9. Xəzərarxası türkmənləri.
İğdir boyundan mühüm bir qol da qədimdən bəri eymür, döyər, çavuldur, karkın və salur boyuna aid qollarla birlikdə Manqışlaq yarımadasında yaşayırdı1. XIX əsrin ikinci yarısında bu iğdirlər çavdura (çavuldur, çavundur) tabe olaraq çavdurların digər obaları kimi Aral ilə Xəzər dənizi arasındakı bölgədə yaşayırdılar2. Hazırda köklən türkmənləri arasındakı 150 evlik Çarvar İğdir adlı obanın3 bu iğdirlərin cənuba köç etmiş bir qismi olduğu şübhəsizdir.
Manqışlaqdakı iğdirlərdən bir bölüyünün də çavuldur və soynaçılara aid bölüklərlə bərabər XVIII əsrdə Şimali Qafqaza köç etdiklərindən və sonra bunların Stavropol türkmənləri adı ilə yad edildiklərindən daha əvvəl bəhs olunmuşdu.
22. BÜĞDÜZ
Rəşidəddindəki fəsildə bu boya mənsub Quzuçu adlı bir bəydən bəhs edilir. Orada Quzuçunun son oğuz yabğusu Əli xanın oğlu Şah Məlikin atabəyi kimi adı çəkilir4. Dədə Qorqud dastanlarındakı «bıyığı qanlı» kimi təsvir edilən Əmən bəy də büğdüzdən göstərilir. Bunlar büğdüz boyunun oğuzların islamdan əvvəlki tarixlərində və islam dinini qəbul etdikdən sonrakı dövrün ilk zamanlarında dastanlarda əks-səda doğuracaq dərəcədə bir rol oynadığını göstərir.
Büğdüzlərə aid Anadoluda 22 yer adı qeydə alınmışdır5. Buna görə büğdüzlər Rəşidəddinin siyahısında olduğu kimi, bizim bu yer adları cədvəlində də son yerlərdə (17) dayanır. Bununla bərabər, bu yer adları büğdüzlərin də Anadolunun fəthi və məskunlaşdırılmasında digər qardaş boylarla yanaşı olduqca mühüm bir rol oynadıqlarını göstərir. Lakin həmin boya aid XVI əsrdə ancaq kiçik bir büğdüz oymağı mövcuddur. Hələb türkmənləri arasında görünən bu büğdüz oymağı 65 vergi evi qədərdir. Dəftərdə bu büğdüzlərin Hama tərəflərində yaşadıqları yazılmışdır6. XVI əsrdəki bu 22 büğdüz yer adından bu gün ancaq üçü qalmışdır7.
23. YIVA
Səlcuqlular dövründə adı tez-tez çəkilən boylardan biri də yıvalardır. Kaşğari1 bu boyun adının iva, yava, yıva, yafa və avva kimi deyilmə şəklini təsbit etmişdir. XII əsrdə onlardan əl-ivaiyyə və ya iva şəklində bəhs edilir. Təhrir dəftərdərində isə iva və yıva imlaları özünü göstərir.
Səlcuqlular dövründə yıvalar
Dostları ilə paylaş: |