Нязяри вя практики риторика


İkinci qrup məntiqi səhvlər



Yüklə 3,92 Mb.
səhifə50/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   46   47   48   49   50   51   52   53   ...   107
İkinci qrup məntiqi səhvlər.

Sillogizmin strukturunda səhvlər.

Bu qrup səhvləri analiz edərkən artıq bir qeyd etdiyimiz məqama yenidən qayıdaq: sözün ciddi mənasında sillogizmdən istifadə bütövlükdə heç də həmişə yaxşı sübut üçün əlverişli şə­rait yaratmır. Söhbət əslində əgər zərurət yaranarsa (məsə­lən, dinləyicilərin istəyinə uyğun olaraq) prinsipcə düzgün sil­logizm qurmaq imkanlarından gedir.

Müvafiq səhvləri göstərmək üçün aşağıda gətiriləcək sillogizmlərin, beləliklə, bir məqsədi var: səhvləri daha əyani şəkildə göstərmək. Yadda saxlamaq lazımdır ki, prinsipcə şüb­həli mühakiməni sillogizmə çevirmək heç bir zaman zərərli de­yil: sillogizmin dəqiq strukturu fonunda məntiqi səhvlər xü­susilə daha yaxşı müşahidə olunur.

Nəzərə almalı olduğumuz ikinci məqam onunla bağlıdır ki, bəzi növ məntiqi səhvlər (məsələn, hissəyə əsasən tam ba­rə­sində, tama əsasən hissə barəsində nəticəçıxarma) eyni vaxt­da iki qrup üçün ümumi xarakter daşıyır. Bu onunla izah olunur ki, müvafiq paralogizmlər həm anlayışların qeyri-dəqiq müəy­yən edilməsinin nəticəsində yaranan səhvlər, həm də hökmlə­rin (anlayışlar üzərində aparılan əməliyyatların) səhvi kimi müəyyənləşdirilir.

I. 17) İlkin yalan (yunanca proton pseudos) səhv tezisin sübut edilməsini nəzərdə tutur. Aydındır ki, səhv tezis bütövlükdə natamam sübutun əsasını təşkil edir: başlanğıcda yaranan səhvlər səbəbindən qalan hökmlər də yanlış olur. Bu səhvin əyani şəkildə göstərilməsi zəncirvari reaksiyanı xatırladır: yalnız fikir yalnış fikri doğurur.

- Model:

- Tezis: Kambalalar boşboğazdırlar.

- Nümayiş: Bütün balıqlar boşboğazdırlar.

Kambalalar balıqdırlar.

(Nəticə)


Kambalalar boşboğazdırlar

- Nümunə:

- Tezis: Məşhur insanların uşaqları istedadlıdırlar.

Valideynlər özlərinin ən yaxşı xüsusiyyətlərini uşaqlarına ötürdüklərindən məşhur insanların uşaqları adi insanların uşaq­larından daha istedadlıdırlar.

(İlk baxışda, olduqca «alicənab» görünən hökm yaxından nəzərdən keçirilərkən elm ilə tam ziddiyyət təşkil edir. Elm iste­dadın irsən keçmədiyini təsdiq edir. Amma bu «ilkin yalan» hökmə diqqətdən yayınmaq imkanının yaratmaq üçün «düzgün olmayan arqqumentdən» (valideynlər özlərinin ən yaxşı xüsu­siyyətlərini uşaqlarına ötürürülər) istifadə olunur, çünki «düz­gün arqument»lə yalan hökmü sübut etmək olmaz).

II. 18) Düzgün olmayan ehtimalı (fallacia suppositionis) müstəqil olaraq qeyd etməmək də olar: ritorika dərsliklərində düzgün olmayan ehtimal çox vaxt ilkin yalanın bir forması kimi şərh olunur. Həqiqətən düzgün olmayan ehtimal ilkin yalandan çox az fərqlənir – belə ki, səhv tezis ilkin yalanın göstəricisi ki­mi heç də həmişə düzgün olmayan ehtimalın nəticəsi olmur.

Bir sıra hallarda yalan tezis nəinki yalnız ehtimalı özündə əks etdirir, həm də onu (billə-bilə və ya bilməyərək) həqiqət kimi təqdim edir. Buna görə də düzgün olmayan ehtimalı ən ifrat halda ilkin yalanın tərkibində ümumi şəkildə nəzərdən keçirmək faydalı olar.

Model:

Yalan danışanlar çox vaxt qızarırlar.

Baron Münhauzen yalan danışır

(nəticə)


Baron Münhauzen çox vaxt qızarır.

Nümunə:

Keçmiş kommunistlər kimi yeni rus liderləri ürəyində itir­dikləri qeyri-məhdud hakimiyyət üçün təəssüf edirlər.

(Burada düzgün olmayan ehtimalın doğurduğu məntiqi səhv bütün keçmiş kommunistlərin əvvəlki mövqelərini itirdik­lərinə görə təəssüf etmələri ilə bağlıdır: bir sıra hallarda keç­miş kommunistlər həqiqətən «peşman olublar» və əvvəlki inam­­larından, o cümlədən onunla bağlı olan güzəştlərdən kö­nüllü sürətdə imtina ediblər).

III. 19) Tezisin dəyişdirilməsi (ignoratio elenchi) məlu­mat­­da «rabitənin» itməsi nəticəsində yaranır. Belə hallarda da­nışan özü də (bəzən ətrafdakılar da) hiss etmədən ilkin ola­raq irəli sürdüyü tezisdən imtina edir və digər tezisə keçərək onu əsas­landırmağa başlayır. Adətən tezisin dəyişdirilməsini hiss edirlər və bu zaman məlumat bütövlükdə qənaətbəxş qəbul edil­­mir.



Model:

Tezis-1: Müəllimlərin maaşını qaldırmaq lazımdır.

Nümayiş (tezisin dəyişdirilməsi ilə birlikdə)

(Amma) Müəllimlər çox vaxt vicdanla işləmirlər.

Vicdanla işləməyənlərin maaşını aşağı salmaq lazımdır.

(Nəticə)


Tezis-2: Müəllimlərin maaşını aşağı salmaq lazımdır.

Nümunə:

Kommunizm erası XX əsrin 90-cı illərində sonna çatdı. Düzdür, burada o, hələ davam edir və bundan başqa həm də inki­şaf edir. Bu səbəbdən də biz və bizim övladlarımız yenidən kommunizmdə yaşaya bilər.

(Tezisin dəyişirilməsi ümumi xarakteristikadan («kom­mu­nizm erası sona çatıb») xüsusi xarakteristikaya («Kubada kommunizm erası inkişaf edir») keçid mərhələsində baş verdi. Bu isə faktiki olaraq ilkin tezisin inkarına gətirib çıxaran nə­ticəni doğurur: «kommunizm erası hələ sona çatmayıb»).

IV. 20) Terminin sayının dörd dəfə artırılması (qua­ter­nio terminorum) – sillogizmin qurulması zamanı yaranan klas­sik səhv­dir. Sil­lo­gizmin əsas qaydasına əsasən sillogizmdə nə az, nə çox üç ter­min (bir-biri ilə əlaqədar olan üç anlayış) olma­­lıdır. Burada sil­logizmin sözü gedən əsas qaydası pozulur.

Əgər terminlərdən biri iki mənada işlədilirsə, onda o, san­­ki iki hissəyə parçalanır. Beləliklə, sillogizmdə üç əvəzinə dörd termin iştirak edir. Sillogizm bu halda qeyri-qənaətbəxş, sübut edilən tezis isə – yanlış qəbul edilir. Bəzən terminin sa­yı­nın dördə kimi artırılması «fiqura dictionis» sözün bir neçə mə­nasının bir-birinə qarışdırılmasından yaranan səhv kimi təs­nif olunur.

Model:

Bütün koreyalılar it əti yeyir.

Petrov xaricdə it əti yeyib.

(nəticə)


Petrov koreyalıdır.

- Nümunə:

Psixoloqlar iddia edirlər ki, bir çox neqativ qiymətvermə­lər bizim bu və ya digər situasiyada şəxsi çatışmamazlıq­ları­mı­zın aydın proyeksiyası ilə izah olunur.

(«Proyeksiya» sözünün iki mənada işlədilməsi səhv yara­dır: I məna – «rəsmlərin, kinokadrların və s. ekranda veril­mə­si» (müqayisə et: aydın proyeksiya) və II məna «özünü kimsə ilə eyniləşdirmə» (müqayisə et: çatışmamazlıqların <…> pro­yeksiya). Mənadakı natamamlıq aydın görünür).

V. 21) Sillogizmin orta terminindəki səhv (a dicto secundum guid ad dictum sipliciter) də ritorika dərsliklərində yaxşı təsvir edilib. Burada sillogizmin orta termini arqument­ləridən birinə məhdudiyyətlə, digərinə isə məhdudiyyətsiz da­xil olur. Şübhəsiz ki, orta termin yalnız və yalnız ümumi olma­lıdır. Amma əlbəttə ki, belə qeyri-ümumilik fonunda nəticə doğ­ru ola bilməz.

Model:

Bas alçaq kişi səsidir.

Xalis bas əntiqə şeydir.

(nəticə)


Alçaq kişi səsi əntiqə şeydir.

Nümunə:

Öz sağlamlığını alternativ tibb nümayəndələrinə (şarla­tan­lara) etibar etmək həddindən artıq təhlükəlidir.

(Orta terminin həddindən artıq çətin sezilən şəkil dəyiş­məsinin nəticəsində yaranan məntiqi səhv: bütün sağaldanlar mahiyyətcə alternativ tibbin nümayəndələridir, amma yalnız bir qism sağaldanlar – şarlatandırlar. Birinci arqumentdə sağal­dan anlayışı tam, ikinci arqumentdə isə – məhdud həcmdə gö­tü­rüldüyündən bu arqumentlərin əsasında düzgün nəticə çıxart­maq olmaz: istənilən mümkün nəticələr doğru olmayacaq).

VI. 22) Zəruri şərtin nəzərə alınmaması (zəruri şərt – conditio sine qua non) – ritorika dərsliklərində gah sillogizmin orta terminindəki səhvin bir variantı, gah da müstəqil məntiqi səhv kimi təhlil olunur. Bu səhvi xüsusi qrupa ona görə daxil edirlər ki, orta termin müəyyən şərtilə bir arqumentdə çıxış edir və heç bir şərt olmadan çıxış edən orta termin özündə, orta terminin tamamilə konkret məhdudlaşdırma halını, daha doğru­su, şərti məhdudlaşdırma halını əks etdirir. Bundan başqa, şərt – adətən eksplisit olaraq qabaqcadan deyilir. Bəlkə bu səbəb­dən də orta termin səhvinin bu variantını identifikasiya etmək çətin deyil.



Model:

Petrov şir kimi qəzəblidir.

Şirlər – məməlilər sinfinin pişikkimilər dəstəsinə aiddir.

(nəticə)


Petrov – məməlilər sinfinin pişikkimilər dəstəsinə addir.

Nümunə:

Əfsus ki, hətta ən yüksək keyfiyyətli kompüter uzun müd­dət işləyə bilmir: kompüterlər həvəskarların əlində xarab olub.

(Tezisdə zəruri şərtin nəzərə alınmaması göz qabağın­dadır: tezis aydın şəkildə müasir kompüterin keyfiyyətinə dair mülahizəni qabaqcadan nəzərə alır və aydın şəkildə xidmətin səviyyəsinə dair mülahizəni qabaqcadan nəzərə almır: «həvəs­kar­­ların əlindəki kompüter» şərti həqiqətən istənilən kompü­te­rin işləmə müddətinin proqnozlaşdırılması üçün zəruri şərtdir. Şübhəsiz ki, bu şərt arqument ilə birlikdə meydana çıxmama­lıdır: onun yeri - tezisdədir).

VII. 23) Əsaslandırmanın əvvəlcədən duyulması (peti­tio principii) – «klassik» səhv hallarından biridir: bu sübut kimi arqument gücü olmayan arqumentdən istifadə zamanı yaranır. Belə ki, bu arqumentin özünün sübuta ehtiyacı olur. Bu halda məntiqi səhv praktik cəhətdən istifadəsi mümkün olmayan nəticəyə gətirib çıxarır: NƏticə ya hipotetik xarakter daşıyacaq, ya da tamamilə yanlış olacaq.



Model:

Çəhrayı rəng insana zövq verir.

Bəzi fillər çəhrayı rəngdə olur.

(Nəticə)


Bəzi fillər insana zövq verir.

Nümunə:

Duzdan istifadəni ümumiyyətlə orqanizmə ziyan vurmadan aradan qaldırmaq olar.

(Bu məntiqi səhvin səbəbi ondan ibarətdir ki, burada sübut kimi özü-özündə hələ sübut edilməmiş müddəa çıxış edir. Belə ki, duz orqanizm üçün yalnız zərərlidir müddəasını hələ sübut etmək lazımdır. Əgər bu həqiqətən belə olardısa, onda çıxarılan nəticə doğru olardı, çünki istifadəsi orqanizm üçün zərərli olan şeyləri həqiqətən aradan qaldırmaq lazımdır. Amma belə mülahizələrdən qaçmaq lazımdır. Bu mülahizəni tam sübut edəcək arqumentlər yoxdur).

VIII. 24) Histeron-proteron (hysteron-proteron) – indicə müzakirə etdiyimiz səhvə oxşayır. Bu halda əsaslandırmanın əvvəlcədən duyulması ilə histeron-proteron arasındakı əlaqə növ ilə soy arasındakı əlaqə kimidir.

Histeron-proteron yunancadan daha gec – daha tez (daha doğ­rusu daha gec olan sübutetmədə daha tez olur və ya daha tez olanın yerində iştirak edir) şəklində tərcümə edilir. Histe­ron-proteron zamanı sübutetmədə əslində axırıncı olmalı olan ön plana gətirilir. Daha doğrusu, məsələn, özü məntiqi nəticə­çı­xar­manın nəticəsi olur.

Əsaslandırmanın əvvəlcədən duyulmasını histeron-prote­rondan daha dəqiq şəkildə fərqləndirmək üçün ritorikada onlar adətən belə təsvir edilir: əsaslandırmanın əvvəlcədən duyul­ma­­sı sübut edilə bilməyən, histeron-proteron isə – sübut edil­mə­­miş (amma tamamilə sübut edilə bilən) sübutlarla əməliy­yatı nəzərdə tutur.



Model:

Sabah şaxta olacaq.

Şaxtada isti geyinmək lazımdır.

(nəticə)


Sabah isti geyinmək lazımdır.

Nümunə:

Spikerin dünənki çıxışı sadəcə olaraq sayıqlama idi: onu təkrar etməyə utanırsan. Belə çıxışlardan, əlbəttə, çəkinmək lazımdır.

(Müvafiq çıxışı göstərməyərək, daha doğrusu – əslində – sübut göstərməyərək, danışan histeron-proteron ilə üzləşir, be­lə ki, şübhəsiz ki, belə ittihamın irəli sürülməsi – «çıxış … sa­də­cə olaraq sa­yıq­­lama idi!» - zamanı utanmaq lazım deyil və dinləyicilərin onun sayıqlama olub – olmadığını müəyyən­ləş­dirməsi üçün çı­xı­­şı göstərmək lazımdır).

IX. 25) Qeyri-qanuni mühakimələr (premissae illega­lev) – perspektivsiz əqli nəticələrlə əlaqədar olan bir qrup mən­tiqi səhvdir. Bu zaman nümayiş proseduru mümkün olmur, çünki müvafiq mühakimələrdən ümumiyyətlə, heç bir nəticə çıxarmaq olmur.

Məsələ bundadır ki, prinsipcə mühakimələr arasında han­sı kombinasiyanın mümkün olması, hansının isə mümkün olma­­masına dair ciddi qayda mövcuddur.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin