Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə12/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Sual və tapşırıqlar: 
1. Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları 
ilə bağlı neçə konvensiyasının əsas prinsipləri Əmək 
Məcəlləsində öz əksini tapmışdır? 2. Əmək 
Məcəlləsinin əməyin mühafizəsi normalarını, qayda 
və prinsiplərini əhatə edən maddələr hansılardır? 3. 
Əməyin mühafizəsi normaları və qaydaları harda 
tətbiq olunur? 4 Əməyin mühafizəsi vəziyyətinə 
kimlər nəzarət edir? 
 
 
§ 3. ƏMƏK MÜHAFİZƏSI ÜZRƏ İŞLƏRİN 
TƏŞKİLİ 
 
Müəssisələrdə sağlam və təhlükəsiz əməyin şəraitinin təmin 
edilməsi Əmək Məcəlləsinin 222-ci maddəsində nəzərdə 
tutulmuşdur. 
Həmin maddənin 2-ci hissəsinə görə işəgötürən əmək 
şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin 


Əmək mühafizəsi 
19 
edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş 
perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir. 
a) 
əmək 
şəraitinin 
və 
istehsalat 
proseslərinin 
səmərələşdirilməsinin perispektiv planı. 
b) təhlükəsizlik texnikası və istehsalat sanitariyasının 
səmərələşdirilməsinin illik planı. 
c) sanitariya-sağlamlıq tədbirlərinin kompleks planı. 
Əmək şəraitinin yaxşılaşdırılması sahəsində əməyin 
mühafizəsi üzrə illik tədbirlər planı əsasən üç bölmədən ibarət 
olur:
1.
Bədbəxt hadisələrə qarşı tədbirlər;
2.
İstehsalat xəstələnmələrinə qarşı tədbirlər;
3.
Əmək şəraitinin yaxşılaşdırılması üzrə ümumi 
tədbirlər;
Əmək mühafizəsi sahəsində işçilərin əmək şəraitini 
yaxşılaşdırmaq məqsədilə nəzərdə tutulan tədbirləri düzgün və 
vaxtında həyata keçirmək üçün pul vəsaiti olmalıdır.
Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi 
 
Əmək Məcəlləsinin 220-ci maddəsində əməyin mühafızəsi 
tədbirlərinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. 
Məqsəd və təyinatından asılı olmayaraq əməyin mühafizəsi 
dövlət 
büdcəsindən 
və 
müəssisənin 
gəliri 
hesabına 
maliyyələşdirilir. 
Əməyin mühafızəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi 
və mənbəyi kollektiv müqavilədə müəyyən edilir, həm də illik 
xərclərin miqdarı işçilərin əməyinin ödənilməsinə xərclənən 
vəsaitin məbləğinin iki faizindən az olmamalıdır. Bu vəsaitin 
başqa məqsədlərə sərf edilməsi qadağandır. 
Əmək məcəlləsinin 221-ci maddəsinə uyğun əməyin 
mühafizəsi fondu yaratmaq nəzərdə tutulmuşdur. Həmin 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin