Orijinal adı: «Education Glossary»


Məktəb effektivliyi (School effectiveness



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə46/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   42   43   44   45   46   47   48   49   ...   92
KİTAB Təhsil lüğəti

Məktəb effektivliyi (School effectiveness) - Qoyulmuş məqsədə çatmaq üçün mümkün olan 
tədris məqsədlərinin həyata keçirilmə dərəcəsi. Ən effektiv məktəblərin səciyyəvi xüsusiyyətləri 
idarəetmə və liderlik, məktəb siyasəti, ev tapşırıqlarına münasibət, məktəbin əxlaqi ideyaları, 
davamiyyət və bu kimi cəhətlərdir.
 
Məktəb-icma əlaqələri (School community links) - İcmanın həyat tərzini inkişaf etdirmək, ona 
öyrənməyə mane olan sosial problemləri aradan qaldırmaq məqsədilə ailə, icma lideri, müəllim və 
müvafiq xidmət mütəxəssisləri ilə məktəb arasında əlaqələrin təmin olunmasına yönəlmiş cəhdlər.
 
Məktəb əsaslı idarəetmə (School-based management) - Məktəb islahatına dair qərar qəbul 
etməyə məktəb səviyyəsində daha çox əhəmiyyət verən meyl, istiqamət. Əvvəllər məktəb siyasəti 
dövlət və bölgələr səviyyəsində qurulurdusa, müasir dövrdə bu termin hər məktəbin öz müstəqil, 
fərdi qərar və siyasətini qəbul etməsi kimi başa düşülür. 
 
Məktəb əsaslı kurikulumun inkişafı (School-based curriculum development) – Kurikulumun 
məktəb səviyyəsində hazırlanması və inkişafı prosesi. Bu prosesin həyata keçirilməsi məktəb və 
müəllimlərə verilən sərbəstliyin dərəcəsindən asılıdır. Kurikulum tapşırıqlarının həddi və tempinin 
tənzimlənməsi, şagirdlərlə intensiv əlaqələrin təmin olunması, ətraf mühit və mədəniyyətdən 
kurrikulum resursu kimi istifadə məqsədilə sərbəstliyin yaradılmasına ehtiyac vardır.
Məktəb İnkişafı Planı (School Development Plan) - Məktəbin kurikulum, təşkilat, heyət və 
resurs ehtiyaclarını təkmilləşdirməyi aydınlaşdıran proses və plan. Bu təkmilləşmələri həyata keçir-
mək üçün müvafiq fəaliyyətin təmin edilməsi mühümdür. Belə fəaliyyət məktəb direktorunun 
müəllimlər, hökümət üzvləri, icma daxilindəki məsləhətçilər və b. ilə əməkdaşlığı mühitində daha 
yaxşı nəticə verir.


- 30 - 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin