Cədvəl 2.OPEK ölkələrinin xüsusiyyətləri (2009-cu il )
Təşkilatın yaradıldığı ilk vaxtlardan neft karteli qiymətlərin azaldılmasını dayandırmışdır. 1973-cü ilin oktyabr ayında OPEK-in qərarı ilə əsas ölkələrdə neft sənayesi milliləşdirildi.Bununla da OPEK dövlətləri qeyri-şərtsiz yeni qiymətlər müəyyən etdilər. Həmin il “Fars körfəzi” qiymətlər sistemi “Fars körfəzi + həqiqi fraxt” sistemi ilə əvəz olundu. Artıq neftin qiymətini onun həqiqi sahibləri müəyyən etməyə başladılar. 1972-1981-ci illərdə neftin qiyməti – 14.5 dəfə, yanacağın qiyməti – 13.5 dəfə, bütünlükdə mineral xammallar üzrə isə qiymətlər 12.5 dəfə artırıldı. OPEK ölkələri neftin qiymətini lazımi səviyyədə saxlamaq məqsədi ilə onun çıxarılması həcmi barədə kvota razılığına gəlmişlər.
Odur ki, bu ölkələrdə neft çıxarılması uzun müddət 70-ci illərin səviyyəsində saxlanılmışdır. Nəticə etibarı ilə qiymətlərin aşağı olması xammal ixrac edən ölkələrin iqtisadiyyatına zərər vurduğu kimi, yuxarı olması da onu idxal edən ölkələrin işini çətinləşdirdi. Odur ki, 70-ci illərdə yanacaq böhranı baş verdi. Bu isə faydalı qazıntılardan səmərəli istifadə edilməsi probleminə, mineral xammalların çıxarılması və istifadəsində ekstensiv metoddan intensiv metoda keçirilməsinə zərurət yaratmışdır. OPEK ölkələri vəziyyətin acınacaqlı olduğunu görüb hasilat və ixrac kvotasını artırdı.
Beləliklə də yanacaq böhranı nisbətən getdikcə yumşalmağa başladı. 1996-cı ildə neftin bir tonunun qiyməti 146 dollar, 1997-ci ildə 134 dollar, 1998-ci ildə 80 dollar oldu. OPEK-ə daxil olmayan ölkələrdən sayılan Norveç, Meksika, Oman və Misir hasilat kvotasını aşağı salmaqla neftin qiymətini yenidən artırmaq istəsələr də ciddi bir yüksəliş əldə edə bilmədilər.
1999-cu ilin I rübündə vəziyyət daha kritik həddə çatdı. Bir barrel neftin qiyməti artıq 10 dollar səviyyəsinə düşmüşdü. Bu vaxt OPEK işə qarışmalı oldu. Təcili olaraq OPEK ölkələri ilə bura daxil olmayan ölkələr arasında konfrans keçirildi. Konfrans zamanı qərara alındı ki, il ərzində neft hasilatı 100 mln. ton azaldılsın. Nigeriya və İndoneziya iqtisadi çətinliyi ön plana çəkərək neft hasilatını azaltmayacaqlarını bildirdilər. Lakin onların qərərı ümumi işə bir çətinlik yaratmadı. OPEK-in hasilatı azaldacağı barədə fikirlər Nyu-York və London fond birjalarında görünməmiş hərəkətliliyə səbəb oldu.
1999-cu ilin II rübündə neftin tonu 113 dollar oldu.
III rübdə 152 dollar, IV rübdə isə 177 dollara qədər qalxdı. 2000-ci ildə OPEK neft hasilatını 1999-cu il səviyyəsində saxlamaq qərarına gəldi. Bu açıqlama neft fyuçerslərinin mübadiləsi ilə məşğul olan firmaların, təşkilatların, broker və agentlərin öz fyuçerslərini bir az da saxlamağa məcbur etdi. Birjalarda fyuçerslər azaldığından neftin qiyməti son 10 illə müqayisədə psixoloji həddi keçdi. 2000-ci ilin I rübündə neftin bir tonunun qiyməti 195 dollara qədər qalxdı. Neft ixrac edən ölkələrin əzmkarlığı nəticəsində qiymətlər növbəti illərdə də 1.5-1.8% artdı.
Qiymətlərin qalxması neft idxal edən ölkələri razı salmırdı. ABŞ və Qərb ölkələri vəziyyətdən çıxış yolu axtarmağa başladılar. İraq neft yataqlarını təmirə bağladığından neft hasilatını azaltdı. Bu hadisə ABŞ və Qərb ölkələrini tamamilə özündən çıxardı. Neft idxal edən ölkələrin təzyiqi ilə BMT İraqa ərzaq və tibbi ləvazimat, ABŞ isə maliyyə yardımını dayandırdı. Əlacsız qalan İraq hökuməti yataqların bərpa işlərini dayandırdı.
2001-ci ildə dünya ölkələri üçün uğurlu il kimi başladı. Avropa ölkələrində ÜDM-lun artım tempi 2.1% artdı. İEÖ-də bu artım 4.5%, İEOÖ-də isə 2.5% oldu. İqtisadiyyat inkişaf etdikcə neftə olan tələbat artırdı. Neftə olan tələbat 2.4% və ya sutkada 80 mln. ton artdı. Neft ehtiyatları balansında da yüksəliş qeydə alındı. Avroa ölkələrində neft ehtiyatı 83 gün, Amerikada isə 52 gün oldu. Bu göstərici bu illər üçün çox əlverişli göstərici idi. Buna səbəb 2001-ci ildə OPEK-in neft hasilatını sutkada 1.452 mln.barrel artırılması oldu.
Meksika, Norveç və Oman neft məhsulları bazarında öz yerini qorumaq üçün öz hasilatların OPEK-ə nisbətən daha çox artırmağa başladılar. İraq ABŞ və BMT-nin təsiri ilə Qərb ölkələrindən neft barteri əvəzində 1.2 mlrd. dollarlıq neft texnologiyası əldə etdi.
Beləliklə də ixrac limitini artırmağa başladı. Meksika, Norveç, Oman və İraqın neft kvotasını artırması neftin bir tonunun qiymətini 20 dollara qədər aşağı saldı. Vəziyyətin belə olduğunu görən OPEK həm neft ixracını artıran ölkələrə, həm də ABŞ və Qərb ölkələrinə xəbərdarlıq etdi ki, əgər neftin bir tonunun qiyməti 22-28 dollar aşağı düşərsə OPEK ölkələri neft hasilatını görünməmiş səviyyədə azaldacaq. Bundan sonra ixracatçı ölkələr yenidən əvvəlki kvotaya qayıtdılar. Beləliklə də qiymətlər OPEK-in təsiri ilə tənzimləndi.
2008-ci ilin aprel ayında Venada OPEK-in üçüncü sammiti (birinci 1975-ci ildə Əlcəzairdə, ikinci 2000-ci ildə Venesuelada olub) keçirildi. Sammitin əsas mövzusu neft idxal edən ölkələrin OPEK ölkələrinə etdikləri təzyiq ilə bağlı idi.
Venesuelanın energetika naziri Rafael Ramires qeyd etdi ki, İİƏT-nın neft idxal edən ölkələri göstərilən təzyiqləri dərhal dayandırmalıdırlar. Əsas səbəb kimi idxalçı ölkələrin İraqa etdikləri təzyiq əsas gətirildi. Prezident onu da qeyd etdi ki, İraq təzyiqlər nəticəsində ixrac etdiyi neftin 20%-ni ABŞ-a, 60%-ni Avropa Birliyi ölkələrinə, 20%-ni isə Çinə satır. Bu açıqlamalardan sonra neftin qiyməti artmağa başladı. İyul ayının 11-də özünün ən yüksək həddinə - 147 dollar/barrelə çardı.
Tezliklə başlayan maliyyə böhranı neft məhsulları bazarına ciddi zərbə vurdu. Neft məhsulları bazarına ilk zərbə Nyu-York fond birjasından gəldi. Nymex indeksi 2.7% aşağı düşdü. Tezliklə Brent markalı neftin qiyməti 121 dollara endi. OPEK-in baş katibi Abdulla Əl-Bədri qeyd etdi ki, neftin ixracını 1.5-2 mln. barrel azaltdıqları haqqında məruzə verdi. Lakin bu tədbirlər də bir nəticə vermədi. Qiymət getdikcə daha da enməyə başladı. Əlcəzairin energetika naziri Şəkib Xəlil qeyd etdi ki, OPEK çalışacaq ki, neftin bir barrelinin qiyməti 70-90 dollardan aşağı düşməsin.
Neftin qiymətinin aşağı düşməsini sürətləndirən amillərdən biri də neft fyuçerslərinin qiymətinin aşağı düşməsi oldu. Belə ki, fyuçerslərin daha da aşağı düşməsindən çəkinən iri firmalar öz fyuçerslərini satmağa başladılar. Buna açıqlama gətirən Şəkib Xəlil qeyd etdi ki, qiymətlərin aşağı düşməsinə əsas maliyyə böhranıdır. Maliyyə böhranı nəticəsində firmaların müflisləşməsi emal sənayesində durğunluq yaratdı. Bununla da neftə tələb aşağı düşüb. Tələbat azdırsa, qiymətlər də aşağı düşməlidir.
İNG Bankın proqnozlarına görə neftin qiymətinin 70 dollardan aşağı düşməsi neft ixrac edən ölkələrdə büdcə kəsrinin yaranmasına səbəb ola bilər. Qeyd edilir ki, Venesuela və İran dövlət büdcələrini 55-65 dollar qiymətində hesabladıqlarından hal-hazırda onlar üçün büdcə kəsri gözlənilmir. Şərqin neft ölkələrində xüsusilə, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, Bəhreyn və Omanda ÜDM-un 25% aşağı düşməsi gözlənilir.
2009-cu ilin I rübündə neftin orta qiyməti bir barrelə görə 51.75 dollar olmuşdur. Neft ixrac edən ölkələrin çoxu artıq kəsrlə işləməyə başlayıb. Onların gəliri xərclərini ödəyə bilmir.
OPEK-in baş katibi Abdulla Əl-Bədri qeyd etmişdir ki, 2009-cu ildə neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq üçün lazım gələrsə, neft hasilatını daha 1 mln. ton azaltmağa hazırdırlar. Böyük Britaniyanın baş naziri Qorden Braun dünyanı maliyyə böhranı bürüyən bir vaxtda OPEK-in bu açıqlamasını cəfəngiyat adlandırmışdır.
OPEK təkcə neft hasilatı və tənzimləməsi ilə məşğul olmur. O həm də enerji bazarının gələcək inkişafını da tətqiq edir. Cədvəl 1-ə nəzər salaq.
Cədvəldən də göründüyü kimi nüvə enerjisinə tələbat gələcək illərdə azalacaq. Bu da nüvə enerjisi ilə bağlı mənfi halların artması ilə izah olunur. Ekoloji cəhətdən istehsalın təhlükəli olması, emal prosesinin baha başa gəlməsi bu işi ləngidən hallardandır.
Nüvə enerjisinə nisbətən qaza olan tələbatın artacağı gözlənilir. Qaz istehsalının bol olması bu sahənin əhəmiyyətini daha da artırır. Gələcəkdə qaz hasilatının 2-3 dəfə artması da proqnozlaşdırılır. Buna əsas səbələrdən biri də Əlcəzairdə nəhəng qaz yataqlarının kəşf olunmasıdır. Bundan başqa Qərbi Sibirdə, Özbəkistanda, Türkmənistanda, İranda və Şimal dənizində yeni qaz yatqlarının olması güman edilir. Son 10-15 ildə qaza olan tələbat 22% artıb.
Enerji daşıyıcısının növü
|
1996-cı il
|
2015-ci il
|
B.Y.V.
|
%
|
B.Y.V.
|
%
|
Ümumi
|
385
|
100
|
554
|
100
|
Təbii qaz
|
77
|
21.5
|
147
|
26.1
|
Neft
|
140
|
39.1
|
208
|
26.9
|
Kömür
|
90
|
25.2
|
131
|
23.2
|
Nüvə enerjisi
|
22
|
6.1
|
21
|
3.7
|
Bərpa oluna bilən enerji ehtiyatları
|
29
|
8.1
|
57
|
10.1
|
Dostları ilə paylaş: |