Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə44/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   40   41   42   43   44   45   46   47   ...   107
Proporsional analogiya müqayisə edilən obyektlərin bə­ra­­bər hüquqlu olmasını nəzərdə tutur. Onların bərabər hüquqlu olması o deməkdir ki, hər bir obyekti digər obyektlə həm bir­ləşdirən ümumi əlamətlər, həm ondan fərqləndirən əlamətlər möv­cud olur. Beləliklə, proporsional analogiya zamanı bir obyek­tin əlamətləri digər obyektə köçürülmür, çünki bu əla­mət əvvəlcədən onların hər ikisinə məxsus olur.

Proporsional analogiya – cütlüyü təşkil edən üzvlərin sərbəst şəkildə bir-birinə qarşı meyl etdiyi haldır. Müqayisə edən şəxs bir predmeti başqası kimi qiymətləndirmir, başqası qismində o, yalnız müəyyən planda predmetlər arasındakı oxşarlığı göstərir.

Beləliklə, bu oxşarlıq obyektlərdən heç birinin bütün xa­rakteristikasını özündə ehtiva etmir. Məsələn, əgər mən palto və gödəkçəni müqayisə edirəmsə, onda yəqin ki, onları birləş­dirən və ya fərqləndirən əlamətləri axtaracam. Amma bu za­man mən gödəkçənin əlamətlərini paltoya "köçürməyin" və ya əksinə etməyin qanunsuz əməliyyat olduğunu başa düşürəm.

Bu halda birini başqası vasitəsilə göstərmək üçün yalnız süni vasitələrdən istifadə etmək olar (müqayisə et: daha absurd və bu səbəbdən də daha tez-tez müşahidə edilən situasiyalar: radio – "ekransız televizordur", televizor – "ekranı olan radio­dur", təyyarə – "üçan avtomobildir", avtomobil – "yerdə hərə­kət edən təyyarədir" və s.).

Aydın məsələdir ki, bu "analogiya" yalnız bir şərtlə qu­rula bilər: bunun üçün belə analogiyanın əsasını "hər şeylə mü­qayisə etmək olar" prinsipi təşkil etməlidir. Reallıqda isə onlar həddindən artıq qeyri-təbii təsir bağışlayır. Daha təbii şəkildə isə palto və gödəkcə kimi predmetləri hər ikisinin üçt qeyim­ləri olması əlamətinə görə müqayisə etmək və istifadə məqsə­di və görünüşlərinə görə fərqləndirmək olar ("avtomobil-təy­yarə" və "televizor-radio" kimi predmetlər arasında da belə ana­logiyalar aparmaq olar).

Yeri gəlmişkən, belə qəribə analogiyalardan adətən sırf ritorik məqsədlər üçün istifadə olunurdu. İfikratın bioqrafi­ya­sından nümunə gətirmək olar. Onun oğlunu hündür olduğuna və tamamilə böyük təsir bağışladığına görə vaxtından əvvəl əsgərliyə aparmaq istəyirlər. İfikrat buna belə etiraz edir: "Əgər siz hündür boylu oğlan uşaqlarını yekə kişi hesab edir­sinizsə, onda siz alçaq boylu kişiləri də uşaq saymalısınız" (tip: böyük hündür boylu uşaqlar – uşaq alcaq boylu böyükdür).



Atributiv analogiya bir obyektin əlamətlərinin digər obyek­tə köçürülməsi ilə bağlı olan analogiyanı nəzərdə tutur. Üst qeyimlərin, nəqliyyat vasitələrinin timsalında belə qəribə və qeyri-təbii analogiyaların qurulmasını indicə nümayiş etdir­dik. Amma qaydalara əməl edilərsə, atributiv analogiya heç də belə qəribə görünməz.

Analogiyanın bu növünün atributiv analogiya adlandı­rıl­ması atribut anlayışı (attribuo latıncadan tərcümədə – verirəm, qoyuram, əlavə edirəm deməkdir) ilə bağlıdır. Atribut obyektin mühüm xüsusiyyəti kimi şərh edilir. Bu mənada çay yatağı – çayın atributudur (o, məsələn, dənizin atributu deyil və s.). Nə­yinsə atributu olmaq onun fərqləndirici əlaməti kimi çıxış etmək deməkdir.

Atributiv analogiya zamanı bir obyektin əlamətləri digə­rinə köçürülür. Belə halda çox zaman bir obyektin mühüm əla­mətləri bütövlükdə digər obyekti müəyyən edir. Digər obyek­tin qeyri-mühüm əlamətlərindən fikrən sərf-nəzər edilir.

"At sifət" (daha doğrusu atı xatırladan sifət), "ağıllı sü­but" (ağıllı insanın mühakimələrini xatırladan sübut), "şit film" (duzsuz (şit) yeməyi xatırladan film) kimi analogiyalar belə ya­ranır. Aydın məsələdir ki, göstərilən bu analogiyalarda "sifət" "at" ilə "film" "yemək" ilə müqayisə olunmur: bu halların hər bi­rində müqayisə edilən obyektlərdən ikincisi bir əlamət kimi ixtisar edilir (məhdudlaşdırılır).

Nəticədə bizim qarşımızda ümumi əlamət əsasında bir­ləş­dirilmiş iki obyekt deyil (proporsional analogiyada olduğu kimi), bir obyekt (digər obyektin xüsusiyyətləri ilə birgə) çıxış edir. Maraqlıdır ki, atributiv növə dair misal kimi göstərdiyimiz analogiyaları proporsional şəkildə göstərmək olmaz. Daha doğ­rusu "sifət – at (kimi)", "sübut – insan (kimi)", "film – yemək (ki­mi)" – struktur növündən istifadə etmək olmaz, çün­ki ikinci obyekt tamamilə cütlüyə daxil deyil. Antik ritorikada məşhur atributiv analogiya – "Troya gedişi" sözbirləşməsi idi. "Troya gedişi" deyəndə "Troya atını xatırladan" gediş (hərə­kət) – hiyləgər gediş nəzərdə tutulurdu.

Arqument barəsində söhbət (arqumentləşdirmə vasitəsi kimi) nəhayət bizi arqumentlərdən tezisin çıxarılması prose­sinə gətirib çıxartdı. Bu proses nümayiş adlanır. Məhz nümayiş danışanı nitq taktikasının seçimi qarşısında qoyurdu. beləliklə, məlumatı genişləndirmək üçün onun sərəncamında bir neçə imkan olurdu.

Danışan məlumatı genişləndirmək üçün əsas vasitə kimi məntiq nümayişə üstünlük verə bilər. Məntiqi nümayiş məntiqi cəhətdən əqli nəticə çıxarmanın qaydalarına (1) və ya analo­gi­yanın qaydalarına (2) əməl etməyi tələb edir. Çox maraqlıdır ki, bu seçim hər iki halda hər şeydən əvvəl «məntiq sahə­sin­də» fəaliyyət göstərməyi nəzərdə tutur: burada danışan mənti­qi praktika baxımından qiymətləndirilir.

Amma başqa yol da var: danışan məlumatı genişlən­dir­mək üçün əsas vasitə kimi paralogik nümayiş də seçə bilər: (aydın­dır ki, bu söz birləşməsində «nümayiş» sözü şərti mənada işlənir: axı nümayiş – məntiqi nəzəriyyənin terminidir). Para­logik nümayiş həm məntiqi nəticəçıxarma qaydalarına, həm də məntiqi analogiya qaydalarına əhəmiyyət verməməyi nəzərdə tutur. Hətta bu qaydaları neqativ mənada, daha doğrusu əksinə isti­fadə edir. «Paralogika sahəsində» fəaliyyət göstərərək da­nışan məntiqi qaydalara tabe olmur və prinsipləri tamamilə baş­­qa cür olan fiqurativ praktika baxımdan qiymətləndirilir (IV fəsil).

Amma danışan hansı nitq taktikasına üstünlük vermə­sin­dən asılı olmayaraq o, paralogizmin fəaliyyət mexanizmi ilə ta­nış olur. Bu mexanizmi bilmək danışana onun üçün həqiqətən sərfəli olan nitq taktikasının seçimində kömək edir.

Növbəti paraqrafda biz məntiqi nümayişi nəzərdən keçirəcəyik.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin