Miqyas məsələsi – eyniyyət qanunu ilə bağlı olan ən mühüm məsələlərdən biridir. Məlum olduğu kimi bu məsələ predmetin məlumatda nə dərəcədə ətraflı əks olunmasının başa düşülməsini əhatə edir. Bura həmçinin predmetin miqdar baxımdan neçə tərəfinin əks olunması da daxildir. Predmet daha iri miqyasda götürüldükcə, onun əvvəlcə növ, sonra isə soy (cins) əlamətləri daha böyük rol oynamağa başlayır.
Daha kiçik miqyasda, əlbəttə, xüsusi əlamətlər daha aydın şəkildə görünür. Buna görə də predmetin hansı miqyasda təqdim edilməsi məsələsinin həlli çox vacibdir: miqyasda kəskin dəyişmə onun başa düşülməsini çətinləşdirir.
Məsələn, məlumatda «invensiya» bölməsində olan həmin «pişiyi» təqdim edərkən, mən müvafiq «predmeti» elə miqyasda təsvir edə bilərəm ki, o, mənim görüş dairəmə əsasən yalnız yumrubaş kimi çıxış edə bilər. Aydın məsələdir ki, belə miqyasda yırtıcı heyvan kimi «irimiqyaslı» anlayışı tətbiq etmək mənim üçün çətin olar, çünki yumru baş (yeri gəlmişkən, insanın da başı yumrudur!) heç də birbaşa və xüsusi olaraq yırtıcılara aid olan əlamət deyil. Digər tərəfdən isə başqa miqyasda (yırtıcı heyvan, və ya sadəcə yırtıcı) pişiklərin başının forması məni nə qədər maraqlandırmasına baxmayaraq diqqətimi pişiyin yumru baş olması üzərində cəmləşdirmək məqsədilə mənim üçün elə də çox imkanlar yaratmır. Əks halda mənim məlumatın yırtıcılar üçün məlum olmayan əlamətlər istiqamətində «əyilmiş» olacaq.
Beləliklə, miqyası təyin edərkən, mən bununla da artıq eyniyyət qanununu həyata keçirməyin istiqamətini də müəyyənləşdirmiş oluram, daha doğrusu soyun (heyvan), sinfin (yırtıcı heyvan), növün (pişikkimilər ailəsi), yarımnövün (pişik), növ müxtəlifliyinin (ev pişiyi) və ya tək fərdin (məsələn, Mariya-Antuanetta adlı konkret pişik) sərhədlərindən kənara çıxmıram (Aydın məsələdir ki, məni yenə də pişiyin yumru baş olması maraqlandırırsa, məndə maniakal maraq oyadan bu əlamətin müntəzəm müzakirəsi üçün növ (pişikkimilər ailəsi) miqyasını seçmək daha məqsədəuyğundur; belə ki, bu əlamət bu miqyasda daha yaxşı müzakirə oluna bilər, eyniyyət qanunu da beləliklə, «öz-özünə» tənzimlənər!).
Şübhəsiz ki, hətta eyni məlumatın gedişində belə mən dəfələrlə – və hətta məntiqsiz olsa da! – miqyası dəyişə bilərəm. Həm mən bunu ağlıma gələn sürətlə edə bilərəm (əgər məsələn, hirslənmişəmsə, bunu ən yüksək sürətlə edərəm). Məsələ bundadır ki, eyniyyət qanunu bütün məlumat boyu hər hansı müəyyən miqyasa sözün ciddi mənasında, sədaqətli olmağı məndən tələb etmir. O, mənim yalnız müəyyən məkanda konkret mühakimənin miqyasını (və, müvafiq olaraq, predmetin sərhədini) başa düşməyi tələb edir. O, həm də hər dəfə mənə lazım olanda digər miqyasa keçərkən bunu nəzərə almağımı da tələb edir.
Amma bununla belə, mən hər halda tez-tez miqyası dəyişmirəm. Əks halda mən belə keçidlərə dair dinləyicilərə məlumat verməliyəm. Həm də bunu elə etməliyəm ki, nə o, məlumata olan marağını itirsin, nə də məlumatın içərisində dolaşıb qalmasın.
Nəhayət, eyniyyət qanununa əməl edərkən müəyyən məlumatda predmetin sərhədlərinə dair mənim təsəvvürümün dinləyicilərin müvafiq təsəvvürü ilə nə dərəcədə uyğun gəldiyini də mən nəzərə almalıyam: müəyyən məqamda bizim müxtəlif predmetləri müzakirə etdiyimizi və ya eyni predmeti müxtəlif miqyaslar çərçivəsində təqdim etdiyimizi anlamaq ən yaxşı halda təəssüf doğura bilər. Belə hallarda əlbəttə, eyniyyət qanunu fəaliyyət göstərməyəcək. Belə situasiyanın aşağıdakı latın aforizminə uyğun olaraq qiymətləndirmək olar: «Cum prinsipia negante non est disputandum» («Prinsipləri inkar edənlərlə mənasızdır mübahisə etmək»).
Dostları ilə paylaş: |