Ontogenezin təkamüLÜ



Yüklə 27,71 Kb.
səhifə3/7
tarix01.12.2022
ölçüsü27,71 Kb.
#120289
1   2   3   4   5   6   7
tekamül müh davamı

Anaboliya. Hər hansı orqan və quruluşun formalaşmasının son mərhələsində təzahür edən təkamül dəyişkənliklər anabaliyalar adlanır. Belə dəyişilmələr ontogenezdə geniş yayılmışdır və hər hansı orqan və quruluşun inkişafının uzanmasına səbəb olur. Məsələn; orqanlarda skeletin quruluşunun dəyişilməsi, əzələlərin differensiasiyası və qan damarlarının paylanması ontogenezin son inkişaf mərhələlərində baş verən dəyişilmələrlə - anaboliyalarla (üstdənqurmalarla) əlaqədardır. Dəniz xoruzu adlı balıqda (trigla pastinaca) və döz üzgəclərinin inkişafı əvvəl digər yaxın balıq növlərində olduğu kimi gedir, lakin sonradan anaboliya baş verir, üç şüa bir-birində ayrılır və barmaqşəkilli çıxıntılar kimi inkişaf edir. Anaboliyaya bitkilərdə də rast gəlinir. Məsələn; belə güman edilir ki, bir çox bitkilərin toxumunda qanadşəkilli çıxıntı toxumun formalaşmasının son mərhələsində yumurtalıq və ya kasa yarpaqlarının yenidən böyüməsilə əlaqədar anaboliya kimi əmələ gəlmişdir.
Deviasiya. Orqan və quruluşun formalaşmasının orta mərhələlərində təzahür edən təkamülü dəyişilmələr deviasiya adlanır. Deviasiyaya akulalarda və reptidilərdə pulcuqların inkişafı misal ola bilər. Bunların hər ikisində pulcuqların özülü epidermisin alt katını yerli sıxlaşmasından və onun altında olan birləşdirici toxumanın məməcik kimi toplanmasından başlayır. Akulalarda emriogenezin orta mərhələsində məməciklər böyüyür və pulcuq dişcikləri əmələ gətirir. Sonralar məməciklərin üzəri həmin məməciklər tərəfindən buraxılan sümük maddəsi ilə örtülür. Reptidilər isə birləşdirici toxuma epidermis altında toplandıqdan sonra embriogenezin orta mərhələsində deviasiya baş verir, yəni sümükləşmə prosesi əvəzinə buynuzlaşma gedir. Yəqin ki, bitkilərdə soğanaq və kök yumruları da deviasiya yolu ilə ilkin embrional tumurcuqdan formalaşır.
Arxallaksis. Ontogenezdə orqan və quruluşun özülünün qoyuluşunun başlanğıcında təzahür edən təkamüli dəyişkənliklər arxalaksis adlanır. Bu zaman orqanın inkişafında köklü surətdə yenidən qurulma prosesi müşahidə olunur və nəslin əcdaddan uzaqlaşması baş verir. Məsələn; ilanlarda fəqərələrin, bəzi balıqlarda üzgəclərin, dişli balinalarda dişləri miqdarının artması, məməlilərdə tükün inkişafı ilkin mərhələdə özülülün miqrdarının dəyişilməsinin nəticəsidir. Bitkilərdə arxallaksis yolu ilə, məsələn; ikiləpəli rüşeymin birləpəlilərə çevrilməsi baş vermişdir.
Arxallaksis inkişafın erkən mərhələsində gedən dəyişkənlik – ontogenezin korrelyasiya sistemində kəskin surətdə yenidənqurulmalara səbəb olur.
Baş vermiş belə dəyişkənliklər o zaman filogenetik xarakter daşıya bilər ki, onlar ontogenezin öz-özünü idarəetmə sisteminə daxil olub, həmin sistemi təkmilləşdirə bilsin, əks təqdirdə onlar bu sistemi dağıdıb, canlını məhv edə bilər.
Qeyd etməliyik ki, cinsiyyətli yol ilə çoxalan orqanizmlərin ontogenezdə somatik hüceyrələrində baş verən mutasiyaların, morfozların, fenokopiyaların əmələ gətirdikləri dəyişkənliklərin ontogenezin hansı mərhələsində baş verməsindən asılı olmayaraq onlar filembriogenetik dəyişkənliklər xarakteri daşıya bilməz.
Beləliklə, təkamül prosesində təbii seçmənin nəzarəti altında mutasiyalar və onların kombinasiyaları nəticəsində ontogenezin müxtəlif mərhələlərində təzahür etmiş əlamətlər adaptiv xarakter daşıdıqda onlar filembriogenetik dəyişkənliklərə çevrilir.
Filembriogenetik dəyişkənliklərdən anaboliyaların baş vermə və salamat qalma ehtimalı digər formalara nisbətən daha çoxdur. Arxallaksislər ontogenezi ilk mərhələdə dəyişilməyə uğratdıqda bu təkamül üçün “bəla” hesab edilə bilər. Arxallaksisə uğramış ontogenezin axıra qədər davametmə ehtimalı çox az olur. Belə formaların əksəriyyəti məhv olur. Deviasiya dəyişkənliklərinə uğramış fərdi inkişafın salamatqalma imkanı, arxallaksislərə nisbətən çox, anaboliyaya nisbətən isə azdır.

Yüklə 27,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin