Meyl (Bias) – Dil, din, etnik mənsubiyyət, cins, yaş və s. kimi amillərə əsasən bir qrupun
digərindən üstün tutulması meyli.
Məcburi razılıq (Acquiescence) – Şəxsin dixotik testlərdəki düzgün fikirlərlə “razılaşmaq”
(doğru-səhv fikirlərin müəyyən edilməsi), qiymət şkalasında orta göstəriciləri seçmək qabiliyyəti.
Qeyd etmək lazımdır ki, məcburi razılıq vəziyyətində olduğu kimi, insanın şəxsiyyəti testlə qarşılıqlı
münasibətdə olaraq “cavab üslubunu” (tamamilə ölçülən bacarığın səviyyəsindən asılı olan silsilə
cavabları deyil) təqdim edirsə, testin “etibarlılığı” aşağı düşür.
Məcburi seçim qiyməti (Forced-Choice Assessment) – Tapşırığa, yaxud suala verilən cavab və
ya təlimatların cavab üçün açar rolunu oynayan sözün qarşısında yerləşdirildiyi test. Burada qiymətin
verilməsi üçün fikir yürüdülməsi tələb edilmir, çünki tapşırığın ancaq bir düzgün cavabı olur.
Məcburi seçim imkanına malik cavab/qısa cavab qiymətləndirilməsinə misal olaraq çoxlu seçim
imkanı olan, özündə düzgün/səhv cavabı birləşdirən, bəzi sözlərin əvəzinə boşluqların göstərildiyi və
cütlüklərlə yerinə yetirilən tapşırıqları qeyd etmək olar. (bax: Obyektiv Test).
Mədəni məhrumiyyət (Cultural deprivation) - Ailə, etnik, sosial mənsubiyyət, ətraf mühit və s.
amillərdən irəli gələn məhdudiyyətlərə görə məktəb mədəniyyətini mənimsəmək imkanından
məhrumluq.
Məharət testi (Mastery Test) - Müəyyən bir sahə üzrə əldə edilmiş məharətin səviyyəsini
müəyyənləşdirən test. Belə bir test xüsusilə konkret sahə üzrə ilkin bacarıqların hansı şəkildə
mənimsənildiyini öyrənmək üçün faydalı hesab edilir.
Məktəb (School) – Sosial təsisat, cəmiyyət, şəxsiyyət və dövlətin təhsilə olan tələbatını ödəmək
üçün qurulmuş ictimai-dövlət sistemi.
Məktəbdənkənar test (External test) – Şagirdlərin (tələbələrin) hazırlığı üçün məktəbdənkənar
qaydada hazırlanan, nəzarət edilən və tətbiq olunan test.