İlk tibbi yardımın göstərilmə qaydaları
208
§ 30. İLK TİBBİ YARDIMIN MAHİYYƏTİ
Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya
qəfildən xəstələnmiş şəxsin həyatını
xilas etmək və
sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər
yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində ( işdə,
küçədə, evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata
keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını
almaq mümkündür. İlk tibbi yardım
zədələnmə yerində təcili
göstərilməlidir.
Zədələnən adamların həyatının xilas edilməsi,
çəkdikləri
əzabın yüngülləşdirilməsi və əmək qabiliyyətinin bərpa
edilməsi onlara göstərilən ilk yardımın
tez və düzgünlüyndən
asılıdır.
İlk tibbi yardım göstərən şəxs zədələnmiş insanın həyatını
xilas etmək üçün müstəqil surətdə və cəlq qərara gəlməlidir. İlk
növbədə zədələnmiş insan üçün daha qorxulu olan və ya onun
həyatını təhlükə altına salan səbəb aradan qaldırılmalıdır.
Zədələnmə ocağındakı mürəkkəb şəraitdə ilk tibbi yardım
göstərmək üçün sarğı materialı – tənzif, bint, cürbəcür yanığa
qarşı xüsusi sarğı, pambıq, habelə qanaxmaları dayandırmaq
çünü turna, sınıqları, çıxıqları, əzilmiş yerləri
immobilizasiya
10
etmək üçün şinalar və çoxlu ağrıkəsici
dərmanlar tələb
olunacaqdır.
Yaralanma zamanı ilk yardım.
Zədələnmə ocağında baş
verən zədələnmələr arasında çoxlu yaralanma halları - əzilmə,
parçalanma, kəsilmə, deşilmə, çırılma, dişləmə və s.
növləri
var.
Yara
– orqanizm dərisinin və selikli qişaların bütövlüyünün
hər cür pozulmasına deyilir ki,
bu zaman adətən dərindəki
toxumalar-əzələlər, sümüklər, daxili orqanlar da zədələnir.
Yaranın əlamətləri: ağrı, qanaxma və yaranın ağzıdır.