Vidadi üçün
Hərdən-bir könlümü çəkirsən dara
Bu xəstə könlümə vurursan yara.
Xəstəlik nədir ki, qalıb avara
Qaçırsan əlindən dağa çıxırsan.
Bəla şeyx arvadının cümə müridlər…
Qolu qüvvətli, bucuburma igidlər…
Köhnəməzhəb kimilər, sonra cədidlər…
Axund, mola, mirzə, sonra Seyidlər…
Bizi də növbə olar, bəlkə də qismətdir bu…
Sumqayıt Kimya istehsalı Birliyində işə düzəlmişdim. Müəllimliyə keçə bilmədiyim üçün 3 il 1975-78-ci illərdə həmin zavoda işləyirdim. Şöbənin müdiri Tolkaçov Pavel İvanoviç idi. Ona qəni-qəni rəhmət. Dinə gətirsin onu Allah.
Bir dəfə televizorum xarab olmuşdu. Şöbə müdirinin müavini Voronik Mikail İosif o biri – o, yaxşı televiziya mütəxəssisi idi – evə dəvət etmişdim.
Televizoru düzəltdi və getdi. Səhər işdə birdən-birə mənə müraciətlə:
– Omürşax, tı oçen prekrasnıy xudojnik. Mən şaşırdım. Ümumiyyətlə, rəsm və rəsmxət mənim məktəbdə çox əziyyət çəkdiyim fənlərdən idi. Doğrudur, sizə tablolar önündə dinməzcə saatlarca dayanaram. Amma şəkil çəkmək, yaxud sənətin digər sahələri ilə məşğulluq mənim Axilles dabanımdır.
Ona görə də maddım-maddım baxdım Voroninin üzünə. Dedim: Mikail İosifoviç, mənimçün dünyada şəkil çəkməkdən ağır iş yoxdur. O güldü. Şöbənin digər əməkdaşlarına və xüsusilə Pavel İvanoviçə dedi: - Omurşaxa 3 oçen prekrasnıy detey.
Mən məsələni başa düşdüm. O mənim körpələrimə işarə edirdi.
– Kaş ağılları gözəl olaydı, Mikayıl.
Anam deyik demişdi. Deyibmiş ki, bəs Ömürşah instituta girsin, Babadağına Həzrət Babanı ziyarətə gedər. Mən də qəbul imtahanlarını müvəffəqiyyətlə verib kəndə qayıtmışdım ki, camaatın səfərə hazırlaşdığını eşitdim. Annam dedi ki, sən də hazırlaş, mən deyik demişəm. Elə ona görə də sən girmisən məktəbə. Özümün də marağım var idi. Hazırlaşdım. O dövrün də sərfəli nəqliyyatı olan uzunqulaq süvar olub yola düzəldik. Karvanda 40-50 adam var idi. Getha get Şamaxıdan keçdik. Alçalı pirdən keçdik. Babadağı gxrükənə çatanda adamlar birdən-birə eşşəkdən tökülüşüb fikir etməyə başladılar. Hamısı zikirə giridi, cavanlar da, qocalar da. Bircə Nəsir və mən bu müdhəm mənzərəni qorxu və təlaş içində seyr edirdik. Dəhşətli o idi ki, bizim tanıdıqlarımız bu qohum-əqrəba birdən-birə elə dəyişirdilər ki, elə bil heç hər addımbaşı bir-birinə fırıldaq gələn, yalan danışan həmkəndlilər deyildilər. Allahın yanında günahları yumaq məqsədilə tamam-kamal dəyişməsiydilər, özlərini toza-torpağa sürtürdülər, ağız-burun əyilirdi. Gözlər hədəqədən çıxırdı. Sanki bir-birilə yarışırdıllar.
Bu səhnə bir neçə dəfə təkrarlandı. Lap bu səhnələrin ən dəhşətli anlarının birində Nəsir – o indi Bicoda müəllimdir, rus dilindən dərs deyir. Mənə müraciətlə yavaşcadan dedi: – Ömürşah, bu adamların hamısı dəli oldular, bəs bu qədər etməyi biz ikimiz kəndə necə aparacağıq?!
Turk İlahiyyat Kollecində dərs deyirdim. Kollecin direktoru İlyas bəy Ayaydın çox maraqlı ziyalı idi. Tez-tez məni otağına dəvət edir, bir stəkan çayın və qəhvənin ətrafında ehtiraslar coşar, çağdaş Türkiyənin və Azərbaycanın problemləri haqqında uzun-uzadı mübahisə edərdik. Mən rüşvətin respublikanı bərbad vəziyyətə saldığına xatırladanda İlyas bəy dedi:
– Ömürşah bəy, Türkiyədə də rüşvət var. Lakin orada iki yerdə rüşvət yoxdur; hərbidə və təhsildə.
Vallah, qibtə olunası ölkədir.
İlyas bəy Ayaydın bir dəfə mənə belə bir söhbət etdi: Bir gün bir valideynin mənim qəbuluna düşdüyünü bildirdilər. Mən tez işimi qurtardım, müəllimlərə göstərişlər verib valideyni içəriyə dəvət etdim. İçəriyə girdi, salam verdi. Oturmağa yer göstərdim, oturdu.
Mənə minnətdarlıq etdilər. Dedi ki, bu açdığımız məktəb, tədris etdiyimiz fənlər çox gərəklidir. Azərbaycan təhsil sistemi üçün yenilikdir.
Məmnun oldum. Sevindim ki, işimizi qiymətləndirirlər. Xüsusilə onun dinin, Quranın, ilavhiyyatın tədrisi haqqında sözləri çox ürəyəyatan idi.
Lakin birdən: – İlyas bəy, bu Quranın və İlahiyyatın tədrisi əvəzsizdir. Amma məni bir şey çox narahat edir. Bizim bu uşaqlarımız şiyə olacaqlar, yoxsa sünnü?
Mən inanırdım. Deməyə söz tapmadım. Handan-hana: Vallah, deyə bilmirəm onlar şiyə olacaqlar, ya sünnü. Amma onu bilirəm ki, müsəlman olacaqlar.
Mən ömrüm boyu utancaqlıqdan əziyyət çəkmişəm. Xüsusilə qadınlar olan məclisdə susub bir tərəfdə sakit dayanmağı xoşlayıram.
Bir qadından yaman xoşum gəlirdi. Lakin onu görən kimi özümü itirirdim. O da bunu bilirmiş kimi ləzzət alırdı və mənə zülm verirdi öz ədasıyla. Ağaşərif bunu bilirdi və hər dəfə mənə sataşırdı. Bir dəfə mənə dedi ki, qorxma giriş ona. Mən özümü dartdım. Dedim ki, olmaz. Mən kişiyəm. Kişi gərək qadının qarşısında qürurunu saxlasın və s. və ilaxır.
Mən belə deyəndə o zəndlə mənə baxdı. Sonra birdən başıma bir qapaz ilişdirib dedi: Kül olmasın başıma. Kişilik qüruru saxlayana bax.
Alə, qadının qabağında dünyanın ən böyüyü şahları dizin-dizin sürünüblər ey. Səninsə adın şahdır, özün, şükür allaha ki, şah deyilsən.
Dostları ilə paylaş: |