İlk tibbi yardımın göstərilmə qaydaları
219
Sıx toxunmuş lifləri olan çoxqatlı paltar orqanizmin ətrafındakı
isti havanı qoruyub saxlayır. Donmadan qorunmaq məqsədilə
üst-üstə bir neçə qat paltar geyinmək olar, lazım gəldikdə
paltarlardan birini çıxarıb bədənin hərarətini tənzimləmək
mümkündür. Qışda papaq geyinmək istiliyin başdan xaric
olmasının qarşısını alır.
İşə getməzdən əvvəl, iş vaxtı və işdən sonra çoxlu maye
içmək lazımdır. Uzun müddət soyuqda qalanda əllərin şişərək
göyərməməsi üçün onu ovuşdurmaq və mütləq əlcək geyinmək,
ağrılar olduqda fəal şəkildə tərpətmək lazımdır.
Sual və tapşırıqlar:
1.
Donvurma
əlamətləri hansılardır
2.Donvurmuş insana necə kömək olunur? 3.
Donvurma zamanı bunları etmək qadağandır! 4.
Neçə cür donvurma var?
§ 34. ZƏHƏRLƏNMƏDƏ İLK TİBBİ YARDIM
Zəhərlənmə
- orqanizmə zəhərlərin təsiri nəticəsində əmələ
gələn patoloji vəziyyət. Zəhərlənməyə pis keyfiyyətli ərzaq və
zəhərli bitkilər, məişətdə və istehsalatda tətbiq edilən müxtəlif
kimyəvi maddələr, dərman preparatları və s. səbəb ola bilər.
Zəhərlər orqanizmin müəyyən yerinə və ya ümumiyyətlə bütün
orqanizmə təsir edə bilər. Bu, zəhərin xassəsindən və
orqanizmə düşmə yolundan asılıdır.
Bütün zəhərlənmə hallarında təxirəsalınmaz yardım zamanı
aşağıdakı tədbirlər görülür:
-
orqanizmdən zəhər olduqca tez kənar edilir;
-
orqanizmdə qalmış zəhər padzəhər (antidotlar) vasitəsilə
İlk tibbi yardımın göstərilmə qaydaları
220
zərərsizləşdirilir
;
-
t
ənəffüs və qan dövranının pozğunluqları ilə mübarizə
aparılır.
Zəhər ağızdan düşdükdə zəhərlənmənin baş verdiyi yerdə
(evdə, istehsalatda) mədəni dərhal yumaq lazımdır,
bağırsaqların da təmizlənməsi tövsiyə edilir ki, bu məqsədlə
işlətmə dərmanı vermək, imalə etmək olar. Zəhər dəriyə və ya
selikli qişaya düşdükdə dərhal mexaniki üsulla kənar
edilməlidir. Dezintoksikasiya üçün həkimin təyinatına gör
dərialtına və venaya qlükoza, natrium-xlorid, hemodez,
poliqlükin və s. məhlulları yeridilir. Lazım gəldikdə
sürətləndirilmiş diurez tətbiq edilir: eyni zamanda 3 - 5 l maye
və tez təsiredici sidik artıran dərmanlar yeridilir. Zəhərin
zərərsizləşdirilməsi üçün, zəhərlənmənin xarakterindən asılı
olaraq spesifik antidotlardan - unitiol, metilen abısı və s.
istifadə edilir. Tənəffüsün funksiyasının və qan dövranının
bərpa olunması üçün oksigen, ürək-damar dərmanları, tənəffüs
analeptikləri, aparat vasitəsilə tənəffüs də daxil olmaqla, süni
nəfəsaldırma tətbiq edilir.
Qida maddələri ilə zəhərlənmə qidalanmadan bir neçə saat
sonra kəskin surətdə başlayaraq - ürək bulanması, bərk zəiflik,
pis vəziyyət, qarınüstü nahiyədə köpmə və ağrı hiss edilir, çox
keçmədən bol qusma baş verir və bu, xəstənin vəziyyətini bir
qədər yüngülləşdirir. Qusma qarın işləməsi ilə müşayiət olunur,
xəstənin qarnı tez-tez işləyir, ifrazat çox və duru konsistensiyalı
olur, bəzən tərkibində selik görünür.
Eyni zamanda qarında sancı şəklində ağrılar baş verə bilər.
Çox vaxt temperatur yüksəlir, başağrısı və bütün bədəndə ağrı
hiss olunur. (şəkil 67)
Təxirəsalınmaz yardım mədənin qida qalıqlarından tamamilə
təmizlənənə, saf su çıxana qədər yoğun zondla yuyulması ilə
|