İlk tibbi yardımın göstərilmə qaydaları
217
nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək,
hərəkətsizlik, fəslə uyğun olmayan paltar geyinmək və ya nəmli
paltar donmaya əlverişli şərait yaradır. Aclıq və ya zəif
qidalanma, qan itirmə, yorğunluq, qocalıq, orqanizmi zəiflədən
xəstəliklər, spirtli içkilər və s. səbəblərdən də orqanizm
donmaya məruz qalır.
Donvurma səthi və dərin ola bilər. Yanıqdan fərqli olaraq
donvurmanın dərəcəsini ilkin baxış zamanı yox, yalnız 12-24
saatdan sonra təyin etmək mümkündür. Donvurma zamanı
zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının
kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi,
donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən
sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi,
barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı
verməsi, yanğı hissi və s. əlamətlər yaranır (şəkil 66 ).
Dostları ilə paylaş: