Analoji arqumentasiya (yunancadan tərcümədə analogiya – uyğunluq, oxşarlıq deməkdir) ritorikada məntiqi arqumentləşdirmə kimi yaxşı öyrənilib. Amma analoji arqumentləşdirməyə ziddiyyətli münasibət mövcud olub. Bir tərəfin fikrincə «Hər şeyi müqayisə etməklə dərk etmək olar», digər tərəfin fikrincə isə, «analogiya arqument deyil». Belə ziddiyyət analogiyanın ikili təbiəti ilə izah olunur. Bir tərəfdən analogiya, şübhəsiz ki, məntiqi təfəkkürün qanun və prinsiplərinə əməl etməyi nəzərdə tutan məntiqi əməliyyatdır. Bu baxımdan analogiyadan dispozisiyada istifadə olunurdu. Dispozisiya analogiyanın «qaydalar üzrə oynamasını» tələb edirdi.
Digər tərəfdən, analogiya həm də ritorik əməliyyatdır – bu mənada istənilən trop özündə analogiya tipini əks etdirir. Bu baxımdan Y.M.Lotmanın fikri çox qiymətlidir: analogiya prinsipi «Ritorik münasibətlərin mahiyyətini təşkil edir» (Loqman Ö.M. Ritorika. İzb. statği v 3-x tomax. Tallin. 1992, s.178).
Bu paraqrafda biz analogiyadan məntiqi əməliyyatlar kimi danışacağıq. Ritorik əməliyyatlar kimi analogiyadan isə dərsliyin dördüncü fəslində («Elokusiya») bəhs edəcəyik.
Qədim dövrün ritorika dərsliklərində natiqlərin nitq praktikasında geniş istifadə edilən məntiqi cəhətdən analoji arqumentləşdirmənin ən müxtəlif nümunələri öz əksini tapır. Ritorika tərəfdən analogiyaya olan böyük nəzəri marağı analogiya problematikasının bizə gəlib çıxan aspektlərinin (həm məntiqi, həm də ritorik xüsusiyyətlər) iki çox işlənilmiş sistemdə təzahür etməsi ilə izah etmək olar: sistemlərdən biri həddindən artıq mükəmməldir və «troplar və fiqurlar» adlanır (analogiyanın müxtəlif üsullarının təsnifatı), ikinci sistem isə sadəcə olaraq məntiqin qanun və prinsiplərinə uyğun olaraq analogiyanı həyata keçirmək üçün qaydalar toplusu kimi yaxşı nizamlanıb.
Yuxarıda qeyd edildiyi kimi, analogiya yunancadan tərcümədə uyğunluq, oxşarlıq deməkdir. Bunu yenə də xüsusi olaraq ona görə qeyd edirik ki, müəyyən mənada oxşarlıq eyniyyətdən fərqə keçid mərhələsidir (amma buna baxmayaraq eyniyyət çox zaman oxşarlığın xüsusi halı sayılır). Və əgər oxşarlığı bu şəkildə qəbul etsək, onda məhz oxşarlığın araşdırılmasının nə üçün ən perspektivli analogiya əməliyyatlarından biri hesab olunması aydınlaşar. Eyniyyət – bütün əlamətləri üst-üstə düşən predmetlər (hadisələr) arasındakı münasibətdir. Fərq isə heç bir ümumi əlamətlərə malik olmayan predmetlər (hadislər) arasındakı münasibətdir. Buradan belə bir nəticə çıxır ki, faktiki olaraq yalnız predmetləri müqayisə etmək olar.
Müasir elm oxşarlığı xarakterizə edərək onun üç əsas əlamətini göstərir:
- onun reflektiv (qeyri-iradi) olması;
- onun simmetrik olması;
- onun tranzitiv olması.
Bu əlamətlər oxşarlığı predmetlər arasındakı qarşılıqlı əvəzetmə münasibətləri kimi nəzərdən keçirməyə imkan yaradır. Yəni bu münasibətlərə əsasən bir predmet bu və ya digər baxımdan digərinin yerinə qoyula bilər. Aydın məsələdir ki, məntiqi cəhətdən tam qarşılıqlı əvəzetmə zamanı predmetlər arasındakı bütün fərqlər aradan qalxır; bu isə oxşaqlığa xas olan keyfiyyət deyil.
Refleksivlik dəyəndə (reflexia latıncadan tərcümədə – geriyə dönmə deməkdir) müəyyən zaman anında predmetin özünün özü ilə eyniyyət təşkil etməsi başa düşülür. Eyniyyət qanunu müzakirə edərkən bu barədə artıq bir qədər danışmışıq. Yalnız predmetin özünün özü də eyniyyət təşkil etməsi faktiki olaraq ayrı-ayrı predmetlər arasındakı sərhədləri görmək imkanı yaradır.
Refleksivlik oxşarlığın digər əlamətlərinə nisbətən daha sərtdir. Bu onunla izah edilir ki, özü ilə eyniyyət təşkil etməyin «sərt çərçivəsi» müqayisə obyekti kimi predmetlərə stabillik verir.
Buna görə də hər bir müqayisənin əsas şərti həmin zaman anında predmetin özünün özü ilə eyniyyət təşkil etməsidir. Aydın məsələdir ki, məsələn, mən Sovet İttifaqını müasir Rusiya ilə müqayisə etmək istəyəcəm: Sovet İttifaqı müəyyən mənada reflektivdir: o, artıq şəkilini dəyişə bilməz, çünki Sovet İttifaqı artıq mövcud deyil; o, artıq tarixi anlayışa çevrilib. Digər tərəfdən isə, müasir Rusiya yalnız müasir Rusiyadır – mən onun aktual əlamətlərini qeyd etmək və qiymətləndirmək üçün tələsməliyəm, çünki bu predmet öz şəklini dəyişə bilər (məsələn o, monarxiyaya və ya yenidən Sovet İttifaqına çevrilə bilər!). Mən müasir Rusiyanı indiki anda götürməli, mümkün dəyişiklikləri inkar etməli, yəni «sərt çerçivə»də işləməliyəm. Yalnız bu halda analogiya prosesi səmərəli ola bilər – əks halda o, səmərəsiz olacaq.
Oxşarlığın simmetrikliyi deyəndə «əgər A B-ə bərabərdirsə, onda B də A-a bərabərdir» formulu ilə ifadə olunan münasibətlər başa düşülür. Beləliklə, simmetrikliyə əsasən əgər mən iki predmeti hər hansı əlamətə görə müqayisə edirəmsə, onda bu əlamət müqayisə prosesində dəyişikliyə məruz qalmadan qəti müəyyən olunmuş əlamət kimi həm nəyin müqayisə edilməsində və həm də nə ilə müqayisə edilməsində təzahür edir.
Oxşarlığın bu xüsusiyyətini anlamaq çox cətindir, amma, yəqin ki, bu nümunə buna kömək edər. Məsələn, mən bir fincan qəhvənin doldurulma dərəcəsini digər bir fincan qəhvənin doldurulma dərəcəsi ilə müqayisə edirəm və belə nəticəyə gəlirəm ki, birinci fincan ikinciyə nisbətən daha çox doldurulub. Bu o deməkdir ki, ikinci fincan birinciyə nisbətən daha az doldurulub (oxşarlığın simmetrillik əlaməti). Əgər hər hansı səbəbdən bu belə deyilsə (məsələn, müqayisənin gedişində ikinci fincana qəhvə əlavə olunar) müqayisə düzgün sayılmır və mən digər müqayisə aparmalı oluram.
Deməli, simmetriklik əlaməti – müqayisə əməliyyatının gedişində predmetlərin ayrı-ayrı tərəflərinin və ya keyfiyyətinin dəyişməməsi deməkdir. Daima öz ümumi şəklini dəyişən iki bulud formasını bir-biri ilə müqayisə etməyin necə olduğunu təsəvvür etmək asandır. Bu halda analogiya prosesi ümumiyyətlə mümkün olmayacaq, çünki koordinat sistemi fasiləsiz olaraq qarışır.
Oxşarlığın aşağıdakı əlaməti – tranzitivlik əlaməti ilə birgə simmetrilik əlaməti müqayisə aparılan bütün hallarda elmin diqqət mərkəzində olmur.
Dostları ilə paylaş: |