5. Adana.
XVI əsrdə bu bölgədə yaşayan qara isalu boyu arasında eymir ilyaslı adlanan çox kiçik bir təşəkkülə təsadüf edilir.
6. Söyüt.
XVI əsrdə söyüt yörükləri arasında eymürlü adlı bir oymaq vardı. Bu oymaq 59, 13 və yenə 13 vergi evi olmaq üzrə üç qola ayrılmışdı1.
7. Aydın.
Aydın yörəsindəki qaraca qoyunlular arasında eymirlər və Sarı Eymir oğlu İsa adlı iki oymaq vardı. Bunlardan eymirlər yaxud imirlər adını daşıyan oymaq 111 nəfər, Sarı Eymir oğlu İsa oymağı isə 71 nəfər vergi verən əhalidən ibarət idi2.
8. İran eymirləri.
Səfəvi dövründəki əsas qızılbaş boylarından birinin zülqədər (dulqədir) boyu olduğu məlumdur. Bu boyun adı onun Türkiyədəki dulqədir ulusundan ayrılmış bir qol olduğunu açıqca göstərir. Zülqədər boyunu meydana gətirən obalardan biri də eymür obası idi. Elə buna görə də eymür obası dulqədirli ulusu arasında gördüyümüz böyük eymür təşəkkülünün İrana gəlmiş bir qoludur. Təhmasib dövründəki zülqədər əmirlərindən İir Hüseyn bəyin eymür obasına mənsub olduğu məlumdur. Qanuni 942-ci ildə (1535-1536) Azərbaycandan İstanbula qayıdarkən Vanı zəbt etməyə gələn Şah Təhmasib Qacar Qara bəylə eymür Şir Hüseyn bəyi ön keşikçilər kimi qabağa göndərmişdi3. Şah Abbas dövründə dulqədir əmirlərindən Kəlbəli Sultan ilə oğlu Xəlil Sultanın da eymürlərdən olduğunu bilirik4.
Dostları ilə paylaş: |