artıq bu qədər göz yaşını qurudan zamanın dişi bu yaranın üzərində də unutqanlıq otunu yetişdirir" ("Der zahn der zeit, der schon so manche Trane getrocknet hat, wird auch uber diese wunde Gras wachsen lassen"). Bu kataxrezada ta­ma­milə aydın şəkildə duyulan bir təsvirdən digərinə sıçrayış tər­cümə zamanı da öz effektini qoruyub saxlayır.



Model: ziddiyyət ruhunun taqətsiz cismi.

Nümunə: İkibaşlı rus sfinksi heç cür hərəkət istiqamətini seçə bilmir.

Kataxrezaya dair bu nümunə öz məzmununa görə həd­din­dən artıq aydın olmasa da, tam şəkildə əsassız da deyil. Hər hal­da aydındır ki, danışan eyni zamanda həm Rusiyanın simvo­lunu – ikibaşlı qartalı, həm də "müəmmalı rus qəlbini", onlarla birgə isə "rus yolunun" anlaşılmaz olduğunu nəzərdə tutur.

Mülahizənin məzmununu müəllifin öz öhdəsinə buraxaq. Yalnız bu halda hansı məntiq qaydalarından paralogik şəkildə istifadə edildiyini aydınlaşdıraq. Kataxrezanı reallaşdırarkən praktiki olaraq həmişə eyni qaydadan istifadə olunur, yəni tərif özündə ziddiyyəti ehtiva etməməlidir. Kataxreza hər şeydən əvvəl mülahizədə olan ziddiyyətə əsasən digərlərindən seçilir. (Beləliklə, "zamanın dişi" ifadəsini analiz etsək, aydın məsə­lə­dir ki, hətta təxəyyülümüzü canlandırsaq belə, "diş" çətin ki, göz yaşlarını qurutmaq və ot yetişdirmək kimi funksiyaları ye­rinə yetirsin). Amma ziddiyyət mülahizəni yanlışlığa aparıb çı­xartmır; məsələ bundadır ki, o, bir qayda olaraq, daima "sü­rüş­kən" xarakter daşıyır: kataxrezada ziddiyyətə "yaxınlaşmaq" çox çətindir.

Bizim nümunəmizə gəldikdə isə, mülahizədə ziddiyyəti – mülahizənin ziddiyyətsizlik qanununun neqativ istifadəsi kimi – anlayışın fiziki konkretliyi səbəbindən hər halda müşahidə etmək mümkündür: ikibaşlı qartal – adi haldır, amma ikibaşlı sfinks – bax bu zaman mülahizədə həqiqətən ziddiyyət yaranır (ya sfinks, ya da hansısa ikibaşlı canlı - qeyri-sfinks; ikibaşlı sfinksə əsaslanan mülahizə həqiqət ola bilməz.). Paralogik əməliyyat – bir neçə mənanı bir obrazda sintez edən kataxreza nəticəsində ziddiyyət aradan qalxır.



Sıra – zamanın axarını dayandıran cəsur döyüşçü; süku­tun gecikmiş arqumenti; qaçılmaz olana işarə simvolu; zamanın dövranında özünü qabaqlayan işıq.

3) Sinesteziya (yunancadan synaisthesis – eyni zamanda olan qavrayış) metaforik troplardan biridir. Onun özünəməx­susluğu odur ki, o, dərhal bir neçə duyğu orqanına – məsələn, gör­mə və eşitmə, və ya dad, iybilmə və lamisə orqanlarına, onla­rın ən müxtəlif kombinasiyalarına təsir göstərir.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin