QADIN RUHUNDA ŞADLIQ VƏ TƏRAVƏT
Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, əri
tərəfindən sevilən, bu sevgidən arxayın olan qadın qəm-
qüssədən uzaqdır. Belə bir arxayınlıq qadına daxili bir
rahatlıq verir. Ərində özünə qarşı biganəlik görən, onun
başqa kəslərə və başqa şeylərə maraq göstərdiyinə şahid
olan, ərinin qəlbini ram etməkdə acizlik hiss edən qadın
isə günbəgün pərişanlaşır, ruhi təravətini əldən verir.
Qarşı tərəfin biganəliyi qadın ruhiyyəsinə o qədər mənfi
tə`sir göstərir ki, o hətta övladlarına qarşı biganələşir.
Yə`ni hətta analıq hissləri də ərin münasibəti ilə
müəyyənləşir. Kişinin himayə və mehribanlığı qadın üçün
o qədər dəyərlidir ki, bu hisslər olmadıqda ailə həyatı
qadın üçün dözülməz olur. Belə bir izdivac heç vaxt
xoşbəxtliyə aparmır.
Beləcə, mə`lum olur ki, ərin öz arvadına münasibətdə
həssaslığı ailə həyatının xoşbəxtliyində misilsiz rola
malikdir.
1
“Nəhcül-bəlağə”, Sübhi Saleh s. 405, n. 31.
46
Belə bir nöqtəni də nəzərdən qaçırmaq olmaz: Qadın
kişinin soyuqluğunu onun nəzərinə çatdıra bilmir! Ona
elə gəlir ki, bu onun mənliyinə xələl gətirir. Amma bu
biganəlik davamlı şəkil aldıqda qadının rəftarlarında onun
mənfi təzahürləri özünü büruzə verir. Məsələ gündən-
günə çətinləşir.
Qadın dərin daxili hisslərə malik olduğundan təbii bir
şəraitdə əri yolunda böyük fədakarlıqlar göstərib,
məhrumiyyətlərə
dözə
bilər.
Amma
bütün
bu
fədakarlıqlar yalnız o zaman baş verir ki, qadın əri ilə
münasibətdə ruhən tə`min olunsun və özünü alçaldılmış
görməsin. Başqa sözlə, ailə rabitələrində e`timad, həyat
yoldaşının diqqəti və mehribanlığı qadına güc verir ki,
çətinlikləri
adlasın,
ərinə
münasibətdə
böyük
fədakarlıqlar göstərsin. Hətta belə bir vəziyyətdə qadın öz
məhrumiyyətlərindən ləzzət alır. Amma qadının sevgisi
və fədakarlığı qiymətləndirilmədikdə onun ruhiyyəsi
günbəgün zəifləyir, hansısa fədakarlığa yer qalmır.
Beləcə, ixtilaf və qarşıdurmaların bünövrəsi qoyulur.
Bir çox ailə ixtilaflarının kökü budur ki, qadın əsil
istəyinə çatmır, ərinin qəlbini və məhəbbətini qazana
bilmədiyini düşünür, amma bunu açıqlamır, bu hisslərin
tə`siri altında qadın özündən asılı olmayaraq uyğunsuzluq
və e`tiraz yolunu seçir.
Təəssüf ki, bir çox kişilər qadın ruhiyyəsindən
xəbərsiz olduqlarından onun qanuni istəklərinə biganəlik
göstərirlər.
Onlar
öz
rəftarlarının
nə
ilə
nəticələnəcəyindən
xəbərsiz
həyat
yoldaşlarına
məhəbbətlərini əsirgəyir, onu iztirab aləmində tənha
buraxırlar. Qadın öz ailə həyatında məğlubiyyət hiss edib
eşq sərmayəsini hədərə verdiyini düşündükdə özünü ailə
həyatına necə həsr edə bilər?! Bu sayaq düşüncələrlə
qəlbin pak hisslərini səxavətlə paylaşmaq, həyat nihalına
eşq və məhəbbətlə qulluq etmək mümkündürmü?!
|