Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə50/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   46   47   48   49   50   51   52   53   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

3. Xəzərarxası türkmənləri.
Yuxarıda qələbəlik bir çavundur qolunun Manqışlaq yarım­adasında qal­dığını söyləmişdik. Əbülqaziyə görə5, Şah Məlikin öldürülməsindən sonra oğuzlar arasına dava düşmüş və onların bir dəstəsi Qılıq, Qazan və Qaraman adlı bəylərin başçılığı al­tında Manqışlağa getmişdir. Bu dəstədə hər boydan oymaqlar var idi. Ancaq çoxu (köpərəyi) eymür, döyər, iqdır, çavundur, kar­kın və salurdan idi.
Birinci hissədə Sır-Dərya boyundakı oğuz elindən bəhs edər­­kən X əsrin əvvəllərində qardaş qovğası üzündən oğuzlar­dan bir dəstənin o vaxtadək qey­ri-məskun, tənha bir yer olan Si­yah-Kuh (Manqışlaq) yarımadasına kö­çüb orada yurd saldı­ğını demişdik. Bu fakt Əbülqazinin nəql etdiyi rəvayə­tin əsası ola bilər. Manqışlaqdakı çavundurlara son əsrlərdə çavdur de­yil­miş­dir. Onlar digər türkmən boylarına mənsub qollarla bir­likdə Manqışlaqda heç də rahat yaşaya bilməmişlər.
XVI əsrdə yarımada manqıtlar tərəfindən istila edilmiş, qə­lə­bəlik salur bo­yu oradan çıxarılmışdır. Daha sonra bura kal­mık­ların hücumuna uğramış­dır. Kalmıklar çavdur, iğdır və soy­nacıların bir bölüyünü özləri ilə birlikdə Şimali Qafqaza apar­dılar. Onlar orada öz varlıqlarını bu günədək qorumuş­lar.
Manqışlaqda qalan çavdur, iğdır və digər oymaqlara mən­sub qollar isə XIX əsrdə qazaxlar tərəfindən qovulmuşlar1. 1863-cü ildə çavuldurlar Aral dənizinin cənub sahili ilə Qara Bo­ğaz-qol arasında yaşayırdılar. O zaman sayı 12.000 çadır təx­­min edilən çavdurlar bu obalardan meydana gəlirdi: ab­dal, iğ­dır, əsənlu, qara çavdur, bozacu, buruncuq və şeyx2.
16. ÇƏPNİ
Çəpni də əfşarlar kimi adı zəmanəmizə qədər gəlib çıxmış bir boydur. «Vəlayətnamə»yə görə3, Qırşəhrin Suluca Qara Hö­yük kəndinə gələn Hacı Bəktaş Vəlinin ilk müridləri çəpni­dən idi. Bu xüsus eyni zamanda bu boya mənsub olanların mühüm bir hissəsinin nə üçün qızılbaş olduğunu da gös­tə­rir.
Çəpnilərin böyük bir qismi hər halda 1240-cı ildə baş verən Baba İshaq üsyanında iştirak etmişdir. Çəpnilərdən bir elatın 1277-ci ildə Sinop yörə­sin­də yaşadığı müşahidə olunur. Həmin il çəpni türkləri Sinop şəhərinə də­niz­dən hücum edən Trabzon yunan imperiyasını məğlub edərək, şəhərin onun əlinə keçmə­sinin qarşısını almışlar4. Çəpnilərin bu tarixdən sonra Ca­nit (Ca­nik) adlanan Samsunun şərqində Girəsun nahiyəsinə qədər uzanan sıx meşəlik bölgəyə gələrək, oranı yavaş-yavaş fəth et­dikləri anlaşılır. XIV əs­rin ortalarında bu günkü Ordu vilayə­ti­nə Bayram oğlu Hacı Əmir adlı bir türk bəyinin hakim oldu­ğu­nu bilirik. O, 1358-ci ildə böyük bir qoşunla Trab­zonun qərbin­də­ki Maçkaya gələrək buranı yağmaladıqdan və dağıtdıq­dan son­ra bol qənimətlə (doyumluq) öz ölkəsinə qayıtmışdı1. Bu gün Ordu­nun mərkəz kəndlərindən biri olan Bayramlı əvvəllər nahiyə mərkəzi idi və bu ad bütün nahiyəni ifadə edirdi. Bu ad Hacı Əmir bəyin atası Bayramla bağ­lı ola bilər.
Həmin il Trabzon imperatoru Hacı Əmirin hücumlarının qar­­şısını almaq üçün qızını ona verdi2. Aleksis daha sonra bir qızını da Niksar bəyi Tacəd­di­nə vermiş (1360), beləliklə, üç türk bəyini özünə kürəkən etmişdi. Hacı Əmir 1361-ci ildə Trab­zon imperatorunun əlində olan Girəsuna hücum etdi3.
1380-ci ildə isə Trabzon imperatorunun çəpnilər üzərinə yürüşə çıxdı­ğı­nı görürük. Trabzon salnaməçisi Panaretin yazdı­ğına gö­rə4 imperator min nəfərlik piyada bölüyünü Tirəbolu şə­hərinə göndərdikdən sonra özü süvari­lərlə birlikdə hərəkətə keçmişdi. O, çəpniləri Filabonit çayının yatağı boyun­ca Xey­ma­siyə qədər qovmuş, yurdlarını yaxıb-yıxmış, onların qəsb et­diyi bə­zi kiçik qənimətləri də geri almışdı. İmperator bundan sonra Stlabo­pi­as­­tis adlanan yerə gəlmişdi. Tirəboluya göndə­ri­lən piyadalar isə Kotzantaya qə­dər hər yeri yaxıb-yıxaraq geri qayıtdıqları za­man çəpnilərin təqibinə uğra­mışlar5. Panaretin bu sözləri gös­tərir ki, qərbdən Tirəboluya qədər uzanan sahil bölgəsi ilə onun cənubundakı torpaqlar çəpnilərin əlində idi.
Hacı Əmir bəy öldükdən sonra onun yerinə oğlu Süleyman bəy keçdi. Süleyman bəy 798 və ya 799-cu ildə (1396/1397) Gi­rəsun şəhərini zəbt etdi6. 1404-cü ildə Teymurun yanına ge­dən İspaniya elçisi Klavixo7 yazır ki, Ordu və Girəsun 10.000 nəfərlik qoşunu olan Hacı Əmirin əlində idi. Belə görü­nür ki, bu bəylik Canik bölgəsinin fəthində mühüm rol oynamış və Hacı Əmirə tabe olan türklər bu bölgədəki türk xalqının nüvə­sini təşkil etmişlər. Bunlar arasında çəpnilərin əhəmiyyətli yer tutduqlarını yuxarıda qeyd edilən hadisələr göstərir. Canik ca­ma­atının bir qismini çəpnilərin təşkil etməsi XVI əsr sənəd­lə­rin­də öz əksini tapmışdır. Trabzonun cənubun­dakı və qərbin­də­ki yörədə də çəpnilərin yaşadığı məlumdur.
Birinci hissədə söylədiyimiz kimi, İspaniya səfiri Klavixo8 Trabzondan Ərzincana gedərkən yolda çəpnilərə məxsus bir qa­la görmüşdü. Çəpnilərdən bir bölüyü Uzun Həsən bəy zama­nın­da ağqoyunluların xidmətinə girmişdi. Onların başçısı El Aldı bəy idi. Həsən bəyin 873-cü ildə (1468/1469) Bit­li­sin fət­hinə göndərdiyi əmirlər arasında El Aldı bəy də vardı1. El Aldı bəyin dirliyi Şərqi Anadoluda yerləşirdi. 883-cü ildə (1478) Yə­qub bəy Uzun Hə­sənin ölümündən sonra ağqoyunlu taxtına keçən böyük qardaşı Sultan Xə­li­lin üstünə yürüdüyü zaman El Aldı da ona qoşulmuşdu. İki qardaş Xoy ya­xınlığında üz-üzə gələrkən Yaqub bəy məiyyətindəki əmir­lər­dən Bayındır bə­yə, İsfəndiyar oğlu Qızıl Əhməd bəyə və El Aldı bəyə vu­ruşma üçün yer seçməyi tapşırmışdı2. El Aldı bəyin çəpnilərin Trab­zondakı qismindən ol­ması eh­timalı qüvvətlidir. Ağqoyunluların xələfləri olan səfəvilərin xid­mə­tində də çəpnilər vardı. Onlar­dan aşağıda bəhs ediləcəkdir.
XVI əsrdə Anadoluda çəpnilərə aid 43 yer adı müşahidə olun­ur. Bu rə­qəmlə çəpnilər bizim cədvəldə 9-cu yeri tuturlar3. Bu yer adlarından biri Ço­rumdakı bir nahiyəyə verilmişdir.
Həmin əsrdə bu boya mənsub oymaqlar bunlardır.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin