Ədəbi fraqmentlər
Ötən əsrin sonuncu ilin baharında – elə bir bahar ki, səması mavi, buludsuz, günəşi parlaq, laləsi, bənövşəsi daha ətirli, təravətli idi – bir uşaq kömürçü ailəsinə sonsuz bir sevinc gətirdi. Ürəyində neçə şirin arzusu, ümid və istəkləri ilə göz açdı dünyaya bu uşaq. Kim bilirdi ki, illər keçəcək, bu bahar oğlu səhnəmizə «Sevinc»i, «Aydın»ı, «Solğun çiçəkləri» ilə gələcəkdir? Kim bilirdi ki, zaman ötəcək, Almazlar, Yaşarlar, gülüşlər, Oqtaylar ölkələr gəzəcək, dillərdə dolaşacaqlar.
O gün Azərbaycan ədəbiyyatı göylərində bir günəş doğuldu. Bahar oğlu öz bahar şeiri ilə gəldi ədəbiyyatımıza. Yaradıcılıq yollarında çaşmadı, büdrəmədi, geniş üfüqlər fəth etdi sənətkar.
Bu sənətkar – milli Azərbaycan dramaturgiyasının ən böyük nümayəndəsi Cəfər Cabbarlıdır.
«Çağdaş dramaturgiyamızda yüksək ideyalar, humanist əməl və arzular ifadə edən Cəfər Cabbarlı sənətinin böyük şəfəqi hakimdir».
C.Cabbarlı öz əsərlərində bu gün yol yoldaşımız olan adamların canlı obrazlarını yaratdı. Almazların, Yaşarların arzuları bu gün çiçək açıb. İndi xalqımız yeni, müstəqil Axərbaycan uğrundu, sözün əsil mənasında, mübarizəyə başlayıb. Bax, indi mən uca qayanın başındadurub uzaqlarda yerləşən bir kəndi seyr edirəm. Günəş üfüqlərin arxasından boylanır, çoban dağda tütək çalır, adamlar harasa heç tələsirlər. Onların arasında on səkkiz yaşlarında, ortaboylu, qarayanız, uzunhörüklü bir qız öz danışığı, rəftarı, baxışları ilə hamıdan seçilir. Mən onu yaxşı tanıyıram. Onu siz də yəqin ki, tanıyırsınız. O kənddə müəllim işləyir.
… Mən Almaz mətanətinin, döyüşkənliyinin vurğunuyam. Almaz kimi həyatda mübariz olmaq, hər cür haqsızlığa qarşı barışmaz olan əsil Adam kimi yetişmək istəyirəm. Əgər mən müəllim olsaydım və şagirdlərimdən Almaza göstərilən məhəbbətin yarısını duya bilsəydim, özümü Ən xoşbəxt insanlardan biri sanardım.
Mən öz yazıma C.Cabbarlıya sonsuz məhəbbətimi ifadə edən bu misralarla bitirirəm:
Dəryadan dərinsən, göydən qəlbisən,
Bir zümrüd quşusan uçuşunla sən.
Oqtayı, Yaşarı, Almazı sevən
Sevili sevdirən Cəfərim mənim.
… Böyük ədəbiyyatın zaman və xalq qarşısında həmişə böyük mənəvi vəzifəsi var: əsrin həyəcan və həqiqət dünyaya və tarixə car çəkmək. Sosial tərəqqinin keçid və dönüş anlarında, xalqın Milli tarixinin və taleyinin yol ayrıcında dayanan sənətkar belə bir vəzifəni könüllü qəbulu və əməli icraya daxilən hazır olur. Bu zaman xalqın sabahı və gələcəyi üçün mənəvi cavabdehliyə onun haqqı fərdi bədii dühanın öz miqyası və hüdudları ilə müəyyən edilir.
İstedad, şəxsiyyət və tarixi-semetik tərəqqi arasında ahəngin məhz belə bir qanunu M.F.Axundovla zaman arasında münasibətlərin məzmunu üçün son dərəcə səciyyəvidir.
… H.Cavid Azərbaycanımızın mənəvi varlığını təmsil edən, öz yolu, öz zirvəsi olan, öz aləminin bir sənətkarıdır. O, minillik bir ədəbiyyatımızın zəngin çeşidli panoramında bir kimsəyə bənzəməz, bir kimsə onu əvəz edə bilməz. Cavid elə bir sənətkardır ki, müasirləri və xələfləri həmişə ondan faydalanmış, həqiqi sənətin sirlərini, incəliklərini, duyğuları xitab etməyi ondan öyrənmişlər. Cavid sənəti Müşfiq demişkən: «Açarı qeyb olmuş bir xəzinədir».
M.Hüseyn ədəbiyyatımızın görkəmli nümayəndələrindən O, həyata adi bir kənd müəlliminin evində göz açmışdır. Özü isə həyatdan müəllimlər müəllimi kimi getdi. Öz xalqı adından dünyanın uca-uca söz kürsülərinə sinə gərən ictimai xadim kimi.
Mehdi Hüseyn ədəbiyyata «Daşqın»la gəldi, həyatdan isə dənizlərə axan coşğun çaylar kimi getdi. Bütün dünyanın sevə-sevə oxuduğu məşhur bir yazıçı kimi, ədəbiyyatımızın şöhrət tarixinə yeni səhifələr yazmış sənətkar kimi.
İllər keçir… Biz M.Hüseynin yoxluğunu və böyüklüyünü daha dərindən hiss edirik. Uca dağlar uzaqdan göründüyü kimi.
Günəşli zirvələr yer üzünün, əbədi zirvələr isə xalqın vüqarıdır. Ədəbi zirvələr əbədi zirvələrə çevrilir. Mehdi Hüseyn belə məğrur bir zirvə kimi Azərbaycan xalqının tarixində əbədi qalacaqdır.
Tənqid toxumunu hər yerdə əkmə,
Dünyada sənə də ölüm-itim var.
Adamla adamın adını çəkmə,
Tənqid eləməyə nə çox yetim var.
Dostları ilə paylaş: |