İlk tibbi yardımın göstərilmə qaydaları
214
Sümük bir neçə yerdən sınmışsa, buna mürəkkəb, bir yerdən
sınmışsa, buna sadə sınıq deyilir. Güllə
və ya qəlpə təsirindən
də sınıqlar baş verə bilər. Buna güllə sınığı deyilir.
Sınıqların əsas əlamətləri: ağrı, şişkinlik, normal hərəkətin
pozulması, ətrafların sınığı zamanı onun qısalması və s.
Kəllədaxili sümüklər sındıqda qulaqdan və ya burundan
qanaxma, qabırğaların, döş sümüyünün sınığında
tənəffüsün
pozulması müşahidə edilir, çanaq sümüklərinin sınığında sidik
ifrazı və aşağı ətraflarda hərəkət pozulur.
Ağır sınıqlar zamanı şok halı ola bilər. Bəzən sınıqlar
arterial qanaxma ilə müşayiət olunur. Bu daha qorxuludur.
İlk tibbi yardım göstərərkən birinci növbədə qanaxma
kəsilməlidir.
Ümumiyyətlə, sınıqlar zamanı ilk yardım sınmış
sümüklərin hərəkətsizliyinin təmin olunmasına xidmət
etməlidir. Sınıqlar zamanı yardımın düzgün göstə- rilməməsi
xəstənin vəziyyətini bir qədər də ağırlaşdıra bilər, şok əmələ
gələr, qapalı sınıq açıq sınığa çevrilər və s. Sınıq zamanı
yardım göstərərkən, ilk əvvəl sınığın növünü,
dərəcəsini
müəyyən etməli, xəstənin həyatı üçün təhlükəli əlamətlər
aradan qaldırılmalıdır. Bundan sonra ya şina qoymalı, ya da
steril sarğı qoyub, şina ilə bərkidilməlidir (şəkil 65).
Şəkil 65. Ayağa şina qoyulması
İlk tibbi yardımın göstərilmə qaydaları
215
Şina qoyularkən, mümkünsə, hazır
şinalardan istifadə
edilməlidir. Bu, çox rahatdır. Lakin şina olmadıqda müxtəlif
vasitələrdən – taxta parçası, karton hissəsi, metal lövhə və s.
istifadə edilir. Bunların heç biri olmadıqda isə, sınıq
ətraflardadırsa, yuxarı ətrafı gövdəyə, aşağı ətrafı isə digər
ətrafa bağlamaq lazımdır.
Açıq sınıqlar zamanı
qanaxma kəsilir, yara antiseptik
maddələrlə işlənir, steril sarğı qoyulur və sonra paltarın
üstündən şina qoyulur. Qapalı sınıqda sınıq nahiyəsinə
hərəkətsiz vəziyyətdə şina qoyulur. Hər iki halda xəstəyə
ağrıkəsici dərman verilir və ya inyeksiya edilir. Tənəffüs
pozulmuşsa, süni tənəffüsdən istifadə edilir.
Şok törənmişsə,
ona qarşı tədbirlər görülür.
Bütün hallarda xəstənin tez həkimə çatdırılması diqqət
mərkəzində olmalıdır. Çıxıq yıxılma və zərbə nəticəsində
oynaqlarda sümüklərin yerini dəyişməsinə deyilir. Çıxıqlar iki
cür – tam və natamam (burxulma) olur.
Çıxıqlar zamanı oynaqlarda sümüklər yerini dəyişdikdə
bağlar, vətərlər gərilir, oynaq pərdəsi yırtılır,
bəzən də damar və
sinirlər zədələnir.Çıxıqların əlamətləri aşağıdakılardır: ətrafın
müəyyən vəziyyət alması, görünüşünün dəyişilməsi, hərəkətin
azal¬ması, uzunluğunun dəyişilməsi, hərəkət zamanı oynaqda
ağrı, şişmə, qızartı və s.
İlk yardım zədələnmiş ətrafın
bir vəziyyətdə bərkidilməsi,
şina ilə bağlanmasıdır. Müalicə xəstənin uzanmış vəziyyətində
aparılır. Xəstəni narahat edən əlamətlərin aradan qaldırılması
istiqamətində ilk yardım göstərilir və tez həkimə çatdırılır
Müalicədə sınmış sümüklər və oynaq sümükləri düzəldilir və
gips sarğısı qoyulur. 2-3 həftəyə patoloji sahə və sarğı açılır.