156
MÖVZU 13. Bələdiyyə idarəçiliyində informasiya və kadr təminatı
işinin təkmilləşdirilməsi
13.1. İnformasiya anlayışı
13.2. Bələdiyyə idarəçiliyində informasiya təminatı
13.3. Bələdiyyə idarəçiliyində informasiya texnologiyalarının
tətbiqi. Elektron bələdiyyə
13.4. Bələdiyyə idarəçiliyində sosial texnologiyaların tətbiqi
13.5. Bələdiyyə idarəçiliyində kadr təminatı və onun təkmilləşdirilməsi
məsələləri.
13.1. İnformasiya anlayışı İnformasiya termini mənşəcə latın sözü
olub,
izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan «informatio» sözündən
yaranmışdır. İnformatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi qəbul
olunur.
İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar,
faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə
müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnformasiyanı
yaratmaq,
ötürmək,
saxlamaq,
emal
etmək
mümkündür.
İnformasiya
təbiətdə
siqnallar
şəklində
ötürülür
və
iki
tipə
ayrılır:
analoq və
rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər
isə
rəqəmli
informasiyaların
köməyilə
fəaliyyət
göstərir.
Müxtəlif intensivliyə malik olan siqnallar müxtəlif informasiyaları daşıyır. Bu tipli
informasiyanı
analoq informasiyaadlandırırlar. Analoq informasiya kəsilməzdir —
biz təbiətdə heç bir vaxt iki eyni rəngli yarpaq və ya iki eyni formalı iki bulud görə
bilmərik.
Kompyuterdə informasiya başqa xüsusiyyətə malik verilənlər şəklində təsvir olunur.
Şəkildə hər hansı rəng nə qədər parlaqdırsa, kompyuterin yaddaşında bu siqnal bir o
qədər artıq olur. Bunları səs və başqa siqnallar haqqında da demək olar. Bu formada
təsvir
edilən
informasiya
rəqəmli
informasiya adlanır.
Rəqəmli informasiya diskretdir, belə ki, səs, rəng və formaların sonsuz
müxtəlifliyinin təsviri üçün ədədlərin müəyyən və sonlu sayından istifadə edilir.
Analoq informasiyanın rəqəmli şəkildə təsviri analoq-rəqəmli çevrilmə adlanır. Bu
çevrilmədə istifadə edilən ədədlər nə qədər müxtəlif olarsa, rəqəmli informasiyanın
diskretliyi, yəni onun dəqiqliyi də bir o qədər çox olar, başqa sözlə, rəqəmli
informasiya
analoqa
bir
o
qədər
yaxın
olar.
Başqa sözlə, analoq informasiya deyildiyi kimi təsvir edilir və insanın duyğu üzvləri
ilə qəbul edilir. Rəqəmli informasiya isə kompyuterin emal etdiyi informasiyadır və
157
kodlarla
ifadə
olunur.
İnformasiyanın 1) faydalılıq, 2) tamlıq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s.
kimi
xassələri vardır.
İnformasiya yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və
vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformatikada
fakt, məlumat, xəbər terminləri çox vaxt «verilənlər» sözü ilə ifadə olunur.
«Verilənlər» (ing. data) texniki vasitələrlə (məsələn, kompyuterlə) saxlanması,
emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir edilən (kodlaşdırılan)
məlumatdır. «Verilən» termini latınca «datum» (fakt) sözündən yaranmışdır. Lakin
verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-
dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə etməyə bilər. Odur ki, verilən
dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür.
Verilən ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin
olunurlar. Verilənlərin tip xarakteristikasından əsasən proqramlaşdırmada
istifadə
edilir.
Tipinə görə verilənləri 4 qrupa ayırırlar:
— hesabi (və ya rəqəm tipli);
— mətn (və ya simvol tipli);
— məntiqi tipli;
— göstərici tipli.
Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur (Məs., «yaşı-28»).
Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur (Məs., «qırmızı
rəngli»).
Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə ifadə olunur (məs., «18 ədədinin
tək ədəd olması doğru deyil»).
Göstərici tipli verilənlərdə isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək
üçün istifadə olunur.
Qeyd edək ki, proqramlaşdırmada verilənlər
həmçinin say sisteminə, təsvir
formasına, ölçüsünə görə də xarakterizə edilir.
158
Müasir cəmiyyətdə informasiya hakimiyyətin mühüm mənbələrindən biridir.
İnformasiya təminatının səviyyəsi, onun müasir texnoloji və telekomunikasiya
sistemləri ilə təchiz olunma dərəcəsi dövlət və bələdiyyə idarəetməsinin
səmərəliliyinə əsaslı təsir göstərən amil hesab olunur.
İnformasiya – uyğun predmet, hadisə, proses və münasibətlər haqqında
toplanmış və istifadə olunmaq üçün yararlı formada sistemləşdirilmiş müəyyən
məlumatların, verılənlərin, faktların və xüsusiyyətlərin toplusundan ibarət olub,
dövlət idarəetməsinin əsasını təşkil edir.
Dövlət və bələdiyyə idarəetməsinin
informasiya təminatının məqsədi
toplanmış ilkin məlumatlar əsasında işlənilmiş və aqreqasiya olunmuş elə
informasiya əldə etməkdir ki, bunlar idarəetmə qərarlarının qəbulu üçün əsas rolunu
oynaya bilsin.
Dostları ilə paylaş: