Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə62/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   58   59   60   61   62   63   64   65   ...   128
8. Xəzərarxası türkmənləri.

Bayındırlardan bir oymaq da göklən ulusu arasında yaşa­yırdı. Vam­be­ri­yə görə5 bu bayındır oymağı qalayçı, görük ya­pağı, yadçı, kəşir (?), ya­sa­ğa­lıq-törəng kimi qollara ayrılırdı. İndi bayındırların yurdu İran torpağın­dadır6.

Bayındır boyunun türk tarixindəki ən mühüm rolu onun Anadolunun fəthində və məskundaşdırılmasında iştirakından sonra ağqoyunlu dövlətini qur­masıdır. Buna görə ağqoyunlu xanədanına türk qaynaqlarında bayındırlı, fars qaynaqlarında bayındıriyyə adı verilir. Ağqoyunlu xanədanı Bayındır xa­nın nəsli olmaqla fəxr edirdi. Həmin xanədan ağqoyunlu dövlətinin son dövr­lərində xeyli qələbəlik idi, lakin onların mühüm bir qismi taxt-tac uğ­run­da mübarizədə tələf olmuşdu. Türkiyədə bu xanədana mənsub olanlardan bəzilərinin nəsli bu günə qədər da­vam etmişdir.

Türkmən İskəndər bəyin sözlərindən belə çıxır ki, xanədan üzvlərindən bir qismi də səfəvilər zamanında İranda yaşamış­dır. Səfəvi hökmdarının on­la­rı məhv etməməsi heyrət doğu­rur. Sə­fəvi dövründəki ağqoyunlu ailəsinə mənsub olanlar­dan Mu­rad bəy Bayındıriyyə Türkman ilə Məhəmməd Za­man Sultan Ba­yın­dıriyyə Türkmanı tanıyırıq. Şah Abbasın ən etibarlı xatunu Murad bəyin qızı idi. Məhəmməd Zaman Sultana gəlincə, özü və ailəsi yəzdli olub yaxşı təhsil gördüyü bildirilir. Şahın yaxın adamlarından olan Mə­həmməd Zaman Sultan 1015-ci ildə (1606/1607) ölmüşdür1.

14. PEÇENEQ

Bu adda X-XI əsrlərdə Qara dənizin şimalında və Balkan­lar­da mühüm si­yasi rol oynamış bir türk qövmünün olduğunu bilirik. Bundan başqa, XI əsrdə peçeneq adlı bir oğuz boyu da vardı. Kaşğari türk peçeneq qövmü ilə oğuz peçeneq qövmünü bir-birindən fərqləndirir2. Bu ad eyniliyi ancaq iki şə­kildə izah oluna bilər.

1. Hər iki təşəkkülün eyni ad daşıması sadəcə bir təsadüf­dür.

2. Oğuz peçeneq boyu türk peçeneq qövmünün bir parçası olub oğuz­la­rın tabeliyi altına girmiş, vaxt keçdikcə oğuzların bir boyu halına gəlmişdir. Ancaq nə Kaşğarinin, nə də Rəşid­əd­dinin xəritələrində bu ehtimala aid bir dəlil yoxdur. Üstəlik, bu boy bayındır, çəpni və çavuldurlardan fərqli olaraq, Oğuz xanın dördüncü oğlu Göy xana bağlanmır. Peçeneq boyuna aid təhrir dəftərlərində ancaq 4 kənd adı görünür ki,3 onların hamısı digər boylara aid çoxlu yer adları kimi Ankara sancağında yerləşir. Bu münasibətlə Ankara bölgəsində səlcuqlu fəthindən bəri çox qələbəlik bir türkmən elatının yaşadı­ğına bir daha diqqəti cəlb edək. XII əsrdə Ankara türkmənlərinin şöhrəti Xo­rasana qədər yayılmışdı.

Ankara sancağındakı peçeneq kəndləri Yabak ova, Murtəza ova və Qə­sə­bə qəzalarında yerləşir. Kəndlər indi də əvvəlki ad­la­rını daşıyırlar4. Bun­lardan əlavə, Ankaraya bağlı Şərəfli Qoç-hisar yaxınlığındakı bir vadi də Pe­çeneq özü (peçeneq va­disi) adlanır. Lakin indi bu vadidə Yeni-elə bağlı türkmən kənd­ləri yerləşir. Müasir dövrdə peçeneq yer adlarından ikisi Ma­raşın Əl­bistan qəzasında, dördü isə Konya bölgəsindədir. Bunlardan başqa, Ak­saray qəzasında (Konya) Beçeneq adlı bir tarlanın, İs­parta bölgəsində isə iki yer adının var olduğu məlumdur1. Üs­təlik, biri Su şəhərinə (Sivas), digəri də Əmir dağına (Afyon) tabe Peçenə adlı iki kənd var ki,2 onların bu boy­dan olduq­la­rı­na şübhə yoxdur.

Rəşidəddinin peçeneq boyunun adını biçənə şəklində yazdı­ğını bilirik. XVI əsrdə peçeneq adlı oymaqlara gəlincə, onlar Hələb türkmənləri, Tarsus varsaqları və atçəkənlər arasında yaşamışlar.




Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin