Opek-in yaranma səbəbləri və onun tarixi inkişafı


Cədvəl 6.OPEK ölkələrinin xam neft istehsalı(min barrel



Yüklə 359,23 Kb.
səhifə5/6
tarix20.01.2017
ölçüsü359,23 Kb.
#817
1   2   3   4   5   6

Cədvəl 6.OPEK ölkələrinin xam neft istehsalı(min barrel/gün )

II Fəsil. OPEK-in idarə edilməsi və Azərbaycanın OPEK-lə qarşılıqlı əlaqələri

2.1 OPEK-in təşkilati strukturu və qərarların qəbulu mexanizmi

OPEK-in nizamnaməsi 1961-ci il 10-14 sentyabrda Karakasda keçirilən OPEK-in ikinci konfransında qəbul edilmişdir. Nizamnamədə OPEK-in yaranma məqsədi , təşkilata üzvlük , onun idarə edilməsi , maliyyə və əlavə şərtlərin şərhinə yer verilib .

Təşkilatın məqsədi neft istehsal edən ölkələrin neft siyasətinin əlaqələndirilməsi,unifikasiyası ,dünya neft bazarında neftin qiymətinin stabilliyinin təmin edilməsidir.

Üzvlük:

Təşkilata üzv olan ölkələr 3 qrupa ayrılır.

1)Bani üzv ölkələr (Səudiyyə Ərəbistanı ,İran , İraq , Venesuela ) .

2)Tam üzv ölkələr –OPEK-ə tam hüquqlu üzv olaraq qəbul edilən ölkələr.

3)Birləşmiş üzvlər-OPEK-in konfranslarında İdarə başçıları şurasında məsləhətçi kimi iştirak edən ölkələrdir.Birləşmiş üzvlər üçün OPEK-in qərarları heç bir məcburiyyət daşımır. Onlar tam hüquqlu üzv kimi katibliyin bütün ümumi vasitələrindən istifadə edə bilər.

Xam neft ixrac edən istənilən ölkə OPEK-ə üzv qəbul edilə bilər .Bunun üçün həmin ölkənin əvvəlcə təşkilata müraciətinə baxılır və konfransda səsverməyə çıxarılır.Bani üzvlərin səsləri də daxil olmaqla qərar ¾ səs çoxluğu ilə qəbul edilməlidir.

Təşkilatın nizamnaməsinə görə üzvlükdən şıxmaq istəyən ölkə əvvəlcə konfransda təşkilatdan çıxmaq haqqında bildiriş göndərməlidir.Bu bildiriş konfrans tərəfindən qəbul edildikdən sonra , növbəti təqvim ilində bildiriş göndərən ölkə təşkilatdan xaric edilir.

Növbəti təqvim ilinə qədər ölkə üzvlükdən irəli gələn bütün öhdəçilikləri yerinə yetirməlidir.Təşkilatda üzvlüyü dayandırılan istənilən ölkənin təşkilata yenidən üzv olması mümkündür.Bunun üçün təşkilata üzv olmaqla bağlı irəli gələn bütün prosedur qaydaları yerinə yetirməlidir.

Təşkilatın strukturu :Hər bir təşkilat kimi OPEK-in də idarəetmə strukturu ierarxik formada təşkil edilmişdir.

Konfrans təşkilatın ən ali orqanı hesab edilir. Konfrans üzv ölkələrinin təmsilçilərindən ibarət olur.Təmsilçi bir və ya daha çox ola bilər .Həmçinin təmsilçi kimi nümayəndələr müşahidəçi və məsləhətverici üzvləri də ola bilər.

Əgər təmsilçilərin sayı 1-dən çox olsa ,təyinatçı ölkə onların arasından birini nümayəndə heyətinin sədri seçməlidir.Hər bir üzv ölkə bütün konfranslarda öz nümayəndəsi ilə təmsil olunmalıdır.Üzvlərin ¾-ü iştirak etdikdə Konfrans baş tutmuş hesab edilir.

Hər bir tam üzv ölkənin Konfransda bir səsvermə hüququ var.Konfransda qərarlar prosedur qaydalar istisna olmaqla ,bütün üzv ölkələrin tam razılığı əsasında qəbul edilir.

Konfransın qərarları ya ümumi toplantıların yekunundan 30 gün sonra ,ya da üzv ölkələrin qəbul olunmuş qərara tam hazır olduqlarını Baş katibliyə bildirişindən sonra qüvvəyə minir.Tam üzv ölkə konfransda iştirak etmədikdə Katiblik 10 gün ərzində həmin ölkəni qəbul edilmiş qərarla tanış etməlidir.Konfransda təşkilata üzv olmayan ölkə müşahidəçi qismində iştirak edə bilər.Təbii ki , buna konfransın xüsusi icazəsi lazımdır.

Konfrans hər il ildə iki dəfə təyin olunmuş şəkildə həyata keçirilir.Konfransın növbədənkənar iclası isə hər hansı bir ölkənin tələbi əsasında təşkilat prezidenti ilə məsləhətləşmədən sonra Baş Katiblik tərəfindən təşkil olunur.

Konfrans adəti üzrə təşkilatın qərargah ofisində təşkil edilməlidir.Lakin , təcrübədən görünür ki , Konfrans hər hansı bir üzv ölkə yaxud başqa bir münasib yerdə də keçirilə bilər.

Konfrans ilkin toplantıda təşkilata rəhbərlik üçün bir prezident və bir vitse-prezident seçməlidir. Vitse-prezident təşkilat prezidentinin iştirak edə bilmədiyi vaxtda onun məsuliyyətinin daşıyıcısıdır.Baş Katib konfrans katibi kimi də fəaliyyət göstərir.Konfrans aşağıdakı öhdəlikləri daşıyır:

1)Təşkilatın ümumi fəaliyyət siyasətini təyin edir.

2)Təşkilata yeni üzvlərin daxil olmasına nəzarət edir .

3)İdarəetmə Şurasının hazırladığı hesabatları təsdiqləyir.

4) İdarəetmə Şurasını təşkilatın maraq və nüfuzuyla bağlı məsləhət və təkliflər hazırlamağa istiqamətləndirir.

5) İdarəetmə Şurası tərəfindən təqdim edilmiş məsləhət və təklifləri təşkilatın fəaliyyəti sahəsində müzakirə edərək qəbul edir.

6) İdarəetmə Şurası tərəfindən təqdim edilmiş büdcə planı təşkilatın fəaliyyəti sahəsində qəbul edilir.

7) İdarəetmə Şurasıtərəfindən təqdim edilmiş auditor rəyi və hesablar haqqında məlumatı təsdiq edir.

8)Hər hansı bir üzv ölkə ilə bağlı ,yaxud müəyyən məqsədlə əlaqədar Konsultativ görüş təşkil edir.

9)Təşkilat nizamnaməsinə dəyişiklik edir .

10) İdarəetmə Şurasının sədrini və onun muavinini təyin edir.

11)Katibi təyin edir.

12)Bir illiyinə təşkilatın auditorunu təyin edir.

İdarəetmə Şurası üzv ölkələrin təyin etdiyi nümayəndələrdən ibarət olub Konfrans tərəfindən təsdiq edilir.Təşkilatın hər bir üzvu İdarəetmə Şurasının toplantılarında iştirak etməlidir.Beləki, bu yığıncaqlar üzvlərin 2/3-nin iştirakı ilə baş tutmuş hesab olunur.

Hər hansı bir səbə üzundən nümayəndə iştirak etmədikdə öz yerinə vəkil təyin edə bilər. Hər bir nümayəndənin 1 səs hüququ var.Bu səs hüququ İdarəetmə Şurasının qərarlarının verilməsində irəli sürülür. İdarəetmə Şurasının hər nümayəndəsi illik təyin olunur. İdarəetmə Şurası hər il ən azı iki dəfə toplanır.Toplantı vaxtları şura sədri ilə katibin məsləhətləşməsi əsasında uyğun vaxt intervalı ilə təyin olunur. İdarəetmə Şurasının növbədənkənar iclası ya şura sədrinin , ya katibin , ya da üzvlərin 2/3-nin tələbi əsasında həyata keçirilə bilər.

İdarəetmə Şurası da Konfrans kimi ya mənzil qərargahda , ya da başqa uyğun yerdə təşkil olunur.

İdarəetmə Şurasının məsuliyyətinə bunlar daxuildir :

1)Təşkilat işlərinin idarəedilməsini istiqamətləndirir və konfrans qərarlarının həyata keçirilməsini təmin edir.

2)Ümumi katib tərəfindən tərtib olunmuş məlumatları qəbul edir.

3)Təşkilatın işi ilə əlaqədar təklif və məsləhətlərini Konfransa təqdim edir .

4)Konfransın təsdiqi üçün hər təqvim ilində təşkilatın büdcəsini hazırlayıb təqdim edir.

5)Bir illiyinə təşkilatın auditorluğunun namizədliyini təyin edir.

6)Auditor rəyi və hesablar haqqında məlumatı nəzərdən keçirib Konfransda təsdiq üçün təqdim edir .

7)İnzibati bölmələr və departamentlər tərəfindən hazırlanmış tapşırıqları təsdiq edir.

8)Konfrans üçün növbədənkənar iclası təşkil edir.

9)Konfransın fəaliyyət tarixini hazırlayır.

İdarəetmə Şurasının sədri bir illiyinə seçilir. İdarəetmə Şurasının sədri bu öhdəlikləri daşıyır.

İdarəetmə Şurasının iclaslarına rəhbərlik edir.

İdarəetmə Şurasının iclaslarını hazırlamaq üçün qərargahda iştirak etməlidi

Konfrans və Məsləhət xarakterli iclaslarda İdarəetmə Şurası təmsil etmək.

Əgər İdarəetmə Şurasında hər hansı ölkənin nümayəndəsi təşkilat maraqlarına ziyan vurarsa üzv ölkələrin əksər hissəsi Şuranin sədrinə bunu rəsmi şəkildə çatdirmalıdı.

Belə olduqda sədr tez bir zamanda sözügedən ölkə ilə əlaqə saxlayaraq nümayəndəsinin dəyişməsini təşkil etməlidir.Təyin olunmuş yeni nümayəndə Konfransın növbəti iclasında təsdiq olunur.

Katiblik İdarəetmə Şurasının nəzarəti altında təşkilatın idarəetmə funksiyasını yerinə yetirir.Katiblik baş katib və işçi qrupundan ibarət olur.Katib təşkilatın rəsmi təmsilçisi hesab olunur .

Baş Katib Katibliyin rəhbəri vəzifəsini daşıyır və İdarəetmə Şurasının istiqaməti əsasında təşkilatın işlərini həyata keçirir.Baş Katib konfrans tərəfindən 3 illiyə təyin olunur. Baş katib üçün namizədlərdən tələb olunur:

a) 35 yaşdan yuxarı olmaq

b) Hüquq ,iqtisadiyyat , mühəndislik ,biznes idarəçiliyi sahəsində universitet məzunu olmaq.

c) 15 il iş təcrübəsi , bunun ən azı 10 ili energetika sənayesi ilə 5 ili isə idarəetmə vəzifəsində keçmiş olsun .

Baş katib üzv ölkələrdən birinin vətəndaşı olmalıdır.onun öhdəliklərinə aşağıdakılar daxildir:

1) Təşkilatın işini təşkil və icra etmək

2) Digər departamentlərin vəzifə və funksiyalarını yerinə yetirməyi təmin etmək

3) İdarəetmə Şurasının iclaslarında müəyyən qərarların verilməsi üçün məlumatları hazırlamaq

4)Həm konfrans qərarlarının yerinə yetirilməsi vəziyyəti , həm də katibliyin fəaliyyəti barədə İdarəetmə Şurasını mütəmadi məlumatlandırır.

Bölmə direktorları və Departament sədrləri Baş katib tərəfindən təyin olunaraq İdarəetmə Şurası təsdiqləyir.Katiblik ozu də işlərin icrası funksiyasına görə bir neçə bölmə və departamentə ayrılır.

Beləki ,onun daxilinə Tədqiqat mərkəzi ,İnsan resursları departamenti, İctimaiyyətlə əlaqədar və informasiya departamenti ,Katiblik qərargahı ,daxili audit ,hüquq departamenti ,İqtissadi komissiya ,nazirlər departamenti fəaliyyət göstərir.

Tədqiqatlar mərkəzi bunlardan məsuliyyət daşıyır:

1)Təşkilatın tələblərinə uyğun araşdırmalar aparmaq .

2)Enerji və neft-kimya sənayesində inkişaf müşahidə etmək və analiz etmək

3)Neft sənayesində mühüm əhəmiyyət kəsb edən iqtisadi və maliyyə vəziyyətini analiz etmək

4)Katiblik və üzv ölkələri maraqlandıran məlumatlarla təmin etmək

İqtisadi Komissiya Katiblik daxilində fəaliyyət göstərən ixtisaslaşmış struktur bölmədir və dünya neft bazarında ədalətli qiymət şəraitində stabilliyin qorunub saxlanılmasında təşkilata kömık edir.

Komissiyanın əsas məqsədi dünya neft bazarında qiymət dəyişikliklərini izləmək ,Nazirlər Konfransını neft qiymətlərinin dinamikası ilə tanış etmək və neftin dünyanın bir nömrəli enerji mənbəyi olaraq qalmasına çalışmaqdır.

İqtisadi Komissiya- Komissiya Şurası ,Milli nümayəndələr , Komissiyanın qərargahı və Komissiyanın kordinatorundan ibarətdir. Komissiyanın koordinatoru həmçinin tədqiqat mərkəzinə rəhbərlik edir.

2.2 OPEK-in tətbiq etdiyi qiymət siyasəti

Dünya neft bazarında qiymətlərin bir sıra növü vardır:

-OPEK üzvü olan ölkələrin hökümətləri tərəfindən müəyyən edilən rəsmi satış qiymətləri

-OPEK-ə daxil olmayan ixracatçıların rəsmi satış qiymətləri .Bu qiymətlər həmin ölkələr tərəfindən OPEK-in qiymət səviyyəsindən , bazarın vəziyyətindən ,hasilat xərclərindən və s. asılı olaraq müəyyən olunur.

-Müxtəlif düsturlara görə hesablanan qiymətlər , o cümlədən “net-bek” qiymətləri

-Azad bazarda fəaliyyət göstərən və tələb-təklif nisbətinin təsiri altında formalaşan birdəfəlik sövdələşmə qiymətləri

-Birja sövdələşmə qiymətləri:Bu qiymətlər neft birjalarında birdəfəlik sövdələşmə qiymətləri , bazarın inkişaf proqnozu ,alver əməkiyyatları kimi amillər nəzərə alınmaqla müəyyən edilir.Bu da qısamüddətli dövrdə bazar vəziyyətinin indiqatoru sayılır.

-Neft məhsullarının növbəti reallaşması ilə birlikdə idxal ölkələrində neft emalına kontraktların qiymətləri

-Əmtəə mübadiləsi razılaşmalarının qiymətləri

Sadalanan qiymət növlərinin ilk üçü müntəzəm kontraktlarda istifadə olunur.

1979-cu ilə qədər neft əsasən orta və uzun müddətli kontraktlara görə reallaşdırılırdı.Birdəfəlik sövdələşmələrə görə reallaşdırılam əmtəələrin həcmi həmin əmtəələrin ümumi ticarət həcminin 2-5%-ni təşkil edirdi.Birdəfəlik sövdələşmə qiymətləri OPEK-in rəsmi qiymətlərinə bütövlükdə yaxın olmaqla bir qədər onları ötüb keçirdi.1979-cu ildən başlayaraq birdəfəlik razılaşma qiymətləri neft bazarında qiymətlərin əmələ gəlməsində həlledici rol oynamağa başladı.

Onlar hasilatın səviyyəsinin tənzimlənməsiüzrə ixracatçı ölkələr tərəfindən qəbul edilən qərarlar ,habelə alver və digər amillərlə müəyyən olunurdu.Proqnozlaşdırılmayan siyasi amillər xüsusilə praktiki əhəmiyyət kəsb edir.Bazarda neft çatışmadıqda birdəfəlik sövdələşmə qiymətləri artır və neft idxal edən ölkələr birdəfəlik sövdələşmələr üzrə satışı genişləndirməklə özlərini müntəzəm kontraktlardan uzaqlaşdırmağı üstün tuturlar.Əksinə ,bazarda neft arıqlığı yarandıqda birdəfəkil sövdələşmə qiymətləri aşağı götürülür və bu zaman alıcılar müntəzəm kontraktlar baglamağı üstünlük verirlər.

1981-ci ildən etibarən neft bazarında təklifin tələbi ötub keçməsi müşahidə olunan hallarda alıcılar ,xüsusilə də 1984-cü ildən müddətli kontraktlar üzrə təsbit olunmuş qiymətlərdə alqını azaltmaqla birdəfəlik sövdələşmə bazarından geniş istifadə etməyə başladılar .Bunun nəticəsində neftlə ticarətin ümumi həcmində birdəfəlik sövdələşmələrin payı 1980-ci ildə 5%-dən 1994-cü ildə 30%-ə qədər artmışdır.

Bazarda meydana çıxan neft artıqlığı ixracatçıları qiymətlərin müəyyən edilməsi üçün müxtəlif düsturlardan istifadə etməyə sövq etdi .Qiymətləri “net-bek” də daxil olmaqla düstur əsasında müəyyən edilən kontraktlar 1985-ci ildən sonra daha geniş yayılmağa başladı .Əvvəlcə Səudiyyə Ərəbistanı ,sonra isə digər aparıcı ixracatçı ölkələr rəsmi satış qiymətlərindən imtina etdilər və onları dünyanin iri ticarət mərkəzlərində neft məhsullarının qiymətlərindən asılı olaraq tərəddüd edən qiymətlərlə əvəz etdilər .Həmin qiymətlər üzrə müntəzəm kontraktlar bağlanırdı.Bu kontraktlar hec olmasa bir qədər müddətdə neft emalı şirkətlərinə zəmanətli mənfəəti ,neft ixrac edənlərə isə etibarlı satış təmin edirdi .

“Net-bek” qiymətləri ilə neftin satışı OPEK üzvü olan ölkələr üçün daha üstün tutulurdu . OPEK-dən kənarda isə birdəfəlik sövdələşmə qiymətləri üzrə ,habelə bazar konyukturu nəzərə alınmaqla müəyyən edilən rəsmi və sorğu qiymətləri üzrə satış hakim idi.”Net-bek” qiymətlərindən və digər düsturlar üzrə hesablanan qiymətlərdən istifadə OPEK üzvü olan ölkələrə qiymətlərə təzyiq göstərməklə ixracı genişləndirməyə imkan verirdi.

1981-ci ildən başlayaraq neftin əmtəə mübadiləsi razılaşmaları ilə satışı daha geniş vüsət aldı.Bu razılaşmalar özünün xeyli rəngarəngliyi ilə səciyyələnirdi.Özündə müəyyən əmtəə miqdarının əvəzinə bütün neft miqdarının ixrac olunmasını nəzərdə tutan xalis barter sövdələşmələrindən başqa idxal olunan əmtəələrin bir hissəsini neft göndərməklə ,qalan hissəsini isə pul formasında və kompensasiya razılaşmaları ilə ödənilməklə həyata keçirən kontraktları birləşdirir.

İlk baxışda OPEK neft qiymətlərinin formalaşmasında çox məhdud rol oynayır. OPEK ölkələri digər neft ixracatşıları kimi spot bazarında istədikləri qiymət çərçivəsində resurslarını satmağa çalışır.Lakin bu fakt OPEK-in dünya bazarında neft qiymətlərinin formalaşmasındakı rolunu tam əhatə etmir. Təşkilat və onun dominant üzvü olan Səudiyyə Ərəbistanı istehsal kvotalarının həcmini artırıb –azaldaraq neft qiymətlərinə təsir edir.

OPEK bazarda təklif razılığını qorumaq şərti ilə istehsal kvotalarını formalaşdırır.Neftin qiyməti OPEK-in bazar prinsipləri çərçivəsində bu hesablaşmaları necə apardığından dalğalanır .Opek istehsal kvotalarını tətbiq etməklə qiymətlərdə istədiyi səviyyəni əldə etməyə can atır.Tələb-təklif çərçivəsində neft qiymətləri OPEK və OPEK üzvü olmayan ölkələrin bazar mühitinə təqdim etdiyi neftin həcmindən asılıdır.

Əgər bazarda təklifin həcmini və digər qiymətlərə təsir edəcək faktorları OPEK təxmin edə bilməsə təşkilat yalniz hədəfinə qoyduğu qiymət səviyyəsinin ən yaxın göstəricisinə çatmağa çalışır.

Çox fərqli bir yanaşma tərzi olan Beynəlxalq enerji agentliyinin mütəxəssisi J.Smit OPEK-in bürokratik təbiəti haqqında belə fikirdədir: “OPEK bürokratik-dominant karteldir , hansiki ,üzvləri arasında eyni bir məhsulla bağlı korporativ halda vahid bir qiymət ətrafında fikir birliyi yaradır və onu reallaşdırır.”

Hal-hazırda əlavə gəlir əldə etmək üçün arzulanan qiymət səviyyəsinə nail olmağın çətinlikləri yaşanır. Çünki uzunmüddətli dövrdə bazar subyektlərinin davranışlarını proqnozlaşdırmaq tam nəticə vermir .

OPEK-in qiymətlərə təsiretmə imkanı yalnız uzunmüddətli dövrdə bazar iştirakçılarının fəaliyyətindən asılıdır.Prinsipcə kvota qərarları OPEK-in bazarda istədiyi qiymət səviyyəsi barədə siqnalı ifadə edir .Bunu vurğulamaq çox mühümdür ki, bazar mühiti OPEK-in bu siqnalına necə cavab verəcək .Təbbi ki ,yalnız bu halda bazar uğurlu ola bilər.Xüsusilə ,bu siqnal o vaxt effektli olur ki ,bazar həqiqətən OPEK-in bazara göndərdiyi informasiyaların etibarlı olduğuna inansın .

Baxmayaraq ki , OPEK qiymətlərin saxlanilmasında çoxlu uğurlar əldə edib , bəzi hallarda o heç də bu uğurunun davamlılığını qoruya bilməmişdir.Əgər qlobal səviyyədə neftə olan tələbat azalarsa qeyri-OPEK ölkələri maksimum səviyyədə neft ixrac edə bilərlər .Lakin OPEK üzvləri istənilən qiymət səviyyəsini saxlamaq üçün istehsalı azaltmaq məcburiyyətində qalırlar . Bəzi hallarda bazarda gücün tarazsızlığı və digər səbəblər üzündən OPEK istehsalı azaltmağı üzvlərə diktə edə bilmir .

Bəzi hallarda isə üzvlərin fərqli maraqları üzündən baş verir .Təşkilat müəyyən qərarlar qəbul etsə də ,bir sıra üzvlər intensiv şəkildə onu pozmağa çalışırlar. Çünki təşkilatın monitorinq mexanizmi o qədər güclü deyilki ,yaranmış qanun pozuntularını aşkara çıxarsın .Həmçinin təşkilat bu üzvləri cəzalandırmaq və qoyulmuş kvotaya uyğun davranmağı təşkil etmək iqtidarında deyil .OPEK-in tələb etdiyi istehsal azalmaları çox vaxt balaca ölkələrə ciddi mənada problemlər yaradır.

Bəzi hallarda bazar subyektləri bu halları nəzərə alıb OPEK-in istehsalı tənzimləmə əməliyyatına şübhə ilə baxaraq mövcud informasiyanın etibarlılığını tam hesab etmirlər.Bu hallarda doğrudur ki , üzv ölkələr arasında mövcud olan böyuk səviyyə fərqi və siyasi qarşıdurma koordinasiya cəhdlərinin uğurunu aşağı salsın .

Həmçinin istehsal və yatırımın azaldılması barədə məlumatların çatdırılmasında çətinliklər bazarda bu siqnalın effektliyini azaldan səbəblərdən biridir.

Dünya bazarında qlobal tələbin artması OPEK-in qiymətqoyma gücünə başqa tərəfdən də təsir edir.1990-cı ildən etibarən ildən –ilə artan qlobal tələb OPEL üzvü olmayan ölkələrin istehsalının dinamik artımına səbəb olmuşdur (xüsusilə 2000-2002-ci ilərdə Rusiya istehsalının xüsusi artımı )

Faktdır ki , 1990-2007-ci illər ərzində neftə qlobal tələb gündəlik təxminən 20 milyon barrel artdığı halda ,qeyri-OPEK ölkələrin bazarda təklifinin həcmi gündə 8 milyon barrel artmışdır.

Beləki , bazardaki neft tələbi ilə qeyri-OPEK ölkələrinin təklif artımının fərqini bağlamaq OPEK-in öhdəliyinə düşür.1990-2004-cü illər ərzində təşkilat əlavə olaraq təklifin həcmində gündəlik 10 milyon barrel artım həyata keçirərək istehsalı 2004-cü ildə 33 milyon barrel/gün ,2077-ci ildə isə 32 milyon barrel/gün təyin etmişdir.

OPEK üzvlərinin əksəriyyəti tam istehsal prosesi fəaliyyət göstərdikdə OPEK-in qiymətlər üzərində heç bir təsiri olmur.Beləliklə , dolayı olarq Səudiyyə Ərəbistanı qiymətqoyma funksiyasını itirir.

Əgər bazarda qiymətlər OPEK-in hədəfindən aşağıdırsa qısa müddət ərzində istehsalı azaltmaq siyasəti həyata keçiriləcəkdir .Əgər qiymətlər yuxarıdırsa ,proses tamamilə tərsinə çevriləcək ,OPEK istehsalın artımını həyata keçirəcək .OPEK qiymətqoyma mexanizmi onun hədəf təyin etdiyi “qiymət-dəhlizinin” əldə edilməsinə xidmət edir .

Beynəlxalq enerji agentliyinin mütəxəssisi S.Horn bu prosesi şərh edərkən OPEK-in tam bir monopolist davranışından bəhs edir .O hesab edir ki , bazarda aşağı qiymət yalnız OPEK –in istehsalı artımından sonra baş verir .OPEK ölkələrin sahib olduqları hidrokarbogen resursların həcmi və bu ehtiyatların istehsalına yönəlmiş külli miqdarda kapital əldə ediləcək istehsalın həcminin böyüklüyünü təsəvvür etməyə imkan verir.

Ümumiyyətlə OPEK-in istehsal həcmi ilə kvotaların həcmi bir-birinə uyğun gəlməsə də bunlar arasında qarşılıqlı asılılıq var .Bunu xüsusilə qeyd etmək lazımdır ki ,OPEK kvotaları bazar qiymətlərini təyin etsə də , elə məhz onun özünü bazar qiymətləri təyin edir .Yəni bazardakı qiymətlərin dinamikası təhlil edilir və buna uyğun kvota müəyyə olunur .

Dünya neft bazarında mövcud olan qiymətlər təbii ki , tələb və təklifin qarşılıqlı asılılığı əsasında yaranır .Bu qiymətlərə daha əvvəl də qeyd olunduğu kimi müxtəlif amillər təsir göstərir .Nəzərə alsaq ki , dünya neft bazarında payına görə OPEK böyük göstəriciyə malikdir (40%-dən çox ) , elə məhz qiymətlərin formalaşmasında da onun rolu böyükdür. OPEK-in dünya neft bazarına çıxardığı “neft-səbəbini” tərkibi Cədvəl 7-də aydın verilib.Burada həmçinin qiymət dinamikası da verilib.



Markanın adı

Aprel 2013

May 2013

Fərq

2012

2013

Arab Light

101.97

101.06

-0.91

116.23

106.85

Basrah Light

98.22

98.23

0.01

114.02

103.54

Bonny Light

105.17

105.83

0.66

119.66

110.95

Es Sider

102.22

102.63

0.41

117.84

108.31

Girassol

103.84

103.69

-0.15

118.38

108.90

Iran Heavy

99.71

99.72

0.01

115.01

104.94

Kuwait Expor

100.07

99.82

-0.25

115.14

104.85

Marine

101.55

100.22

-1.33

115.04

105.03

Merey

93.84

94.02

0.18

107.43

96.92

Murban

104.46

102.83

-1.63

117.71

107.84

Oriente

95.56

96.40

0.84

110.08

99.40

Saharan Blend

102.97

102.83

-0.14

117.71

108.97

Digər markalar

Brent

102.17

102.53

0.36

117.02

108.27

Dubai

101.68

100.30

-1.38

114.62

105.18

İsthmus

105.48

105.48

0.00

113.55

107.99

Mars

100.37

99.39

-0.98

113.32

105.20

Minas

101.25

99.11

-2.14

126.11

108.98

Urals

102.06

102.52

0.46

115.47

107.38

WTI

91.97

94.60

2.63

101.25

93.90

Fərqlər

WTI/Brent

-10.20

-7.93

2.27

-15.76

-14.37

Brent/Dubai

0.49

2.23

1.74

2.40

3.09

Qeyd: Arab Light və Basrah Light kimi digər Səudiyyə Ərəbistan xam nefti ilkin olaraq Amerikan Xam Neft Bazarına(ACM) əsaslanır.

Mənbə: Platt-nin, birbaşa Rabitə və Katibliyin qiymətləndirilməsi.



Yüklə 359,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin