Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə43/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   39   40   41   42   43   44   45   46   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

3. Boz ulus.
Boz ulus arasındakı bəydili qolunun Şimali Suriyada ya­şayan ana bəy­di­li boyundan ayrılmış bir oymaq olduğunu əv­vəlcə demişdik. Qanuni döv­ründəki boz ulus arasında yaşayan bəydili oymağı 200 vergi evi qədərdir. II Səlim zamanında bu oymaq daha qüvvətli bir təşəkkül halına gəlmişdir. Do­ğan və digər kəndxudaların tabeliyində olan həmin oymaq o zaman (II Sə­lim dövründə) 615 vergi evinə malik idi1.
996-cı ildə (1587/1588) bu bəydili oymağının başçıları Uşaq, Məhmət və Doğan oğ­­luna bir fərman göndərilmişdi2. Fərmanda onlardan tələb edi­­lir­di ki, dövlətə qarşı üsyan etmiş və soyğunçuluğa qurşan­mış Rəhbə bəyi Əb­dürrəhman ilə Ruha (Urfa) bəyi Zöhrabı ya­xalamaq vəzifəsi tapşırılan keç­miş Rəqqa bəylərbəyisi Məhmət paşaya kömək etsinlər.
4. Tarsus.
Bu bölgədəki varsaq boylarının ən böyüklərindən biri olan kusun təşək­külü arasında 54 vergi evli bəydili adlı bir oymaq görünür. Bu oymaq Qanu­ni dövründə sahib olduğu bəzi tar­lalarda əkinçiliklə məşğul olurdu3.
5. İç-el.
Bu bölgədəki əsas oymaqlardan biri də bəydili boyuna mən­­subdur. Bu oymağın hələ II Bəyazid dövründə ümumiy­yət­lə Gülnar qəzasına bağlı olan kəndlərdə yerləşdiyi bilinir. Sayı 14-ə çatan bu kəndlərin bir qismi köhnə adı­nı indi də sax­layır. Həmin bəydili kəndləri bunlardır: Qara ağac (46 vergi əhalisi olan), Ulu kaşağı (39), İncircək (32), Bərçəm (25), Əmir­hacı (22), Qaraca viran (52), Quru dərə (19), Ləpə (62), Dır­naqlı (35), Gerçəlik (7), Ulu çir (95), Yas pınarı (8). Bun­lardan başqa, bu bəydili oymağının hələ otu­raq həyata keçmə­miş bir qolu da vardı ki, o, İç-el sancağı daxilində dağı­nıq hal­da yaşayırdı4.
İç-el sancağında yaşayan bəydililərin başçısı olan ailə dəf­tərlərdə övladi-bəydili, yəni bəydili oğulları adlanır.
6. İran bəydililəri.
Şimali Suriya türkmənlərinin səfəvi dövlətinin yaradılma­sında şamlu adı altında iştirak etdiyini əvvəlcə söyləmişdik. Hə­lə Şah İsmayılın atası Şeyx Heydər zamanındakı səfəvi mü­rid­ləri arasında şamluların qələbəlik bir halda olduqları bilinir.
Səfəvi dövlətinin bel sütununu təşkil edən türk boylarından ən əsası olan şamlu boyu bəydili, inallu (sonralar inanlu) və xu­dabəndlu (xarbəndəlu) oba­­larından meydana gəlmişdi. Daha son­ra bu boya avcı, balabanlu, biçərlu, ərəbgirlu və kəramətlu kimi obalar da qarışmışdır.
Daha əvvəl də deyildiyi kimi, şamlular Şah Abbas dövrün­də bütün qı­zılbaş boylarını ötərək birinci dərəcəli mövqeyə çıx­mışlar. Bu dövrdə ən çox əmir verən onlar idilər. Şamlular Şah Abbasın xələfi Şah Səfi zama­nında da öz mövqelərini mühafizə etmişlər.
Şamlular arasındakı bəydili qolu bu boyun hakimi və hərə­kətverici obası idi. Səfəvi dövlətinin qurulmasında iştirak etmiş şamlu Əbdi bəy və onun oğlu məşhur Durmuş xanın bəydilidən olması ehtimalı güclüdür.
Şah Təhmasibə qarşı səltənət davasına qalxan qardaşı Al­xas Mirzənin adam­larından olub sonra ondan ayrılaraq Təh­ma­sibin tərəfinə keçən Bərəkət Xəlifənin bəydilidən olduğu mə­lumdur1. Sultan Məhəmməd dövründəki əmirlərdən Əhməd bəy də bəydilidən idi. O, 1002-ci ildə (1593/1594) Şah Ab­bas tə­­rəfindən Lahican darğalığına təyin edilmişdi2. Bir az yuxarıda qeyd edildiyi kimi, Şah Abbas şamlu boyunun bəylərinə xüsusi rəğbət bəsləyirdi. Onun dövründə bu boydan böyük əmirlər ye­tişmişdi.
Bəydili obasına mənsub şamlu əmirlərindən (yuxarıda adı çə­kilən Əh­məd bəydən başqa) beş qardaş vardı ki, onlar Şah Ab­basın müqərribləri sıra­sına daxil idilər. Beş qardaş bunlar­dır: Məhəmməd bəy, Heydər bəy, Saru bəy, Qapan bəy və Zey­nal bəy. Onlardan biri - şahın yaxın adamı Məhəm­məd bəy 1022-ci ildə (1613/1614) öləndə malı-mülkü anabir qardaşı, hə­rəmin eşik ağası Heydər Sultana qalmışdı3.
Heydər Sultan özü 1028-ci ildə vəfat etmiş və zəngin sər­və­ti oğlu Nurid­dəhrə qalmışdı. O, sevimli bir gənc idi4. Nuriddəhr bu dövrdəki bəzi səfər­lər­də iştirak etmişdir5. Saru bəyə gəlincə, o, 1011-ci ildə (1602/1603) os­man­lı ordusu ilə müharibədə igid­lik göstərmişdi. Özü 1021-ci ildə (1612/ 1613) Saru-Gürkan və Ganə-rud (Kirmanşah bəlgəsində) hakimi olub, 1033-cü ildə (1623/1624) Hillə hakimliyinə təyin edilmişdi6. Onun qardaşı Qapan Sultana 1018-ci ildə osmanlılardan geri alınan Urmiya qalasının hakimliyi verilsə də, 1024-cü ildə (1615) məsuliy­yət­sizliyi üzündən qala kürd­lərin əli­nə keçmiş, o isə qardaşlarının hörmətinə görə sadəcə vəzifəsindən azad edil­mişdir7. Zeynal bəy də Şah Abbasın yaxın adamlarından biri və tuşmal­başı idi. Hökmdarı tərəfindən sevilən Zeynal bəyin Şah Abbasın vəfatı za­manı eşik ağası və eyni zamanda Rey hakimi olduğunu bi­li­rik8.
Şah Abbas dövründəki bəydili bəylərindən biri də Gün­doğ­­muş Sultan idi. O, Şah Abbasın I Bağdad səfərində Kərkük yö­rə­sindəki Tavukda idi. Bu­­­­­radan şahın hüzuruna gələn bu bəy­­dili əmiri onun xidmətinə girmiş və sul­tanlıq ünvanı almışdı. Gündoğmuş Sultan Azərbaycanın müxtəlif yerlə­rin­də dirlik sa­hibi idi1. Şah Abbasın xidmətinə girən Gün­doğmuş Sultan və ona tabe bəydililərin boz ulus arasında ya­şayan bəydili oy­ma­ğından olması ehtimalı böyük­dür. Şah Ab­basın xələfi və oğ­lu Şah Səfi zamanında (1628-1642) yuxa­rıda adını çəkdiyimiz Zey­nal bəy səltənət vəkilliyi mövqeyinə qədər yüksəlmişdi. Ancaq o, 1039-cu ildə (1630) sədr-əzəm Xosrov Paşaya məğ­lub olduğu üçün öldürülmüşdür2.
Bu dövrdəki bəydili əmirlə­rindən biri də Nəqdi bəy idi. Onun Zeynal xan­la qohum olub-olmadığı bilinmir. Şah Səfinin hökmranlığının ilk illərin­də fərraşxana darğası olan Nəqdi bəy xanlıq rütbəsi ilə 1042-ci ildə (1633/ 1634) Mərv, həmin ildə Kuh-Giluyə hakimliyinə təyin edilmişdir. Bağdadın 1637-ci il­də IV Sultan Murad tərəfindən geri alınması zamanı os­manlı or­du­suna əsir düşmüşdür. Buna görə də Kuh-Giluyə valiliyinə fərraş­xana darğası olan oğlu Zeynal bəy təyin olunmuşdur, fər­raşxana darğalığı isə mərhum Zeynal xanın oğlu Heydər bəyə verilmişdir3.
II Abbasın (1642-1667) hökmranlığının ilk illərində yuxa­rı­da adı çəkilən Saru bəyin oğlu Səfiqulu bəy Sultaniyyə və Zən­­can hakimi olmuşdur4. Daha əvvəl də deyildiyi üzrə, XVIII əsr­də şamlu boyu digər bir çox boylar kimi zəifləmiş, buna görə də həmin əsrdə bu boydan az əmir çıxmışdır. Onların arasında bəydilidən əfşar Şahrux Sultanın xidmətindəki Mə­həm­məd Za­man xanı və Mustafa xanı qeyd etməyə dəyər5. XVIII əsr təz­ki­rəçisi Lütfəli bəy də bəydilidəndir. Yuxarıda adı çəkilən Mus­tafa xan Lütfəli bəyin əmisi və ya əmisi oğlu idi6.
Şamlu boyunun inallu (inanlu) obası şahsevən kimi öz var­lığını bu gü­nə­dək davam etdirmişdir. Hazırda Həmədan bölgə­sində hamılıqla oturaq həya­ta keçmiş və kəndlərdə yaşayan qa­ragözlü oymağının şamluların qalığı ol­duğu bilinir, ancaq şam­lunun hansı obasından və ya obalarından olması hə­lə təyin edil­mə­mişdir. İndi İranda bəydili adında əhəmiyyətli bir təşəkkülə təsadüf edilmədiyi üçün, ehtimal ki, qaragözlülər bəydililərin törəmələridir.
Bu fəslə son verərkən Ətrək və Gürkan çayları arasında ya­şayan türk­mən göklən (göylən) icmasına mənsub oymaqlardan birinin də bəydililərdən olduğunu bildirək. Bu bəydili oymağı 1863-cü ildə aşağıdakı qollara ayrıl­mışdı: pank, aman xoca, bo­ran və qarışmaz. Ancaq göklən bəydili oymağı­nın əhalisi o qədər də çox deyildi. 1840-cı ildə bu oymağın 400 ailədən iba­rət olduğu bildirilir. Bu oymağa çaku bəydili də deyilir1.

12. KARKIN


Kaşğarinin bəzi xüsuslarda digər boylara bənzəmədikləri və xalaç şək­lində ayrı bir ad daşıdıqlarını söyləyərək siyahısına salmadığı iki boydan bi­ri karkın boyudur. Ancaq bütün bunlar­dan asılı olmayaraq, karkın boyu oğuz­ların tarixində mühüm rol oynamış bir təşəkküldür. XVI əsrdə Ana­do­lu­da bu boya aid 62 yer adı təsbit edilmişdir. Həmin rəqəmə görə karkın bo­yu si­yahıda beşinci yer tutur2. Bu boy dəftərlərdə karkın, qar­kın, kar­kun və karqun şəklində müxtəlif imlalarla yazılmışdır. XVI əsrdə Anadoludakı kar­kın oymaqları əsasən Hələb türk­mənləri, boz ulus, dulqədirli ulusu ilə Ha­mid (İsparta) san­cağında yaşa­mışlar.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin