3. Qaracaqoyunlu (Aydın).
Aydın sancağında yaşayan qarasaqoyunlu icması arasındakı kınık oymağı əhalisi çox az olan bir təşəkküldür. 37 vergi evi olan bu oymaq kınıklar adını daşıyır. Onun 11 evlik alalar adlı kiçik bir obası da vardı. Elə həmin icma arasında qonuqlar adlı bir oymağa da rast gəlirik. Bunun düzgün oxunuş şəkli konuklar olmalıdır. Ancaq dəftərlərin birində k açıq halda kəsrə ilə hərəkələnmişdir. Ona görə də kınık kəlməsi bir işdə xüsusiyyəti nəticəsində bu şəkli almışdır. Mən bu xüsusda yalnız k-nın hərəkələnməsini nəzərə aldım.
Fateh dövründə biri 217, digəri 65 nəfərlik iki qol halında yaşayan kınıkların XVI əsrdə yeni qollara ayrıldığı və müxtəlif yerlərdə yaşadığı məlum olur. Bu qollardan biri (56 ev) Tirə ətrafında, digər bir qol da Tirəyə bağlı Məskənçi kəndində yaşayırdı. Kınıkların o biri qolları isə Ayasuluğ yörəsindəki Qarcılar, Bəylik dərə, Uzunluca, Kilsə, Boz-Alan, Kiçik Kədfiyə, Yeddi bərquş kimi kəndlərdə yerləşmişdilər1.
XVI əsrdə Anadoluda Səlcuqlu adlı bəzi oymaqlara və Səlcuq və Səlcik şəklində yer adlarına və şəxslərə də rast gəlinir. Səlcuqlu adlı oymaqlardan biri Tarsus bölgəsindəki kusun boyunun obaları arasındadır. 925-ci ildə (1519) bu oba 45 vergi evindən ibarət idi. Eyniadlı bir oymağa da Afyon-Qarahisar bölgəsində rast gəlinir. Bu da 30 evdən ibarət idi. Üçüncü bir oymaq da atçəkənlər arasındadır. Bu oymağın adı səlcuqlu şəklində yazılır. Bu oymaqların da adlarının şəxs adlarından götürüldüyü şübhəsizdir.2
Dostları ilə paylaş: |