Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə48/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   44   45   46   47   48   49   50   51   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

1. Hələb türkmənləri.
Qanuni Süleymanın hakimiyyətinin ilk illərində bu icma ara­sında yaşa­yan peçeneqlər ayrı-ayrı kəndxudaların buyru­ğun­da olmaq üzrə dörd qola ayrılmışlar. Bunlardan Süleyman Kət­xudaya tabe peçeneq qolunun 34 vergi evi, Əhməd, Mustafa və Əli kəndxudaların idarəsindəki peçeneq qollarının da 57, 67 və 109 nəfər vergi ödəyən əhalisi vardı. Onlar Hələb türkmən­lə­rin­dən olsalar da, yurdları o zamanlar Maraşa, indi isə Adanaya bağlı Ha­ru­niyyə qəzasındakı Bayındır nahiyəsində yerləşirdi. Bununla bərabər, onlara məxsus tarlaların Bulanıq (Bağça) və cənubda kınık torpağındakı Yarpıza qə­dər uzandığı bilinir. Peçeneqlər bu tarlalarda əkin əkir, çəltik (düyü) yetiş­dirirdilər. Bu əkin sahələrinin ən əsasları bunlardır: kənə günəş, pürnək (?), sis­ca, saqqızcıq, quzu dərəsi, təfkur bürcü (Xudu dağında), daşlıca eniş, ça­nax alanı, uşacuq pınarı, fındıq, böyük saqqız, incugəz, bərkəşlik, ovacıq pı­narı, göy pınar, yarpız, hüseynlər (Sarvandı-qaypaq qalası yanında). Peçe­neq­lərin Xızır Hacı, şah Məlik (digər adı: Əli Kətxudalı, yuxarı­dakı Əhməd Kətxudanın oğlu), ekiz və yad bəylu qolları Haruniyyənin şimal-şərqindəki Xudu dağında yaylağa çıxırdı. Bu qollardan yalnız yad bəylü eyni zamanda Xudu dağındakı təfkur bürcündə qışlayırdı, ora­da da yaylağı vardı. Digər tərəf­dən Şah Məlikin bir qolunun da Sarvandı dağında yaylağa çıxdığını bi­lirik.
1530-1540-cı illər arasında peçeneqlərin vergi ödəyən əha­li­sinin sayı 473-ə, 978-ci ildə isə (1570) 722-yə çatmışdı. Onlar bu son tarixdə aşağı­da­kı qollara ayrılmışdılar: İsa hacılu (82 vergi evi), boyacılu (9 vergi evi), ekizlər (97), piri bəylü (142), şah məliklü (31), habillu (3), ekiz (5), digər boyacılu (7), si­pa­hilər (39). Bunlardan vergi ödəyən 7 nəfərlik boyacılu Əl­bis­tana bağlı Göyərçinliyə yerləşmişdi. Peçeneqlər vaxt keçdikcə yeni kənd­xudalarının adı ilə adlanmışlar.
993-cü ildə (1585) Maraş və Göyərçinlik qazılarına göndə­rilən bir fər­manda3 peçeneq tayfasından Seyid Qazı və Qanlı Məhmədin quldurluq edə­rək peçeneq tayfasından Həsən Əli Fakihi öldürdükləri, eyni tayfadan Qara Əhməd oğlu Musta­fa­nın və Seyid Vəqqasın evini taladıqları yazılaraq, gü­nahkarları yaxalayıb mühakimə etmək əmr olunurdu. Bunlar yuxarıda Gö­yər­çinliyə yerləşdiklərini bildirdiyimiz peçeneqlərdir.
Sultan İbrahim dövründə (1639-1648) Hələb türkmənlərinə bağlı peçe­neqlər Gəbə oğlu Əli bəyin idarəsində olmaq üzrə 5 oba halında idilər: bə­rayirli (vergi ödəyən 40 nəfər) ekizlər (13), Xızır hacılu (29), xamudlu (12), bayırlu (13)2. Bu, peçe­neq­lər­dən çoxunun tamamilə yerləşmiş olduğunu və ya təhrir dəf­tər­lə­rinə daxil edilmədiyini göstərir. Bəs onlar haraya yerləş­di­lər? Bu sualın cavabını vermək üçün peçeneqlərin yay­laq yurd­la­rında (Xudu dağında) və Göyərçinlik nahiyəsində araş­dırma apar­maq lazımdır. Ancaq bunsuz da onlardan mü­hüm bir qis­min bəhs edilən yaylaqlarda yerləşmiş ol­duğunu qəti şəkildə söy­ləmək mümkündür. Peçeneqlərin Bayındırdakı qış­laq yurd­ları bu gün də Peçeneq adlanır, lakin orada ancaq tacirlilərə mən­sub kəndlilər görünür.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin