Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə127/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   123   124   125   126   127   128   129   130   ...   152
YourFileName

Birinci  halda,  həyata  keçiriləcək  məsələ  yerli  özünüidarə  orqanlannm 
səlahiyyətlərinə aid edilir və belə işlərin icrasında onlar tamhüquqlu subyekt kimi 
çıxış edirlər. 
İkinci  halda  yerli  özünüidarə  orqanlan  dövlət  idarəetmə  orqanlanmn 
nümayəndələri kimi çıxış edir, qanunauyğun surətdə onlara həvalə edilən məsələləri 
həll edirlər. 


141 
 
Beynəlxalq təcrübədə yerli özünüidarəetmənin təşkilinin əsas prinsiplərindən 
biri  onun  müstəsna  səlahiyyətlərinin  müəyyənləş-  dirilməsindən  ibarətdir.  Bu, 
dövlət  tərəfindən  rəsrhi  şəkildə  tanınan  və  həyata  keçirilıhəsiıiə  təminat  verilən 
səlahiyyətlərdir.  Bələdiyyələr  müstəsna  səlahiyyətlərini  dövlətin  müəyyən  etdiyi 
standartlara uyğun həyata keçirməli və buna görə məsuliyyət daşımalıdırlar. Xarici 
ölkələrdə  bələdiyyələrin  səlahiyyətləri  müvafiq  inzibati-ərazi  vahidinin 
səviyyəsindən  asılı  olaraq  müxtəlifdir.  Bununla  belə,  əksər  Ölkələrin  yerli 
özünüidarəetmə  orqanlannm  fəaliyyət  sahəsinə  daxil  olan  məsələləri  bu  cür 
sıralamaq olar: məişət tullantılanmn toplanması və emalı, ərazinin abadlığı ilə bağlı 
xidmətlər,  qaz,  istilik,  su  təchizatı,  kanalizasiya  xidməti,  ərazidaxili  bəzi  rabitə 
xidmətləri, yanğınsöndürmə xidməti, ictimai nəqliyyat, istehlak mallanmn ekoloji 
təmizliyi  və  qiymətləndirilməsinə  qismən  nəzarət,  mərasim  xidmətləri  və 
qəbiristanlıqlann saxlanılması və s. 
Qeyd edək ki, səlahiyyətlərin dinamik xarakterini və dövlət modelinin dəyişməsinin 
dinamikliyini  nəzərə  alaraq,  səlahiyyətlərin  bölgüsü  prinsipi  daimi  proses  olub 
dövlətdaxili  münasibətlərin inkişafı ilə müəyyən olunur. Buna görə də  məsələnin 
birdəfəlik və həmişəlik həllini tapmaq olduqca çətin işdir. Optimal həlli tapmaq üçün 
səlahiyyətlərin  daim  yenidən  bölünməsini  tələb  edən  belə  vəziyyətlərdə  müasir 
idarəetmə  praktikasında  subsidiarlıq  prinsipindən  istifadə  olimur.  Səlahiyyət 
bölgüsü  sahəsində  subsidiarlıq  prinsipi  dedikdə,  nəzərdə  tutulur  ki,  dövlət 
hakimiyyət  orqanlan  yalmz  o  funksiyalan  öz  üzərinə  götürməlidirlər  ki,  bu 
funksiyalan  yerli  özünüidarəetmə  orqanlan  yerinə  yetirmək  imkanına  malik 
olmasınlar. Strateji baxımdan gələcəkdə Azərbaycanda dövlət hakimiyyət orqanlan 
və  yerli  özünüidarəetmə  orqanlan  arasında  səlahiyyət  bölgüsündə  subsidiarhq 
prinsipinin tətbiqini ən vacib məsələlərdən biri hesab etmək lazımdır. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin