Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə51/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   47   48   49   50   51   52   53   54   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

1. Hələb türkmənləri.
Qanuni Süleymanın hökmranlığının ilk illərində Hələb türk­­mənləri ara­sında üç qola ayrılmış bir çəpni oymağı var idi. Onlardan 53 vergi evi olan bi­­rinci qol Antəbin cənub-şərqin­dəki Rum qalası nahiyəsində yaşayırdı. Don­rul (Toğrul) Kətxu­danın idarəsindəki ikinci qol da Antakyanın şimalın­da­kı Gün­düzlu qəzasında, əhalisi ən az olan üçüncü qol isə şərqdə bir yer­də yaşayırdı. 978-ci ildə (1570) yenə üç qol halında olan çəp­nilərin əhalisi xey­li artmışdı. Qanuni dövrünün ilk illərində 53 vergi evi olan birinci qo­lun əhalisi 397 nəfərə çatmışdı (1570-ci ildə). İkinci və üçüncü qolların əhalisi isə 29 və 16 nəfər (vergi verən) idi. Bu iki qo­lun başım qızdılı, yaxud başım qız­dılı çəpni adlandığını bilirik.
XVII əsrin ortalarına yaxın çəpnilərin ana qolu yenə Rum qa­lası nahi­yə­sində sakin idi. Sultan İbrahim dövründə Dəniz Kət­­xuda tərəfindən idarə olunan Rum qalası yörəsindəki qəsə­bə­lər, qorxmazlu, sarılu, kosalar və şü­ey­yublu adlı obalara ay­rıl­mışdılar. Başım qızdılı adlanan digər iki qolun isə o dövrdə Adana, Aydın və Saruxan vilayətlərində yaşadığı bildirilir4.
Çəpnilər 1687-89-cu illərdə Pazarcıq və Kəfərdiz nahiyə­lə­rini yağma­la­mışlar5. Həmin illərdə Rum qalasında yaşayan çəp­­­nilərə oturaq çəpni deyi­lir­di. Onlar 1101-ci ildə (1690) Avs­tri­ya səfərinə çağrıldılar. 20 atlı ilə çıxan çəpnilərə Hacı Mah­mud, Radif, Əli Paşa oğlu, Sami və Döyər oğlu adlı kənd­xu­da­lar baş­çılıq edirdilər1. Bir il sonra çəpnilər Rəqqa bölgəsinə yer­ləşmə­ləri əmr edi­lən oymaqlar arasında idilər. Əslində, onlar bir-bi­rin­dən fərqli iki oymaq idilər. Bu oymaqlardan biri indi haq­qında danışdığı­mız çəp­nilər, yəni Hələb türkmənləri arasındakı çəpnilərdir2. Ancaq bu oymağın Rum qalası yörəsindəki oturaq çəpnilər, yoxsa onların yerləşməmiş bir qolu olduğu bilinmir. Bu çəp­ni­lər axırda Rum qalasında yerləşmiş və adlarını bu gü­nədək qorumuşlar. Digər çəpni oymağı isə Ankaranın Kəskin qə­zasında yaşayan boz ulus icmasına bağlı idi3. Rəqqa əhvalatı ilə əlaqədar sənədlərdə adı çəkilən qantəmir (təmür) çəpnisi bu boz ulusa bağlı ikinci oymaq idi. Rəqqa bölgəsinə yerləşdirilən qantəmir çəpniləri digər bəzi oymaqlarla bə­rabər oradan iki də­fə qaçdılar4, ikinci qaçmada onlar Turqutlu və Berqama tərəf­lə­rə getdilər (1141-1728) və oradan sürgün yerinə bir daha qayıt­madılar. Bu surətlə XVII əsrdə qərbə gələn başım qızdılı çəpni­ləri ilə yenə oraya XVIII əsrdə gələn qantəmir çəpniləri bu gün Balıkesir5, İzmir (Berqama), Manisa6 və Aydın7 vilayətlərində yerləşmiş çəpnilərdən başqası deyildir. XVI əsrdən əvvəl bu vil­ayətlərdə çəpni adlı heç bir təşəkkül yaşamırdı.
2. Ulu yörük.
Ulu yörük icmasının ehtimal ki, şərq parə qolu arasında ya­şa­yan çəpni oymağı 926-cı ildə (1520) 17 qışlaqda sakin idi. Çəp­­nilər bu qışlaqlarda əkin­çiliklə məşğul olurdular. Vergi ve­rən əhalisinin sayı 432 olan çəpnilərin sayı 982-ci ildə (1574/ 1575) artıq 4 dəfə artmış, 1984-ə çatmışdı. Bu zaman onların 32 qışlaqları vardı8.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin