12.3. Dövlət və bələdiyyə orqanları arasında münasibətləri tənzimləyən
konstitusiya zəmanətlərinin təmin olunması.
Dövlət orqanları ilə bələdiyyələr arasmdakı münasibətlərin mühüm
tərəflərindən biri də yerli özünüidarəetməyə verilən konstitusiya zəmanətlərinin
təmin olunmasından ibarətdir. Bələdiyyələrin hüquqlarmın məhdudlaşdmlması,
qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, qadağan olunur.
' Bələdiyyə əhalisinin öz iradəsini birbaşa ifadə etməsi yolu ilə qəbul etdikləri
və bələdiyyənin vəzifəli şəxslərinin öz səlahiyyəti daxilində qəbul etdikləri
qərarlarm bələdiyyə ərazisində yerləşən, mülkiyyət növündən asılı olmayaraq, bütün
idarə, müəssisə və təşkilatlar, habelə dövlət hakimiyyətinin yerli orqanları tərəflndən
yerinə yetirilməsi məcburidir. Bələdiyyə orqanlan və vəzifəli şəxslərinin qərarlan
yalnız onların özləri və ya məhkəmə tərəfindən ləğv edilə bilər. Bu qərarlann yerinə
yetirilməməsinə və ya tələb olunan səviyyədə yerinə yetirilməməsinə görə
qanunvericiliklə məsuliyyət nəzərdə tutulur. Bələdiyyə orqanlanmn və vəzifəli
şəxslərinin müraciətlərinə dövlətin hakimiyyət orqanlan, vəzifəli şəxsləri, həmin
müraciətin göndərildiyi bütün idarə, müəssisə və təşkilatlar mütləq bir ay
müddətində baxmalıdırlar. Bütün bu zəmanətlərin təmin olunması səmərəli qarşılıqlı
münasibətlərin formalaşdırimasma imkan verə bilər.
Dövlətlə yerli özünüidarəetmə orqanlan arasmda səmərəli qarşılıqlı münasibətlər
sisteminin formalaşdıniması üçün yerli Özünüidarəetmələrə bəyan olunmuş deyil,
məhz real zəmanətlərin təmin olunması tələb olunur. Bu baxımdan ən səmərəli, həm
siyasi, həm də iqtisadi baxımdan faydalı tədbirlərdən biri dövlət hakimiyyət
orqanlanmn yerli özünüidarəetmə sisteminin inkişafı ilə bağlı qəbul etdiyi qərarlarm
işlənib hazırlanması və qəbtüu prosesində bələdiyyələrin nümayəndələrinin
147
iştirakmm təmin olunmasıdır. Bu işi bələdiyyə birliklərinin köməyi ilə həyata
keçirmək mümkündür. Bələdiyyə birlikləri yerli özünüidarəetmə orqanlanna öz
ümumi problemlərini daha dəqiq formalaşdırmağa və dövlət orqanlanmn diqqətinə
çatdırmağa, dövlət hakimiyyət orqanlanna isə dövlətin yerli özünüidarəetmə
sahəsində bələdiyyələrlə birgə razılaşdınimış döylət siyasətinin işlənib
hazırlanmasına və birliyin bütün üzvlərinə eyni vaxtda müraciət etməsinə imkan
yaradır. Bu baxımdan, ölkədə bütün bələdiyyə qurumlannm maraqlarınm
müdafiəsini təşkil etmək və onlarm nümayəndəliyini təmin etmək üçün son
dövrlərdə yaradılmış şəhər, qəsəbə, kənd bələdiyyələrinin milli birliklərinin
(assosiasiya- lannm) yaradılmasmın mühüm əhəmiyyəti olacaqdır. Dövlət
hakimiyyət orqanlan üçün də bələdiyyə birlikləri yerli özünüidarəetmə haqda
razılaşdınimış dövlət siyasətinin işlənib hazırlanması və onun bütün üzvlərinə eyni
vaxtda müraciət etməsinə imkan verə bilər.
Dövlət və yerli özünüidarəetmə orqanlan arasındakı qarşılıqlı münasibətlərin
inkişafı və yerli özünüidarəetmə sahəsində dövlət siyasətini formalaşdırmaq
baxımından ölkə Prezidentinin, Nazirlər Kabinetinin, Milli Məclisin yanında yerli
Özünüidarəetmə şuralanmn yaradılmasına da böyük ehtiyac vardır. Strateji
səmərəlilik baxınun- dan tələb olunur ki, dövlət və yerli özünüidarəetmə orqanlan
arasındakı münasibətlər, xüsusilə dövlət hakimiyyətinin yerli özünüidarəetməyə
təsiri planlı və proqnozlaşdınla bilən xarakter daşısın. Belə bir imkan dövlət
hakimiyyət orqanlanna yerli özünüidarəetməyə yardım sahəsində dövlət
proqramlarının qəbul olunmasına və reallaşdırilmasınä şərait yaradır.
Bütövlükdü dövlət -və yerli özünüidarəetmə orqänlannm qarşılıqlı fəaliyyəti
çox mühüm və əhatəli problemdir və cəmiyyətin həyat fəaliyyətinin bütün siyasi,
sosial-iqtisadi, maliyyə və digər tərəflərini əhatə edir. Dövlət və yerli
özünüidarəetmə orqanlan ara- smdakı qarşılıqlı fəaliyyət mexanizminin, səmərəli
qarşılıqlı münasibətlər sisteminin qurulması aşağıdakıları nəzərdə tutmalıdır:
-
Dövlət hakimiyyət orqanlan ilə yerli özünüidarəetmə orqanlan arasında
münasibətlərin qarşılıqlı əməkdaşlıq, hörmət və məsulij^ət, qanunçuluğa əməl
olunması, maraqlarm razılaşdıniması prinsipləri əsasında qurulması;
148
-
dövlət hakimiyyət orqanlan tərəfindən yerli özünüidarəetmənin inkişafına,
onun müstəqilliyinə zəmanətlərin təminjedilməşinə yardım edilməsi, onlara təşkilati
və digər dəstəyin verilməsi;
-
bələdiyyə qummlanmn maraqlanna toxunan məsələlər barədə qərar qəbul
edilərkən yerli özünüidarəetmə orqanlarmm rəyinin nəzərə aimması;
-
yerli özünüidarəetmə orqanlan ilə dövlət hakimiyyət orqanlan arasmda
münaqişəli məsələlərin həlli üçün paritet əsaslarla razılaşdmcı komissiyalann
yaradılması imkamnm olması;
-
dövlət hakimiyyət orqanlan ilə yerli özünüidarəetmə orqanlarmm
müqavilələr bağlamaq, daimi və ya müvəqqəti fəaliyyət göstərən birgə
əlaqələndirmə, məsləhət və digər işçi orqanlar yaratmaq hüququ və s.
Belə bir qarşılıqlı fəaliyyət sisteminin yaradılması məsələsi aşağıdakılar
vasitəsilə daha səmərəli həll oluna bilər:
-
yerli özünüidarəetmənin müstəsna səlahiyyətlərinin formalaş- dınlması;
-
dövlət hakimiyyət orqanlannın strukturunun təkmilləşdirilməsi və yerli
özünüidarəetməyə səmərəli yardım sisteminin yaradılması;
" - dövlət və bələdi)o^ə idarəetməsinin peşəkarlaşdınlması, bələdiyyələrə
hüquq, idarəetmə, iqtisadiyyat sahələrində yeni idarəçilik və təsərrüfatçılıq şəraitini
nəzərə almaqla ha
2nrlanmış mütəxəssislərin cəlb olunması;
-
yerli özünüidarəetmənin reeıl inkişafim təmin edəcək sabit maliyyə- iqtisadi
əsaslann formalaşdıniması və möhkəmləndirilməsi;
-
bələdi;^ə
qurumlanmn
ərazilərinin
optimallaşdıniması,
yerli
özünüidarəetmənin modellərinin və strukturunun təkmilləşdirilməsi;
-
dövlət hakimiyyət orqanlan ilə yerli özünüidarəetmə orqanlan arasmda
səlahiyyət hədlərinin müəyyənləşdirilməsi;
-
bəzi dövlət səlahiyyətlərinin bələdiyyələrə həvalə olunması;
-
dövlət səlahiyyətlərinin reallaşdınlmasma zəmanətlərin təmin olunması;
-
ərazilərin iqtisadi və sosial inkişafı sahəsində bərabər başlanğıc şəraitin və
bələdiyyə iqtisadiyyatım stimullaşdırmaq üçün bərabər imkanlann yaradılması;
-
bələdiyyələrin iqtisadi potensialımn artıniması və s.
|