Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR


Trabzon bölgəsi çəpniləri



Yüklə 6,75 Mb.
səhifə67/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   63   64   65   66   67   68   69   70   ...   128
3. Trabzon bölgəsi çəpniləri.

Osmanlı coğrafiyaşünaslarından Məhməd Aşiqin XVI əsrin sonunda yaz­dığı «Mənazir ül-əvalim» adlı əsərində Trabzon yörəsində yaşayan türk­lərin xeyli hissəsini çəpnilərin təşkil et­diyi, yörənin qərb və cənub tərəf­lə­rin­dəki dağların da Çəpni dağ­ları adlandığı barədə bir qeydin olduğu məlum­dur9.

Təhrir dəftərlərində bu çəpnilərlə əlaqədar mühüm qeydlər əldə edilir.

I Səlim dövrünə aid (921-1515/1516) bir dəftərdə çəpnilə­rin sıx halda yaşadıqları yer «Vilayəti-Çəpni» adı ilə ayrı bir inzibati yer kimi göstəril­mişdir. Dəftərdəki yer adlarından belə görünür ki, bu yerə Girəsun, Torul və Görələ arasındakı sahədir. Xüsusilə Kürtün qəzası başdan-başa çəpnilərlə məskun idi. Bu­nunla bərabər çəpnilər Trabzon-Torul-Vəqfi-Kəbir arasında­kı sa­­hə­də də yaşayırdılar. Çəpni yörəsində Ozqur, Qara dibi, Qur­tul­muş, Ye­nicə Hisar, Seyid, Candarlu, Alnı yuma, Ənkəzlü, Fi­ruzlu, Halqalu, Ya­xal­qan, Kilsə, Qul çuxuru, İaban, Dikməçi, Yağmurca, Əmirlü, Sarban, Uzun dərə, Qara gönçü, Mürsəllü, Tapa dərəsi, Dərəlü, Ağ yuma, Qarınca kimi böyük bir qismi türk­cə adlar daşıyan qələbəlik kəndlər görünür.

Buradakı çəpnilər tamamilə torpağa bağlanmışdılar. Xris­tianlar isə sahil şəhərlərində yaşayırdılar. Çəpni yörəsi timar sis­teminə tabe idi. Dirliklər isə ümumiyyətlə çəpni bəylərinə ve­rilmişdi. Məsələn, Busatlu (hər halda Əbu Səidli­dən yaran­mışdır) adlı bir zəamət çəpni bəylərindən Məhmət bəy oğlu Əli­yar bəyin idi. Məhməd bəyin Xəlil, Əli xan, Hümmət və Na­suk adlı oğulları da timar sahibi idilər. Yeni çəpni bəylərindən Aydın bəy oğlu İbra­him, Məhmət bəy oğlu Xəlil, Piri bəy oğlu Busat da timar işlədirdilər. Dəf­tərdə timar sahibi kimi daha çox çəpni bəylərinin adına təsadüf edilir. Çəpni bəylərinin yanında qədimdə din və təriqət adamları görürdük. Həmin dəf­tərdə Ya­qub Xəlifə adlı bir təriqət adamının cami, zaviyə və keçilməz yer­lərdə körpülər tikdirmiş «əhli-vəlayət və sahibi-kəramət» bir kimsə olduğu və çəpni bəylərindən Süleyman bəyin onun üçün cami tikdirdiyi və ailəsi üçün dörd para kənd bağışladığı yazılır. Süleyman Xəlifə adlı digər bir çəp­ni təriqət adamının da sıldı­rım bir boğazda körpü inşa etdirdiyi həmin dəf­tərdə qeyd olun­muşdur. Çəpnilərə mənsub bəzi şəxslərin Girəsun, Ordu və Tirə­bo­lu camilərində imamlıq, xətiblik və cüzxanlıq vəzifələri daşı­dıqla­rı bilinir. Trabzonun şər­qin­də yerləşən dirliklərdən bəzilə­rinin də çəpnilərin əlində olduğu məlum­dur1.

Çəpnilərin mühüm hissəsi şiə idi. Bunun nəticəsində də sə­fəvi hökm­dar­larına sadiq idilər. 973-cü ildə (1565) Trabzon san­cağı bəyinə yazılan bir fər­manda2 yuxarıda Caniblə (yəni İranla) münasibətdə olanların gizlincə tutulub göndərilməsi əmr olunurdu. Şübhəsiz, səfəvilərin müridləri arasında bu çəp­ni­lərdən xeyli adam vardı.

Qanuni dövründə Şərqi Anadoluda, hətta İraqdakı qalalarda könüllü ola­raq çalışan xeyli çəpni vardı. Onların çoxu Trabzon və Canik çəpnilərindən idi. Bu çəpnilərin bəziləri İranla mü­ha­ribələrdə səfəvilər üçün casusluq et­dikləri üçün və hətta çox­luq olduqları halda Ərciş qalasını düşmənə ver­mək surətilə xə­ya­nət etdikləri üçün 976-cı ildə (1568) Van bəylərbəyisinə fər­man göndərilərək Van, Ərciş, Axlat və Bitlis qalalarında bir adam qalmamaq şər­tilə bütün çəpnilərin çıxarılması əmr edil­miş­di1. Bundan başqa, 994-cü ildə (1585) Anadoludakı bütün bəy­lər­bə­yilərə, Şam, Bağdad və Rəvan bəylər­bə­yi­lərinə fər­man­lar gön­­dərilərək, çəpni, tat və qızılbaşlara dirlik veril­mə­məsi ya­zılmışdı2. 975-ci ildə (1567) Bayburt alaybəyisinin çəpnilərdən olduğunu bilirik3.


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin