Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə88/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   84   85   86   87   88   89   90   91   ...   128
3. Yaruqlular.

Ağ Sunqur oğlu Zəngi Mosuldan sonra Hələbə hakim oldu. O, səlibçi­lər­­lə mübarizəyə girişəndə İran Kürdüstanındakı yı­va­ların bir bölüyünə Hə­ləb bölgəsində yurd verdi və onları sə­lib­çilərlə döyüşməyə çağırdı, tutacaq­ları torpaqları özlərinə ve­rə­cəyini vəd etdi. Bu vaxt yıvaların başçısı Yaruq adlı bir bəy idi. Onlar səlibçilərlə vuruşdular və xeyli torpaq ələ keçirə bil­dilər. Bu yıvalar və Yaruqun oğulları yaruqlu (yaruqiyyə) ad­lan­ma­ğa başla­dılar. Yaruq 564-cü ildə (1168) öldü.

Yaruqdan sonra oğulları Eynüddövlə və Bədrəddin Doldu­rum fəaliyyətə başladılar. Eynüddövlə Şir-Kuhun həmin ildəki (564-1169) sonuncu Misir səfərində iştirak etmişdir. Şir-Kuh orada öldükdən sonra ordunun koman­dan­­­lığını qardaşı oğlu Sə­lahəddin öz üzərinə götürdü. Lakin Eynüddövlə Sə­lahəddinə heç bir vaxt tabe olmayacağını bildirərək Nurəddinin yanına qa­yıtdı1. Bədrəddin Dolduruma gəlincə, onu Təll-Başir və Təll-Xalid hakimi olaraq tanıyırıq.

Bədrəddin Doldurum Səlahəddin Əyyubinin məşhur döyüş­lərində iştirak edərək böyük igidliklər göstərmişdir. O, igid və yüksək əxlaqa malik bir bəy idi. Doldurumdan sonra oğulları səlcuqlu hökmdarı İzzəddin Keykavusun 1218-ci ildəki Suriya səfərinə qədər Təll-Başiri və Təll-Xalidi əllərində sax­lamışdılar ki, bu barədə daha əvvəl bəhs edilmişdir.



Osmanlı dövründə yıvalar

Səlcuqlular dövründə (XIII əsrdə) Anadoluda yıvaların ya­şadıqlarına da­ir ibn Bibidə bir qeydə rast gəlirik. Bu qeydə gö­rə2, Rüknəddin Qılıc Ars­lanın böyük qardaşı II İzzəddin Key­ka­vusa qarşı səltənət davasına başladığı üçün vəzir Qazi İzzəd­din xəzinədə olan pulları sərf edərək, əsgər toplamağa başlamış və qısa bir zamanda ərəb, qürbət (?), iva, gəncə, kürd və qıp­çaqdan (qıbcaq) əsgər yığmışdır. Bu yıvaların Urmiya­dan Ana­doluya gələn yıvalar olması mümkündür.

XVI əsrdə yıvalara aid 20 yer adına rast gəlmək olar3.Bu dövrdə istər yer adları, istərsə də oymaqlar ərəbcə «yıvə» və «yı­va» şəklində yazılmışdır. Bu kəlmələri yuva şəklində oxu­maq da mümkündür. Ancaq yer və oymaq adlarının «yuvalı» kimi oxunmasına şübhə etməyin yerində olduğunu söylə­məli­yik. Osmanlı dövründə adı ərəb hərflərilə həm yıvə, yıza, həm də yu­valu şəklində yazılan bəzi oymaqlar vardır ki, bunların ən başlıcalarından aşa­ğıda bəhs edəcəyik.


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin