Oğul sözlərimə yaxşı qulaq as


Keçirilməyən 55 yaşımda deyilməyən ehkamım



Yüklə 281,08 Kb.
səhifə11/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   56
Keçirilməyən 55 yaşımda deyilməyən ehkamım
Mənim əzizlərim, istəklilərəim, qolumun qüvvəti gözümün nuru olan qardaşlarım, onların xanımları və övladları.

Mənim istəkli övladlarım, xanımım, qızım, kürəkənim və nəvələrim, canım qədər sevdiyim övladlarım.

Mənim 55 yaşım tamam oldu. Bu dövlət tərəfindən verilmiş sənədlə təsbit olunmuşdur. Lakin anamın dediyimə görə mən noyabr ayının 24-də anadan olmuşam. «Oxatan» bürcündənəm. Anamın dediyi nə qədər müqəddəsdirsə də, hər halda hökumət kağızı əsasdır. İndiki halda mənim təvəllüd tariximi müəyyənləşdirən əsas sənəddir. Mən 55 yaşımı qeyd etmək fikrindən tamam uzaqdım. Çünki Siz bilirsiniz, bilməyənlər də insanların gur olduğu yerlərdir. Ona görə yox ki, mən insanları sevmirəm, onlarla olanda darıxıram. Ona görə ki, onları çox sevirəm. Onların ürəklərini oxuya bilirəm. İnsan varsa, onun kini, qəzəbi, qal-qeybəti var, ən yaxşı halda yaxşını qoyub pisi danışmaq şakəri var. Ona görə də mənimçün dünyada ən əziz vaxt, qiymətli zaman tək, kimsəsiz qaldığım anlardır. Onda özün-özümlə oluram, hətta şeytan belə qəlbimə girə bilmir. Heç kim olmur mənimlə. Daha doğrusu, kimi istəsəm o olur mənimlə. Ürəyindən kim, nə keçirsə o olur. Mən onda qalibəm. Heç nəyi vecimə almıram, gücüm, qüvvətim özümdədir. Füzuli demişkən: «İnşallah ki, qalibəm mən». Bu gün mənim dostlarım, can-ciyərlərim mənim ifadəmlə zidd olaraq bir yerə yığıldılar. İstədilər ki, mənim yubileyimi keçirsinlər və məni xoşbəxt etsinlər.

Yaxşı yadımdadır: Mənim 50 illiyimdə bir rəsam bir şəkil çəkmişdi. Mənim konuma gəlmişdi. Şəkil guya mən idim. Heç mənə oxşamırdı da. Dəvənin üstündə oturmuş bir adam idi. Kişi mənə oxşayıb, eləmirdi. Məbəd bir az lirik, adamı tutanda, yaxşı əhvali-ruhiyyə, ovqat təlqin edirdi. 50 saylı dayanacaqdan 100 saylı dayanacağa doğru irəliləyən bu adam guya mən idim. Bircə dəvəsindən başqa heç nəyə gümanı gəlməyən bu kişi böyük ümidlə və narahatlıqla gedirdi. İndii rəssamın arzularına uyğun olaraq məni dəxi 5 il yaşadım. Bilmirəm ömrün hansı dayanacağında, yaxud yarpadayanacaqda dayanacağam? Amma onu bir onu bilirəm ki, azacıq istixanalarla mən həmişə xoşbəxtliyin fövqündə olmuşam.

Qoluzorlu, tanınmış, nüfuzlu atam vardı. Hamı onun fikri, rəyi ilə hesablaşırdı. Ona sitayiş edirdilər. Elə hesab edirdilər ki, Əhliman nə desə o da olmalıdır. İndii mənim də sözün eşidilir, dost-tanış yanında, qohum-əqrəba yanında qulaq asırlar mənə.

Mənim uğurum özümünkündən daha çox atamın uğurlarıdır. Atamın mənimçün qoyub getdiyi mənəvi mirasdır. «Əhlimanın oğlu səhv edə bilməz». Bunu ağsaqqallar deyir. Özü də elə-beləcə: «Əhlimanın oğlu, Ömürşah yox».

Qarasaqqalların da öz mövqeyi var, özü də birbaşadır və qətidir: «Ömürşah müəllim düz deyir», Ömürşah müəllimdir. Həm də burda oturanlarçün elə müəllimdir, atadır, qardaşdır, əmidir, dayıdır və nəhayət babadır.

Amma heç kim məni qeyri-səmimilikdə ittiham edə bilməz. Bir də ki, yuxarıda qeyd etdiyim qohumluq əlaqələri üçün səmimiyyətdən başqa keyfiyyət düşünmürəm.

Mən qohumlarımçün, dostlarımçün çox səmimi bir ömür yaşayıram. Çox səmimi. Çünki mən həmin səmimiyyətdən tərbiyə aldığım mühitdə, ailədə, oxuduğum məktəbdə, əhatəsində və ünsiyyətdə olduğum insanlarda, atamda, əmimdə, anamda, müəllimlərimdə görmüşəm.

Əmim zəhmli, ağırtaxtalı kişi idi. Onun sözünün qabağını deyən yox idi. Qohumda, yadda, ətraf kəndlərdə onun sözünə qulp qoyan görməmişəm. Ağsaqqal idi. Həqiqi mənada indiki mənimtək alayarpaqçıqlardan deyildi. Hərdən mənə deyirlər və xatırladırlar ki, «sən Ömürşah, elə Süleyman əmimə oxşayırsan. Bütün parametrlərimlə, boy-buxununla, sifətinin cizgiləriylə, xarakterindəki coşğunluqla, saiqvinq temperamentilə, bir sözlə, bütün fiziki, mənəvi, etik, əxlaqi tutumunla».

Əgər, doğrudan da belədirsə, mən çox xoşbəxtəm! Əmimə oxşamaq, onu xatırlatmaq məndən ötəri bir dünya sevincdir. Ona oxşamaq mənim Ən böyük istəyim və arzumdur. Amma mənə belə gəlir ki, mən daha çox atama oxşayıram. Bilmirəm, bəlkə də, heç oxşamıram. Amma nədənsə tez-tez özümü onunla müqayisəyə meyl edirəm və qəribə də görünsə daha çox ümumi səciyyəvi xüsusiyyətlər tapıram.

Bəli mən Sizlərin hamısından fərqli olaraq çox xoşbəxt ecazkar atalı günlər yaşamışam. Atam ilk baxışda uşaqlar üçün ağır, çətin Adam idi. Uşaqlarçün gərək dilli-dilavər olacam, onlara tər-tumar çəkəsən, başını sığallayasan. Yox atamda belə keyfiyyətlər görməmişəm. Onun bizi oxşadığını, əzizlədiyimi, bir dəfə yanımızda güldüyünü, bircə dəfə anamızı xoşluqla dindirdiyini görməmişəm. Elə həmişə qaşqabaqlı, ağır, hərdən-bir bığaltı xəfif təbəssümünün şahidiyəm.

Məni hədsiz dərəcədə çox istəyirdi. Deyilənə görə üçüncü dəfə evlənməyinin də səbəbi biz olmuşuq. Onun bu gün burda iştirak eləyən uşaqları.

Yəqin ki, bu çox təbiidir, onun burda iştirak edən övladları hamısı elə mənim kimi düşünür: «Atam hamıdan çox onları istəyirmiş. Bu təbiidir və belə də olmalıdır.

Amma və lakin mən dəqiq bilirdim ki, o məni hamıdan çox istəyirdi. Hətta sonbeşiyi olan Nafiqdən də. Yox bəlkə Nafiqi elə məndən çox istəyə bilərdi. Çünki Nafiq onun ömrünün son illərində, ixtiyar çağlarında Dünyaya gəlmişdi. Biz onda hamımız kənddən-kəsəkdən çıxıb getmişdik. Nafiq onun əlinin çomağı, gözünün çanağı, ürəyinin durumu və ağzının tamı idi. Bəlkə onu məndən çox istəyərdi.

Nə isə… Sonralar xoşbəxtliyimin növbəti dövrü başladı. Dünyanın ən tgözəl xanımı Xanımla ailə həyatı qurdum. O mənim sevincimə, ağrı-acılarıma ortaq oldu. Xoşbəxt idim. Sevincim dünyaya gələndə xoşbəxt idim, ona görə də adını Sevinc qoydum. Kamımı dünyadan ürəyimcə alırdım, ona görə də oğlumun adını Kamran qoydum.

Sonra atamın xatirəsini yaşatmaq üçün Əhliman çağırdım ikinci oğlumun adını. Məhz Əhliman. Artıq xoşbəxtliyin zirvəsindəydim. Nə biləydim ki, xoşbəxtliyin ömrü bü qədər az imiş…

Hər şey az vaxt, qısa zaman ərzində dağıldı, ev-eşik, xaniman, dünya başıma uçdu. Elə bil ki, heç o xoşbəxt günlər olmayıbmış. Yalanıymış, yuxuymuş. Bir günün içindəcə hər şey məhv oldu. Mən üç körpə balamla – Sevincimlə, Kamranımla və Əhlimanımla sahilsiz, yelkənsiz bir ümmana düşmüşdüm. Çətinlik məni üzürdü. Əldən salırdı. Elə bilirdim ki, dünənki xoşbəxt, qayğısız güllərim yalan imiş. Heç olmayacaqmış. Nəhayət, yenə mən uğursuzluq zolağından çıxdım. Bu dəfə Abdulla və Emel dünyaya gəldilər.

Xanımım Bəsirə Sevincimə, Kamranıma, Əhlimanıma analıq etdi. Onlar böyüdülər. Yenə də xoşbəxt günlərim başlandı.

Mən xoşbəxtəm. İndii bu yaşda nəvələrimlə olan söhbətlərim ən yaxşı anlarımdır. Nəvələrim çoxaldıqca sevincim, səadətim, xoşbəxtliyim artır. Artır və qüvvətlənir. Mənə elə gəlir ki, mən heç vaxt ölməyəcəyəm. Çünki Ən azı Abdulla oğlunun adını «Ömürşah» qoyacaq. O biriləri bilmirəm, mənə elə gəlir ki, onların «Ömürşah» adından xoşları gəlmir. Ya ad köhnədir, ya da lap kosmopolit. Nə qəm hansısa mənim adımı nəvəmə yaraşdıracaq və mən 70-80 il dəxi yaşayacağam.

Qardaşlarımın təbəssümlərində, həsrət dolu baxışlarında, mənsiz güc-güzəranlarında, nəvə-nəticə toyundakı firavanlığında, onların uşaqlarının nigaran qılıqlarında, oturuşunda, duruşunda, Kamilin iftixar dolu dünyasında yaşayacam.

Oğlanlarımın atasız dünyasında, mənsiz həyatlarında yaşayacağam.

Qızlarımın kövrək gülüşlərində, qüssəli danışıqlarında yaşayacağam.

Mən yaşayacağam.




Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin