Opek-in yaranma səbəbləri və onun tarixi inkişafı


Cədvəl 7.OPEK-in dünya bazarındakı “neft səbəti” (



Yüklə 359,23 Kb.
səhifə6/6
tarix20.01.2017
ölçüsü359,23 Kb.
#817
1   2   3   4   5   6

Cədvəl 7.OPEK-in dünya bazarındakı “neft səbəti” ( $/barrel )

OPEK-in “neft səbətin” də hər ölkə yalnız bir neft markası ilə təmsil olunur .Beləki, Səudiyyə Ərəbistanı-Arab-light ;İraq- Basrah light ;Nigeriya- Bonny light;Liviya - Es Sider ; Anqola- Girassol ;İran- İran Heavy ;Küveyt - Kuwait Export ;Qatar – Marine ;BƏƏ – Murban; Ekvador – Oriente ;Əlcəzair - Saharah Blend markasına sahibdirlər .OPEK-in dünya neft bazarına çıxardığı məhsullar ən çox tələb görənlərdir.

Belədir ki ,OPEK-in neft satışından əldə etdiyi gəlir milyard dollarla ölçülür.

Sxem 1.Neftin illər üzrə qiymət dinamikası

Diaqram2. Neftin illər üzrə qiymət dinamikası $/b

Dünya təsərrüfatının dinamik inkişafı nəticəsində neftə qarşı yaranan böyük miqdarda tələb , o cümlədən OPEC-ə üzv olan ölkələrin kvota həcmləri 2008-ci ildə naft bazarlarında qiymətlərin böyük miqdarda artmasına gətirib çıxardı.

Qiymətlərə təsiretmə cəhdləri ,kvotaların təyini və tətbiqi OPEC-in vahid məqsədinə xidmət edir.Bu məqsəd neft ehtiyatlarına malik İEOÖ-in iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən neft gəlirlərinin sabitliyi və uzunmüddətliliyini təmin etməkdən ibarətdir .Təbii ki , istehlakçıların da maraqları nəzərə alınmaq şərti ilə bu proses həyata keçirilir.

2.3. Azərbaycanın OPEK-lə əməkdaşlığının perspektivləri

Azərbaycan tarixən neft hasil edən ən qədim ölkələrdən biridir .Orta əsrlərdə Bakı nefti karvan vasitəsilə Böyük İpək Yolu ilə Avropaya və Şərqə aparılırdı . Neft ölkənin xarici ticarətində aparıcı mövqelərindən birini tuturdu.Dünyada ilk neft fontanı 1848-ci ildə Bakıda vurmuşdu .

XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakı dünyanın ən böyük neft hasilatçısına çevrilmişdir. XX əsrin ilk illərində Bakıda dünyada istehsal olunan neftin yarısı istehsal olunurdu . XX əsrin ortalarına qədər Bakı dünyanın ən iri neft istehsalçılarından biri olaraq qalırdı. II Dünya müharibəsi ərəfəsi onillikdə və müharibə illərində Bakı SSRİ-in neft bazası rolunu oynayırdi .

Ural və Qərbi Sibirdə yeni neft yataqlarının tapılması nəticəsində Azərbaycan neft sənayesinin SSRİ neft istehsalında payı 2%-ə qədər azaldı .Tarixən neft istehsal edən ölkə olaraq Azərbaycan digər neft istehsal edən ölkələrin inkişaf tarixini izləyir .

Digər neft istehsal edən ölkələrdə olduğu kimi Azərbaycanda da neft istehsalının quru sahələrdən dəniz hovzəsinə keçidi xüsusi əhəmiyyət kəsb edir. Kontinental neft yataqlarının tukənməsi ilə neft istehsalı dəniz hövzələrinə doğru hərəkət etmişdir.

1949-cu ildə Neft daşlarının iri neft yataqlarının işlənməsinə başlanmış , bu yatağın tükənməsindən sonra 1980-ci ildə “Günəşli” neft yatağı istismar edilməyə başlanmışdır ki ,artıq 1991-ci ildə bu yataqda axtarılan neft ümumi neft hasilatının 57%-ni təşkil edirdi. 1980-ci illər ərzində Xəzərin daha böyuk dərinliklərində geoloji kəşfiyyat işləri davam etdirilmişdir.Kəşf olunmuş yataqlardan “Azəri” ,”Çıraq” və “Qarabağ” yataqları böyük perspektivə malikdir. Ekspertlərin fikrincə bu yataqların tam gücü ilə işləməsi nəticəsində Azərbaycanda ildə 50 milyon tondan artıq neft hasil olunacaq . Nəticədə ölkə dünya bazarında iri neft ixracatçısına çevriləcəkdir.

Ölkədə güclü neft-qaz kompleksinin yaradılması istehsal güclərinin inkişafına və inteqrasiya proseslərinin sürətlənməsinə münbit zəmin yaradacaqdır.

Bu kompleks ölkənin əsas sənaye –istehsal fondlarının 40%-dən şoxunu təşkil edir.Azərbaycan neft-qaz sənaye kompleksinin inkişaf etdirilməsi neft-qaz resurslarının effektiv istifadə üçün bir sıra təbii və iqtisadi şəraitə malikdir:

-Təsdiq olunmuş və proqnozlaşdırılan iri neft yataqlarının olması ;

-Azərbaycan neftinin yüksək keyfiyyət parametrlərinə malik olması, güclü maddi-texniki bazanın , əsas fondların ,energetika təsərrüfatının mövcudluğu;

-Neft hasilatı həcmini bir neçə dəfə üstələyən diversifikasiyalı neft emalı kompleksinin mövcudluğu ;

-İxtisaslı kadrların mövcudluğu .

Lakin neft sənayesinin inkişafı amillərindən bəzi səbəblərdən tam gücü ilə istifadə olunmur. Nəzərdən qaçırmaq olmaz ki ,neft-qaz kompleksi qısamüddətli perspektiv ölkə iqtisadiyyatının inkişafında xüsusi rol oynayır və gələcək inkişafında da əhəmiyyətli rol oynayacaqdır .Bu məqsədlərə çatmaq üçün aşağıdakı tədbirlərin görülməsi vacibdir :

-Kadrların təkmilləşdirilməsi də daxil olmaqla neft-qaz kompleksinin təşkilati və texniki cəhətdən yeni səviyyəyə transformasiyası;

-Xarici investorlarla birlikdə effektiv neft hasilatı üzrə ümumi neft strategiyasının hazırlanması

-Xüsusi neft qanunvericiliyinin qəbul olunması

Ölkədəki mövcud kontinental və dəniz neft yataqları tükənməkdədir ,eyni zamanda infrastruktur mənəvi cəhətdən qocalmışdır.Dənizdə tapılan yeni yataqlar işlənməsi isə yeni texnologiyanın tətbiqini tələb edir.

Ölkənin neft-qaz sənayesi qarşısında ziddiyətli və çox cətin məsələ durur;

1.İşlənilməkdə olan yataqlarda istehsalın yenidən təşkili və rekonstruksiyası;

2.Yeni yataqların kəşf olunmasə və istismarı.

İşlənilməkdə olan yataqların rekonstruksiyasi zamanı əsas məqsəd iqtisadi cəhətdən qeyri-effektiv yataqlarda işlərin dayandırılması ,iqtisadi cəhətdən rentabelli olan yataqlarin işlənməsinin modernləşdirilməsidir.

Həmçinin nəzərə almaq lazımdır ki , yataqların istismarı zamanı qərb standartları tətbiq olunmuşdur və bu yataqların bir qismində müasir texnologiyanın tətbiqi nəticəsində neft hasilatını bərpa etmək mümkündür.Bu ehtiyatların istifadə olunması xarici kapitalın maddi və texniki köməyi vasitəsilə həyata keçirilə bilər.

Azərbaycandakı iri neft yataqlarının istismarındakı texniki çətinliklərin həll edilməsi zamanı xarici maliyyə və texniki köməyin zəruriliyi hələ SSRİ dövründə hiss olunmağa başlanmışdı.1990-cı ildı tender nəticəsində ABŞ-ın Amoko neft şirkətinə və Azəri yatağı üzrə layihənin iqtisadi-texniki analizi həvalə olunmuşdur.

Daha sonra bu layihəyə bir neçə xarici şirkətlərin qoşulması nəticəsində konsorsium yaradılmışdır.Ölkə müstəqillik qazandıqdan sonra xarici neft şirkətlərinin Azərbaycan neft yataqlarının işlənməsinə cəlb olunması böyük vüsət aldı.Artıq keçid dövrünün ilk illərində bir qrup neft şirkətləri ilə tamamlayıcı və yeni müqavilələr imzalandı, müvafiq konsorsiumlar yaradıldı.

1994-cü ildə inkişaf etmiş ölkələrin neft şirkətləri ilə bağlanmış “Əsrin müqaviləsi” bu prosesdə özunəməxsus katalizator rolunu oynadı və növbəti illərdə neft yataqlarının işlənməsi üzrə daha 18 iri kontraktın imzalanması ilə nəticələndi .Azərbaycan iri neft-qaz yataqlarına malikdir .

Cədvəl 8-də bağlanmış müqavilələr üzrə neft yataqları və qoyulacaq investisiyalar əks olunmuşdur .Xəzər dənizinin Azərbaycan sektoruna 130 perspektiv neft strukturu kəşf olunmuşdur ki ,onların təxminən 5-6 milyard ton xam neft və 4-5 milyard kub metr təbii qazın olması proqnozlaşdırılır.

İmzalanmış kontraktlara görə onların qüvvədə olduğu müddətdə (təxminən 30 il) neft istehsalı 2.3-3.1 milyard ton və ya illik 70-100 milyon ton olacaqdır.Bu dövr ərzində Azərbaycanın neft sektoruna orta hesabla 50-60 milyard $ xarici investisiya qoyulacaqdir.Müqayisə üçün qeyd edək ki , 1971-1999-cu illərdə ölkədə 245 milyon ton neft istehsal olunmuşdur.

Bağlanmış müqavilələrdə Azərbaycanın orta payı təxminən 37.6% təşkil edir.Bu da neft kontraktlarının miqyası və müqavilələrin ölkə iqtisadiyyatının inkişafına göstərəcəyi müsbət təsiri göstərir.

Bu kontraktlarda 15 ölkədən 33 xarici neft şirkəti iştirak edir .Bununla yanaşı B.Britaniyadan 130 , ABŞ-dan 110 , Fransa , Almaniya , İsveç , Yaponiya , İtaliyadan 10-larla xidmət şirkətləri kontraktlar üzrə neft hasilatında dolayı yolla iştirak edirlər .

Say

Yataqların adı

Neft ehtiyatı (mln ton )

Qoyulacaq investisiya (mlrd $)

Azərbaycanın payı

1

Azəri,Çıraq və Günəşli

600

14-12

10

2

Qarabağ

80-150

1.7-2

7.5

3

Şahdəniz

100

4

10

4

Əşrəfi ,Dan ulduzu

100-150

1.5-2

20

5

Lənkəran dəniz

Talış dəniz



100

1.5-2

15

6

Yalama D-222

100

1.5-2

40

7

Naxçıvan

75-100

5

50

8

Abşeron

150-300

3-3.5

50

9

Oğuz

75

2

50

10

Kürdaşı

90-120

2

50

11

Güney-qərbi Qobustan

30-60

0.3-0.5

20

12

İnam

150-250

3-4

50

13

Muradxanlı,Cəfərli,

Zərdab


50-80

1-1.5

50

14

Araz ,Alov ,Şərq

150-300

9

40

15

Kürsəngi,Qarabağlı

60-90

0.5-0.8

50

16

Atəşgah ,Yanan tava ,Muğandəniz

100

2

50

17

Zəfər, Məşəl

120-150

2

50

18

Lerik dəniz , Cənub

100-120

2

50

19

Padar

50-100

0.8-1

20




Cəmi 19 müqavilə

2330-3095

54.8-61.3

37.6


Cədvəl 8 Bağlanmış müqavilələr üzrə neft yataqları və qoyulacaq investisiyalar

1994-cü ildə “Azəri” , “Çıraq” , “Günəşli” yataqlarının işlənməsi üzrə Azərbaycan Dövlət Neft Şirkəti ilə qərb neft şirkətləri arasında imzalanmış “Əsrin müqaviləsi” xüsusi əhəmiyyət kəsb edir .

Kontrakta görə 30 il ərzində 511 milyon ton neft hasil etmək nəzərdə tutulur ki ,bunun 258 milyon tonu Azərbaycana çatacaq və investisiyaların 80%-iqərb şirkətləri tərəfindən qoyulacaqdır.1997-ci ildə qazılmış 3 kəşfiyyat quyusu göstərir ki ,yataqlarda ən azı 650 milyon ton neft və 150 milyar kub metr qaz var.

“Azəri” və “Çıraq” yataqları qərb neft şirkətləri ilə birlikdə istismar olunacaq.Günəşli yatağının isə 2000 metrdən dərində yerləşən hissələrinə qərb şirkətləri baxacaq .İstismar zamanı hasil edilmiş qaz kondensatı Azərbaycana çatacaqdır .

“Əsrin müqaviləsi” 3 əsas mərhələdə həyata keçiriləcəkdir:

1.1997-2000-ci illər.Bu illər ərzində kapital qoyuluşları böyük əhəmiyyət kəsb edir,neft ixracı artır ,xarici investorlat ilk gəlirlərini əldə edirlər .

2.2001-2005-ci illər. Neft ixracı əhəmiyyətli dərəcədə artır .Ümumi gəlirin yarısının konsorsium xərclərinin ödənməsinə sərf olunur .Azərbaycanın payına ümumi gəlirin 33%-i düşür.

3.2007-ci ildə etibarən isə Azərbaycan gəlirlərini 33%-dən 80%-dək artırır.

Dünya iqtisadiyyatına daha sıx inteqrasiya və regionda geosiyasi vəziyyəti nəzərə alaraq Azərbaycan “Əsrin müqaviləsindəki” payının bir qismini digər ölkələrin neft şirkətlərinə satmışdır .

Müqavilə bağlanarkən Azərbaycan 30%-lik paya malik idisə ,daha sonra 10%-lik payını Rusiyanın Lukoil ,ABŞ-ın Ekson ,5%-lik payını isəTürk neft şirkətinə satmışdır.

Yuxarıda qeyd etdiklərimizdən belə qənaətə gəlirik ki , neft sektorunun inkişafı ,xüsusilə , “Əsrin müqaviləsi”nin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının inkişaf lokomativi rolunu oynayır.

Bu gün dünya bazarında formalaşmış yüksək neft qiymətləri Azərbaycanın valyuta gəlirlərinin artmasına səbəb olmuşdur.Neft ixracından əldə olunan valyuta gəlirləri ölkə iqtisadiyyatının , xüsusilə qeyri-neft sektorunun inkişafı üçün baza rolunu oynayır.Həmçinin neft gəlirləri hesabına ölkədə irimiqyaslı infrastruktur layihələr həyata keçirilir.Neft gəlirləri Azərbaycana Bakı-Axalqalakı-Qars dəmir yolunun çəkilməsinin əsas maliyyələşdirici rolunu oynamağa imkan vermişdir.

2008-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 10milyard manatdan çox olmuşdur.Qeyd etmək lazımdır ki ,Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 60%-i neft sektorundan əldə edilir.

Neft gəlirləri ölkənin tədiyyə balansında tarazlığın qorunub saxlanılmasında və ölkənin ödəmə qabiliyyətli olmasında xüsusi rol oynayır.

Tədiyyə balansının təhlili göstərir ki , əvvəlki illərdə olduğu kimi ,2008-ci ildə də xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya ,qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olmuşdur.

Neft-qaz sektoru üzrə daxilolmalar əsasən neftin ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır.Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repartriasiyasını , maşın mexanizm və digər avadanlıqların idxalının ,həmçinin əsas ixrac boru kəmərlərinin tikintiləri ilə bağlı Türkiyə və Gürcüstan ərazilərindəki işlərin maliyyələşdirilməsinə sərf olunan vəsaitləri əks etdirir. Neft-qaz sektoru üzrə yaranmış müsbət saldo iqtisadiyyatın digər sahələrinin xarici valyutaya tələbatının maliyyələşdirilməsini və ölkənin valyuta ehtiyatlarının artırılmasını təmin etmişdir.

Tədiyyə balansında ixrac olunmuş mallar arasında neft məhsulları dominantlıq təşkil edir.İxracda neft məhsullarının payı 90%-dən çoxdur .2006-cı il ərzində xarici dövlətlərə 12 milyard dollar dəyərində neft məhsulları ixrac olunmuşdur ki ,bu da 2005-ci ilin müvafiq göstəricisindən1.8 dəfə çoxdur .

İxrac olunmuş neft məhsullarının yalniz 1.6 milyard dolları neft emali məhsullarının ,10.4 milyard dolları isə xam neft ixracının payina düşür. İxrac olunmuş xam neftin 9.9 milyard dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir.

Bunun da 1613.3 milyon dolları Azərbaycanın payına düşən ,8.2 milyard dolları isə “Əsrin müqaviləsi” ilə bağlı konsorsiumun xarici səhmdarlarının payına düşən neftin dəyəridir.İxrac olunmuş ümumi xam neftin 564.4 milyon dolları isə ARDNŞ və ölkənin digər müəssisələri tərəfindən xaricə göndərilmişdir.

Dünya neft bazarında neft qiymətlərinin aşağı düşməsi ilk növbədə Azərbaycanın tədiyyə balansında mənfi saldonun yaranmasına və ölkədə ödəmə qabiliyyətinin aşağı düşməsi ilə nəticələnəcəkdir .Həmçinin dövlət ölkədə həyata keçirilən çoxsaylı iqtisadi-sosial islahat və proqramıarın reallaşmasında problemlərlə qarşılaşacaqdır.

Bu riskləri nəzərə alaraq dövlət tərəfindən Neft Fondu yaradılmışdır.Neft Fondunun yaradılmasında əsas məqsəd neft gəlirlərindən səmərəli istifadə olunmasının təşkili , yarana biləcək qiymət böhranı üçün valyuta ehtiyatlarının formalaşdırılması və gələcək nəsillər üçün valyuta ehtiyatlarinin yaradılmasıdır.Cari ildə ölkənin valyuta ehtiyatları 18 milyard dollardan artıqdir .

Neft kontraktlarının tam gücü ilə işləməsi nəticəsində ildə 50-60 milyon ton neft istehsal olunmasına nail oluncacaq.Bu isə Azərbaycanı dünya neft bazarlarının əhəmiyyətli oyunçularından birinə çevirəcəkdir.OPEK dünya bazarlarında qiymətlərin yüksək saxlanilması məqsədilə təşkilata daxil olmayan , neft istehsal edən ölkələrlə danışıqlar aparır.

Aydındır ki ,Azərbaycan da OPEK-in maraq dairəsinə düşməkdədir .Təşkilata daxil olmayan neft istehsal edən ölkələrin dünya bazarlarına nəzarətsiz miqdarda neft çıxarmaları bazarda təklifi artırır və bu da qiymətlərin aşağı düşməsinə səbəb olur.

Nəzərə almaq lazımdır ki , Xəzər nefti tərkibindəki kükürdün azlığı , yüngül fraksiyaları şox olması ilə fərqlənir və dünya neft bazarlarında keyfiyyətli , rəqabətqabiliyyətli neftlərdən sayılır.Buna görə də Xəzər regionu ölkələrinin ,xüsusilə Azərbaycanın kartelə qoşulması təşkilatın maraq dairəsindədir .OPEK-in dünya neft bazarına təsiri danılmazdır ki ,bu da Azərbaycanın neft bazarı konyukturasına təsir edir.

2005-ci ildə fəaliyyətə başlamalı olan ,lakin 2006-cı ildə işə salınan Bakı-Tiblisi-Ceyhan neft kəmərinin Aralıq dənizi neft bazarına təsirini əvvəlcədən qiymətləndirən OPEK ölkələri hələ 2003-cu ildə Azərbaycanla danışıqlara başlamışdı .

2003-cü ildə Bakıda keçirilən “Caspian oil and gas 2003” konfransında Səudiyyə Ərəbistanının neft Naziri Əli əl Nəimi bildirmişdir. “Əgər tərəflər Xəzər regionunda əməkdaşlığa başlamasalar neftin qiyməti 10$/barrelədək düşə bilər ,əgər əməkdaşlıq baş tutarsa qiymətləri OPEK “qiymət dəhlizində” saxlamaq mümkün olacaq” .O, konfransda Azərbaycanı OPEK-in strateji partnyoru adlandırmışdır.Bu Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycanın təşkilata dəvət olunması barədə açıq çağırış idi .

Azərbaycanın OPEK-ə azv olaması ölkənin maraqlarına cavab vermir .Azərbaycanın təşkilata üzvlüyü nəticəsində əldə edəcəkləri və itirəcəklərinə nəzər salsaq bunun çahidi olarıq .Təşkilata üzvlük nəticəsində ölkə üzərində neftin istehsalının müəyyən səviyyədə saxlanılması barədə öhdəliklər götürəcəkdir.

Yaranmış iqtisadi və geosiyasi situasiya Azərbaycanın neft hasilatını azaltması real görsənmir və milli maraqlara cavab vermir .Neft istehsalının azaldılması həmçinin ölkənin iqtisadi inkişafına da mənfi təsir göstərəcəkdir .Bu zaman ölkəyə investisiya yatırmış qərb şirkətlərinin də maraqlarını nəzərdən qaçırmaq olmaz .

Təşkilata üzv olacağı təqdirdə isə Azərbaycan dünya neft bazarında qiymətin yüksək səviyyədə saxlanılması və neftdən gələn gəlirlərin maksimallaşdırılması istiqamətində təşkilat ölkələri ilə birlikdə neft siyasətinin işlənib hazırlanması üstünlüyünü qazanacaqdır.Azərbaycanın müasir reallıqlarını nəzərə alsaq ölkənin “Qazaxistan təcrübəsindən” istifadə etməsi daha məqsədəuyğundur.Bu Azərbaycana OPEK-in konfransında müşahidəçi qismində iştirak etmək və təşkilatın dünya neft bazarında apardığı siyasətlə daha yaxından tanış olmaq hüququ verir.Neft istehsalının maksimum həddə çatdığı zaman isə Azərbaycan milli maraqlarına cavab verəcəyi halda təşkilata üzvlük məsələsinə baxa bilər.

Nəticə

Beləliklə, dünyanın enerji xəritəsinə və onun XX-XXI əsrin qovşağındakı real mənzərəsinə nəzər yetirdikdən sonra belə bir qənaətə gəlmək olar ki, OPEK ölkələrinin, xüsusilə də Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv olan dövlətlərin (Bəhreyn, Oman, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri) perspektivdə də dünya enerji bazarında xüsusi çəkisi kifayət qədər böyükdür.

Bu gün dünya neft bazarının idarə edilməsində OPEK çox böyük təsirə malikdir.Əlbəttə ,öz hədəfinə çatmaq üçün OPEK əzmlə fəaliyyət göstərib . Bu gün də təşkilatın daxilində narazılıqlar , qarşıdurmaların olmasına baxmayaraq OPEK dünya neft bazarının bir nömrəli oyunçusudur.Malik olduğu neft ehtiyatlarını nəzərə alsaq uzun müddət məhz OPEK dünya neft bazarında bu şəkildə qalacaq .Təşkilatın məqsədlərinə nəzər saldıqda hədəfi dünya neft bazarında neft qiymətlərini özü müəyyənləşdirdiyi qiymət dəhlizində saxlamaqdır. Təşkilatın əsas problemi isə bu siyasətini davam etdirmək üçün neft istehsalında tətbiq etdiyi kvotalara üzv ölkələrin , xüsusilə Nigeriya və Venesuelanın əməl etməmələridir.

Həmçinin ABŞ-ın İraqa müdaxiəsi nəticəsində yaranmış qeyri-stabil vəziyyət ,neft ehtiyatlarına görə OPEK ölkələri arasında 3-cü yerdə olan İraqın 1990-cı illərdən bəri təşkilatın görüşlərində iştirak etməməsi və ABŞ-ın işğalından sonra İraqın təşkilatdan çıxma ehtimalının yüksək olması təşkilatı ciddi şəkildə narahat edir.OPEK-in fəaliyyətində əsas çatışmazlıqlardan biri də odur ki ,burada maraqları bir-birinə əks olan ölkələr təmsil olunur. Səudiyyə Ərəbistanının və Ərəbistan yarımadasının digər ölkələrinin əhalisinin sayı azdır, lakin onların nəhəng neft yataqları var və bu ölkələrə xaricdən böyük həcmdə investisiya qoyulur.

Həmçinin ,bu ölkələr qərbi neft şirkətləri ilə sıx əlaqələr saxlayırlar.OPEK-ə daxil olan digər ölkələr , məsələn Nigeriyada isə əhalinin sayı çoxdur və bu ölkələr üçün isə yoxsulluq xarakterikdir. Bu ölkələr qrupu , bahalı iqtisadi inkişaf proqramlarını həyata keçirir və onların böyük xarici borcları var.Çox sadə görünən bir problem isə , “ pulları hara xərcləmək” problemidir.Məsələn ,ərəb monarxları sel axını ilə gələn neft dollarlarını müxtəlif tikintilərə sərf edirlər .Lakin sonradan dövlətlər öz gəlirlərini daha səmərəli olan sahələrə xərcləməyə başladı.Üçüncü və əsas problemlərdən biri ,OPEK ölkələrinin dünyanın aparıcı dövlətlərindən texnoloji cəhətdən geri qalmasınıkompensasiya etməkdir. Bu problemin həlli sürətli sənayeləşmə və urbanizasiyadır.

Dünya neft ehtiyatının 78%-nə nəzarət etməsi təşkilatın inhisarçı mövqeyini əks etdirir.Neft qiymətlərinin yüksək səviyyədə saxlanılmasında təşkilat ölkələri ilə yanaşı neft istehsal edən iri transmilli şirkətlər də maraqlıdır.Bu, onlara neft hasilatı , satışı və emalından daha çox gəlir əldə etməyə imkan verir.Yaranmış bu situasiya isə Azərbaycanın xeyrinədir və ölkə dünya neft bazarlarındakı bu konyukturadan valyuta gəlirlərinin artırılması istiqamətində maksimum istifadə edir.

OPEK tarixi mövcudluğu ərzində müxtəlif çətinliklərlə qarşılaşmışdır.Xüsusilə neft gəlirlərindən asılılıq səviyyəsinin yüksək olması səbəbindən dünya neft bazarlarında qiymətin aşağı düşməsi , ölkələrin valyuta gəlirlərinin azalması , ölkələrdə valyuta və iqtisadi gəginliyin artmasına səbəb olmuşdur.

Bu çətinliklərin və yuxarıda sadalanan problemlərin aradan qaldırılması zamanı təşkilat tərəfindən görülən tədbirlər və üzv ölkələrin inkişaf təcrübəsinin öyrənilməsinin Azərbaycan üçün böyük əhəmiyyəti var .Yaxın gələcəkdə Azərbaycanın iri neft ixracatçısına çevriləcəyini nəzərə alsaq OPEK ölkələrinin təcrübələrinin öyrənilməsinin nə qədər aktual olduğunun şahidi olarıq.



Ədəbiyyat

  • Müzəffər Məmmədov,Elçin İbadov “Beynəlxalq İqtisadi təşkilatlar”

  • Nazim Rza İsrafiloğlu “Neft qlobal münaqişələr mənbəyi”

  • OPEC-Annual Statistic Bulletin 2008

  • www.opec.org

  • OPEC Monthly Report. Yune 2010 / http:// www.opec.com.

  • Морозова И.Н. Особенности мирового рынка нефти в последней четверти ХХ века и рольарабских продуцентов Персидского залива // Восток /ORIENS/, 2002, № 3, с.92-97

  • “Neft terminlərinin izahlı lüğəti” – elektron kataloq

  • http://www.wikipediya.org – World Federation of Stock Exchanges

  • Cəlil Kərimov, Ayaz Orucov, Tahirə Kərimova – Beynəlxalq İqtisadi Təşkilatlar. Bakı – 2008

  • Calal Mahmudov – Bakı nefti, neft milyonçuları və Nobel qardaşları. Bakı – 2005

  • Бизнес и Нефть – спецализировенные издание. Москва – 2003-2004




Yüklə 359,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin