1. Hələb türkmənləri.
Hələb türkmənləri arasındakı eymür oymağı Qanuni dövrünün ilk illərində 4 qola ayrılmışdı. Əffan Kətxudanın idarəsindəki birinci qolun əhalisi vergi ödəyən 177 nəfər idi. İkinci qol isə qaragöz adını daşıyır. Bu qolun əhalisi 55 nəfər idi. Üçüncü eymür qolu Çarıq oğlu Əhməd Kətxudanın buyruğunda göstərilir. Onun əhalisi 86 nəfər idi. İlyas adlanan dördüncü qol digər qollardan ayrı yaşayırdı. Həm də bu qolun əhalisi digərlərinə nəzərən çox az, cəmi 19 nəfər idi. 978-ci ildə (1570/1571) eymür oymağının vergi mükəlləfiyyətli əhalisinin sayı 453-ə yüksəlmişdi. Onlar XVII əsrdə də əski həyat tərzlərini davam etdirmişlər3. Bu eymürlər də 1101-ci ildə (1690) təşkil olunan Avstriya səfərinə çağrılmışlar. 100 atlı ilə bu səfərdə iştirak etmələri əmr olunan eymürlərə Hacı Qadir bəy və başqaları başçılıq edirdilər4. Həmin ərəfədə eymür oymağı aşağıdakı əsas qollara ayrılmışdı: bunsuzlu eymür, dündarlu eymürü, tosun eymürü, qaragözlü eymürü, çarıq eymürü, Əffan eymürü, sancaqlı eymürü, Yusif eymürü, Hacı Bayram eymürü, əfşarlı eymürü.
Bu eymürlər 1104-cü ildə (1692/1693) Xümus sancağında yerləşdirilmişlər. Ancaq 1124-cü ildə (1713) eymürlərin buradan götürülərək Amik gölü yaxınlığındakı Murad paşa körpüsü dərbəndinə nəql edilmələri əmr olunsa da, bu qərar lazımi səviyyədə tətbiq edilməmiş və onların təkrar əvvəlki məhəllərində yerləşdirilmələri qərara alınmışdır5.
Bu eymürlər XVIII əsrin ikinci yarısında da öz varlıqlarını davam etdirirdilər. Niburun türkmən oymaqları siyahısında eymürlərin 500 çadır olduqları bildirilir1.
Dostları ilə paylaş: |