Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə75/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   71   72   73   74   75   76   77   78   ...   128
10. Xəzərarxası türkmənləri.

Salurlar Xəzərarxası türkmənlərinin meydana gəlməsində birinci dərə­cəli rol oynayan çavuldur, iğdır, eymür, karkın kimi boylardan biridir. Hətta əlimizdəki məlumatlara görə birincisi­dir. Salurlar qədimdən bəri Manqış­laq­da yaşayırdılar. Onların buraya eymür, döyər, çavuldur, karkın boylarına mənsub böyük qollarla Şah Məlikin öldürülməsindən sonra oğuz eli arasın­da başlayan qardaş qırğını nəticəsində gəldikləri nəql edilir. Biz X əsrdən bəri Manqışlaq yarımadasında türkmənlərin yaşadıq­larını bilirik.

XVI əsrdə salurların Manqışlaqda qələbəlik bir halda ya­şa­dıqları müşa­hidə edilir. Bunlar orada içki (iç) salur və taşqı (dış) salur olmaq üzrə iki qola ayrılmışdılar. Salurlar həmin əs­rin sonlarına doğru manqıtlar (noqaylar) tərəfindən oradan ta­mamilə çıxarıldılar. Bunun nəticəsində salurların bir qis­mi Ət­rək və Gürgan çayları bölgəsində, əsas kütləsi isə Xorasanda yurd sal­dı. İki çay arasına gələn salurlar ohlu (oxlu) və eymür­lərlə birlikdə yaşayır­dılar. Bu kütləyə sayın xanlı, yaxud yaxa türkmənləri deyilir.

1007-ci ildə (1598/1599) Şah Abbasın Astarabad bölgəsinə yürüşü nə­ticəsində digər sayın xanlı türkmənləri kimi salurlar da səfəvi hökmdarına öz itaətlərini bildirmişlər2.

Əbülqazinin nəql etdiyi rəvayətlərə görə3 ərsarı adlı türk­mən icması sa­lur­lardan (içki salur), yomut, təkə, sarıq adlı türk­mən icmaları da yenə bu boy­dan (taşqı salur) çıxmışlar. Rə­va­yətlər doğrudursa, bu günkü Xəzərar­xası türkmənlərinin bəlkə də yarısından çoxunun salurlardan olduğunu qə­bul etmək la­zımdır. XIX əsrin ortalarında doğrudan-doğruya salur adını da­şı­yan türkmən ic­ması Mərv ilə Herat arasında, Mürqab boyunda ya­şa­yırdı. Rəvayətlərdə onlardan çıxdıqları söylənən sarıqlar da sa­lurların ən yaxın qonşuları idi. Vamberi (1863) salurların 8.000 çadır olduqlarını və aşağıdakı obalardan meydana gəldik­lərini yazır1:

1. Yalavac (yaz, tizi, sakar, ordu xoca obalarına ayrılır­dı).

2. Qaraman (alam, görcikli, bəy böləyi).

3. Ana böləyi (yadçı, Buxara, bəkəşli törə (?), Teymur).

18. EYMÜR (EYMİR)

XVI əsrdə Anadoluda bu boya aid 71 yer adına təsadüf edi­lir2. Bu rə­qəm­lə eymürlər siyahıda dördüncü sıranı tuturlar. Ey­mür yer adlarından bir çoxu Sivas-Tokat bölgə­sindədir. Yenə hə­min əsrdə Anadolunun müxtəlif yer­lə­rin­də ey­mür adlı oy­maqlar müşahidə olunur. Bu boyun adı Ana­doluda daha ziyadə eymir (hətta bəzən bəlkə də imir), İran və Xarəzm türkmənləri arasında isə eymür şəklində tələffüz edilir.




Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin