M ә ş ә d i İ b a d (kәnara). Deyәsәn, mәndәn qorxurlar. Zәrәr yoxdur; arvad kişidәn qorxsa yaxşıdır. (Onlara). Bir deyin görüm, xanım hansınızdır, qulluqçu hansınız?
S ә n ә m. Mәn qulluqçuyam, bu xanımdır. (Otururlar).
M ә ş ә d i İ b a d. Çox gözәl, çox әcәb! (Kәnara). Heç qulluqçunun özü dә yaman deyildir, amma xanıma söz yoxdur. Dәyәr verdiyim pullara. (Sükut. Heç kәs dinmәyir. Mәşәdi İbad birdәn-birә gözlәrini Gülnazın başına tәrәf dikib, diqqәt ilә baxır). Xanım, sәnin ki, saçın bu qәdәr qaradır, yәqin sәn dә mәnim kimi hәna qoyursan.