Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə90/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   86   87   88   89   90   91   92   93   ...   128
7. İran yıvaları.

İranda monqol istilasından sonra bu adda böyük bir oymaq nəzərə çarp­mır. Ancaq səfəvi dövründəki qacar boyunun oba­ları arasında yıva adlı bir oba müşahidə edilir. Qacar boyunun əslində Anadoludan (Boz-ox bölgə­sin­dən) olduğu daha əvvəl bir neçə dəfə deyilmişdir. XVI əsrin son­larında İmamqulu xan kimi məşhur qacar bəylərinin qacarın yıva obasına mənsub ol­duğunu bilirik2.

24. KINIK

Kınıklar, biliidiyi kimi, səlcuqlu xanədanının çıxdığı boydur. Halbuki bu boy oğuz boylarının islamiyyətdən əvvəlki siyasi və ictimai mövqelərinə gö­rə Rəşidəddinin siyahısından axırıncı yerdə dayanır.

Kınıklar bizim yer adları cədvəlində 81 kənd ilə kayı və əf­şardan sonra üçüncü sırada yer almışdır3. Bu yer adlarından çox mühüm bir qisminin Ana­dolunun fəthində iştirak etmiş kı­nıklara aid olduğu şübhəsizdir. Lakin bu boyun tarixi səlcuqlu xanədanını yaratmaq və Anadolunun fəthində bö­yük bir rol oy­namaqla sona yetməmişdir. XIII əsrdə Suriyadakı qələbəlik türk­mən icması arasında yenə bu boydan əhəmiyyətli bir qolun olduğu gözə çarpır. Həqiqətən, bu türkmən icmasının üç-ox qolunu başlıca olaraq yürəgir, kınık, bayındır və salurlar təşkil edirdi. Bu üç-oxlar daha əvvəl deyildiyi ki­mi, məmlük or­dusunun yanında Çuxurovanın fəthində iştirak etdilər və orada məskən saldılar. Belə olduqda Çuxurovadakı ən qədim türk xal­qının nü­vəsi bu üç-ox boylarından meydana gəlmişdir.

Kınıklar yürəgirlər kimi Çuxurovada geniş bir yerdə məs­kən saldılar. Bu­ra qərbdə Ceyhan çayından şərqdə Gavur dağ­larına qədər uzanırdı. Yəni kınıkların məskəni bu günkü Cey­han qəzasının bir qism torpaqları ilə Osma­niyyə qəzasını əhatə edirdi. Kınıklar, yürəgirlər kimi üç-oxların və Çuxur­ova bölgə­sinin ən güclü təşəkküllərindən biri idi. Lakin onların başındakı ai­lə­yə dair bu günə qədər heç bir məlumat əldə edilməmişdir.

1375-ci ildə erməni kralını Sisdə mühasirəyə alan türkmən bəylərindən Əbu Bəkr heç şübhəsiz ki, kınıkların bəyi idi.

Başda Ramazan oğullarının yürəgirləri olmaqla üç-ox türk­mənləri boz-ox­lar kimi məmlük əmirləri arasındakı mövqe və mənsəb uğrunda gedən mü­barizələrdən istifadə edərək öz qayə­lərinə görə hərəkət etməyə başladılar. Onlar 1378-ci ildə üzər­lərinə gö­ndərilən Təmür bayın komandanlıq etdiyi məmlük or­du­sunu tarmar etdikdən sonra məmlük hakimiyyətindən ta­mamilə xilas oldular.

783-cü ildə (1381/1382) Hələb valisi olan Yel Buğa üç-ox­ları yenidən özünə tabe etmək üçün ilk tədbir olaraq onlar ara­sına təfriqə salmağa başladı. Doğrudan da, Yel Buğa bu tədbi­rin­də müvəffəq olmuş və 785-ci ildə (1383) kınıklar yürəgirlər üzərinə hücum etmişlər1.

Kınıklar bu hadisədən bir neçə il sonra yanlarında üç-oxlara mənsub di­gər təşəkküllərlə birlikdə Qazi Bürhanəddinin ölkə­sində hərc-mərclik yarat­dılar. Ancaq XVI əsrdən etibarən bu kı­nıklardan bir daha bəhs edilmir. On­lar hansı səbəbə görə si­yasi əhəmiyyətlərini itirdilər? Hazırkı vəziyyətdə bu sualın ca­va­bını vermək mümkün deyildir.

Osmanlı fəthinin ilk illərində Kınık nahiyəsinin bəyi Güc-əri oğlu Həm­zə bəy idi. Bu bəyin kınıklara mənsubiyyətinə dair heç bir məlumat olmasa da, bu ehtimalı qəbul etmək olar. Os­manlı hakimiyyətinin ilk illərində kınık­ların oturaq həyata keç­dikləri məlum olur. Aralarında lap az köçəri ev vardı ki, onların da sonradan başqa yerlərdən gəlmiş olduqları şübhə doğurmur. Kı­nıkların yaşadıqları yer XIX əsrin ikinci yarısına qədər öz adları ilə ad­lanan bir qəza idi. Amma heyrət doğurur ki, bu gün Çuxurovada heç kim Kı­­nık qəzasının yerini dəqiq müəy­yən edə bilmir. Kınık sadəcə ərazinin de­yil, eyni zamanda bir qala və qəsəbənin də adı idi.

Kınık qalasının Torpaq qalası olduğu zənn edilir. Qəsəbəyə gəldikdə, onun da qalanın şimal və şərqindəki yer olduğunu təx­min etmək olar. Bu qə­səbə 928-ci ildə (1522) iki məhəl­lə­dən ibarət idi. Vaxt keçdikcə böyüyən qəsəbənin 954-cü ildə (1547) artıq 5 məhəlləsi var idi. Xülasə, XVI əsrdə 75 kənd və əkinliyi olan Kınık qəzası çox abad bir vəziyyətdə idi. Lakin XVII əsrdə qəza qəsəbəsi, kəndləri və əkinlikləri ilə birlikdə o dərəcədə təxrib edil­di ki, bu gün nə Kınık qəzasının, nə də kı­nık kəndlərinin əksəriyyətinin yeri bilinmir1.



XVI əsrdə kınık oymaqları
XVI əsrdə Hələb türkmənləri Ankara yörükləri ilə Aydın­dakı qaraca­qo­yunlu icması arasında bu adda bəzi kiçik oymaq­lar vardı ki, ən əhəmiy­yət­lisi Hələb türkmənləri arasında olan oymaqdır.


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin