Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə44/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   40   41   42   43   44   45   46   47   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

1. Hələb türkmənləri.
Hələb türkmənləri arasındakı karkın oymağı 193, 71 və 41 nə­fər vergi mü­­kəlləfiyyətli əhalisi olmaq üzrə üç qola ayrılmış­dır. Axırıncı qolun də­və­çi­lər adlandığı da qeyd olunmuşdur. 978-ci ildə (1570) bu oymağın ən bö­yük qolunun Antəb və Rumqala tərəflərində yaşadığı bilinir. XVIII əsrin or­talarına doğ­ru karkınlar oturaq karkın və köçəri karkın olmaq üzrə hə­yat tər­zinə görə iki qismə ayrılmışlar. Həmin dövrdə köçəri karkınların 218 vergi evi vardı. Oturaq karkınlar isə 74 evli və 23 subaydan ibarət idilər. Bunlar­dan başqa, 6 evli kiçik bir kar­kın oymağı Hələb şəhərində, üç evlik kiçicik bir karkın icması da ivəgi oymağına aid bir kənddə yerləşmişdir. 11 ev­lik di­gər bir karkın icmasının Şam vilayətində Aralıq evi adını daşıyan bir yerdə ya­şadığı bildirilir3.
2. Boz ulus.
Boz ulusdakı karkın oymağı da üç qol halında olub ikisi boz ulusda, biri də onun dulqədirli təşəkkülü arasında idi4.
3. Dulqədirli.
Bu el içində yaşayan karkın oymağı Hələb türkmənləri ara­sında əhali baxımından daha qələbəlikdir. Ancaq bu karkın oy­mağı sıx halda deyil, da­ğı­nıq vəziyyətdədir. Bu oy­ma­ğın qolla­rından ən böyüyü dulqədirli ulusunun böyük oymaqlarından biri olan doqquz, digər adı ilə bişanlu boyunun bir oba­sını meydana gətirir. Bu oba boyun bir çox obaları kimi cənubdakı Kar­qılıq yörəsində yaşayırdı1. Doqquzlar arasında karkın oba­sı­nın olma­sı yəqin ki, bu iki təşəkkül arasındakı qəbiləvi qo­humluqla əla­qədardır. Dulqədirli eli içindəki karkın oymağının bir qolu da Dədə Karkın adlı bir şeyxin Köksün­də yerləşən zaviyəsinə xid­mət edir. Ehtimal ki, Dədə Karkın XIII əsrdə ya­şamışdır.
Hacı Bəktaş Vəlinin «Vəlayətnamə»sinə görə2, o, Boz-oxda türkmən için­də Qırşəhirə gedərkən kəramətinə şahid olduğu Ha­cı İbrahim adlı bir çobanı ərənlik mərtəbəsinə çatdıraraq onu boz-ox və üç-ox arasına gön­dər­mişdir. Hacı İbrahim boz-ox və üç-ox arasında ünlü bir şeyx kimi tanındı. Bu təriqət adamının niydəli Qazı Əhmədin əsərində adı çəkilən Hacı İbra­him ol­ma­sı ehtimalı var3.
Yenə «Vəlayətnamə»yə görə4, Hacı İbrahimin ölümün­dən sonra onun oğulları ilə Dədə Karkının oğulları arasında geyik də­­risindən olan tac üs­tün­də ixtilaf düşdü. Nəticədə Dədə Kar­kının oğulları qalib gəldilər, geyik dəri­sin­dən tac qoymaq onla­ra və onların müridlərinə müyəssər ol­du. Yəqin ki, Gök­suda za­viyəsi olan Dədə Karkın elə bu Də­də Karkındır. Ancaq onun mə­­zarının harada olması haqqın­da heç bir qeydə təsadüf edil­məmişdir. Üs­təlik, Biləcik yörə­sin­də və Mardinin cənubunda da Dədə Karkın adlı gənclər vardır.
4. Çuxurova.
Tarsus bölgəsində yurd salmış məşhur kusun boyu arasında 24 evlik kar­kın adlı bir oba olduğu kimi, Adanının şimalında yurd salmış dündarlı boyu arasında da bu adda bir oba vardır.
5. İç-el.
II Bəyazid dövründə Silifkə yörəsində yaşayan böyük boz-doğan boyu obaları arasında 48 nəfər əhalisi olan (vergi verən) karkın adlı bir oba yaşa­maqda idi5.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin