Paralel yoxlama (Double Marking) - Esse və yazılı tapşırıqların iki nəfərdən ibarət müstəqil
ekspert qrupu tərəfindən yoxlanılması. Qiymətlərdəki fərq o qədər də böyük olmayanda, adətən,
qiymətləndirmə orta qiymətin çıxarılması ilə, fərq böyük olduqda isə, münsif qismində ekspertin
dəvət edilməsi ilə həyata keçirilir.
Pedaqogika (Pedagogy) – 1. Tərbiyənin konkret tarixi qanunlarını, cəmiyyətin bu qanunlarla
bağlılığını, cəmiyyətin mövcud təlim-tədris qaydalarını öyrənən elm;
2. təlim, təhsil və tərbiyənin əsaslarını öyrənən nəzəri və tətbiqi elmlərin toplusu;
3. ali təhsil müəssisələrində tədris edilən fənn.
Pedaqoji institutun məzunu olan müəllim (Graduate teacher)– Məktəbəqədər tərbiyə
müəssisələri,ibtidai, yaxud orta məktəblər üçün hazırlanmış mütəxəssis müəllim.
Pedaqoji kadrların ixtisasartırma təlimi (In-service teacher training) - İşdən ayrılmamaq
şərtilə, müəllimlərə ixtisaslarını təkmilləşdirmək, təhsil sahəsindəki yeniliklərlə tanış olmaq və
peşəkar inkişaf imkanları yaratmaq məqsədi daşıyan xüsusi təlim kursları və proqramları
Pedaqoji şura (Academic board) - Funksiyası təhsil müəssisəsinin pedaqoji fəaliyyətinə nəzarət
etməkdən ibarət olan pedaqoqlar şurası. Şura üzvlərinin bəziləri səsvermə yolu ilə, bəziləri isə
tutduqları vəzifəyə görə seçilir.
Peşə etikası (Code of Conduct) – Peşəkar davranışı tənzim edən etik qaydalar, normalar. Məs.,
açıq imtahanların keçirilməsində qiymətləndirmə orqanlarının iş qaydasını tənzimləyən tövsiyə,
yaxud təlimatlar.
Peşə (müəllimlərə aid) etikası (Teachers’ Code of Conduct) – Müəllimlərin peşə fəaliyyətini
və davranışını tənzim edən etik qaydalar, normalar.
Peşə təhsili (Vocational/Technical education) – Fərdləri əmək bazarına hazırlamaq üçün
onların peşə-ixtisas məktəblərində konkret ixtisas və peşə üzrə müəyyən bilik və bacarıqlar əldə
etməsini nəzərdə tutan təhsil. İlk peşə-ixtisas məktəbləri XVIII əsrin əvvəllərində Almaniyada, XIX
əsrdə Fransada, XIX əsrin 70-ci illərində ABŞ-da yaranmışdır.