12.2. Dövlət və bələdiyyə orqanları arasında maliyyə iqtisadi münasibətlər.
Dövlət və yerli özünüidarəetmə orqanlan arasmdakı münasibətlərin ikinci
forması maliyyə-iqtisadi münasibətlərdir. Əgər təşkilati-hüquqi münasibətlər dövlət
142
və yerli özünüidarəetmə orqanlan arasında əlaqələrin ümumi strukturunu və ya
sistemini yaradırsa, maliyyə-iqtisadi münasibətlər bu sistemin fəaliyyətinin maddi
təminatçısı funksiyasını həyata keçirirlər. Hansı formal statusa və hansı
səlahiyyətlərə malik olmasına baxmayaraq, əgər yerli hakimiyyət kifayət qədər
maddi-maliyyə resurslanna malik deyilsə, real olaraq müstəqil idarəetmə
hakimiyyətinə çevrilə bilməz. Təcrübə göstərir ki, idarəetmə səviyyələri arasmda
münasibətlərdən ən mürəkkəbi, məhz maliyyə-iqtisadi münasibətlərdir və idarəetmə
səviyyələrinin bir-birindən müstəqillik dərəcəsi maliyyə-iqtisadi münasibətlərdə
özünü daha çox büruzə verir.
Bu münasibətlər mərkəzi hakimiyyət və yerli özünüidarəetmə orqanlan arasmda
funksiya və səlahiyyətlərin bölüşdürülməsindən sonra həyata keçirilən gəlir
mənbələrinin müəyyənləşdirilməsi prosesində baş verir. Mərkəzi hakimiyyət çox
vaxt maliyyə mənbələrini əlində toplamağa və bunlardan yerli özünüidarə
orqanlarma qarşı təsir vasitəsi kimi istifadə etməyə çalışır. Xüsusilə yeni qurulan
bələdiyyələr maliyyə mənbələrinə daha çox ehtiyac hiss etdikləri üçün, bu halda
istər-istəməz dövlətin təsir dairəsinə düşərək ondan asılı olurlar.
Dövlət və bələdiyyə orqanlan arasındakı maliyyə münasibətlərində şaquli
fıskal disbalans (mərkəzi və yerli özünüidarəetmə orqanlanmn maliyyə vəsaitlərinin
həcmi ilə səlahiyyətlərin bölgüsü prosesində onlara verilən vəzifə və fimksiyalann
həcmi arasmda olan uyğunsuzluq) yaranmasın deyə, mərkəzi hakimiyyət bir qayda
olaraq, yerli özünüidarəetməni vəzifə və səlahiyyətlərinə görə gəlir mənbələri ilə
təmin etməlidir. Başqa sözlə desək, bələdiyyələrə aynlan maliyyə vəsaitləri onların
konstitusiya və qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərinə uyğun olmalıdır.
Təsadüfi deyil ki, bu prinsip yerli özünüidarəetmə haqqmda Avropa Xartiyasında da
öz əksini tapmışdır.
Beləliklə, dövlət və yerli özünüidarəetmə orqanlan arasmda maliyyə
əlaqələrinin iki tərəfi vardır. Bunlardan birincisi vəzifələrin, digəri isə resurslann
bölüşdürülməsi ilə əlaqədardır. Eyni mənanı xərc və gəlirlərin bölgüsü şəklində də
ifadə edə bilərik. Çünki hər bir vəzifənin yerinə yetirilməsi müəyyən maliyyə sərfinə
gətirib çıxanr.
143
Təbii ki, ictimai xidmətlərin dövlət və bələdiyyələr arasmda bölüşdürülməsi,
onlann reallaşdınlması üçün lazım olan maliyyə vəsaitlərinin də bölüşdürülməsini
məcburi edir. Ona görə də idarəetmə səviyyələri arasında gəlir bölgüsünü hansı
meyarlara görə və necə həyata keçirmək, başqa sözlə gəlir bölgüsünün ən rasional
formasını necə tapmaq kimi suallar tədqiqatçılan daim narahat etmişdir.
Ədəbiyyatda bu məsələlərlə bağlı “maliyyə federalizmi” və ya “maliyyə qeyri-
mərkəzləşdirilməsi” kimi terminlərdən istifadə olunur.
Dövlət və yerli özünüidarəetmə orqanlan arasmda maliyyə- iqtisadi münasibətlərin
tənzimlənməsinin ilkin pilləsi onlar arasında xərclərin bölgüsündən ibarətdir ki, bu
da bilavasitə əhaliyə göstərilməli olan xidmətlərin bu hakimiyyət səviyyələri
arasında bölgüsü ilə bağlıdır. Dövlət və yerli özünüidarəetmə orqanlan arasında
xidmət bölgüsü (maliyyə termini ilə desək, xərc bölgüsü) iqtisadi və ənənəvi
(praktik) meyarlara göp həyata keçirilir. Xidmətlərin iqtisadi meyara görə bölgüsü
xidmətin yayıldığı sahə və onun yaratdığı xarici effekti, xidmətlərə olan tələbatın
optimal səviyyəsinin müəyyən edilməsini, bunun nəticəsi olaraq həmin ərazilərdə
istehsal vahidlərinin yaradılmasım və bu zaman resurslardan optimal istifadə
olunmasım nəzərdə tutur. Ənənəvi meyara görə isə ümumdövlət miqyasmda
bölünməzlik və məhrum edilməzlik əlamətlərinə malik müdafiə, diplomatiya, milli
təhlükəsizlik və başqa xidmətlərin mərkəzi hökumət, bölgə miqyaslı yanmictimai
məhsullarm isə yerli özünüidarəetmə orqanlan tərəfindən istehsalı məqsədəuyğun
hesab edilir.
Dövlət idarəetmə orqanlan və yerli özünüidarə orqanlan ara- smdakı maliyyə
əlaqələrinin digər tərəfi isə gəlirlərin bölüşdürülməsidir. Mərkəzi orqanlarla yerli
özünüidarəetmə orqanlan arasmdakı gəlir bölgüsünün ədalətli və rasional əsaslarla
apaniması bələdiyyələrin müstəqil bir qurum kimi fəaliyyətinin təməl maliyyə
şərtidir. Yerli özünüidarəetmə orqanlan yerli səviyyədə xidmət göstərən qurumlar
kimi qanunla onlara tapşmimış və dövlət orqanlan tərəfindən həvalə edilmiş işlərin
həyata keçirilməsi üçün müəyyən məsrəflər çəkməlidirlər. Bu məsrəfləri ödəmək
üçün yerli özünüidarəetmə orqanlanna müvafiq gəlir mənbələri də aynlmalıdır.
Həmin gəlirlər dövlət tərəfindən yerli özünüidarəetmə orqanlannm üzərinə qoyulan
144
xərclərə mütənasib olmalı, başqa sözlə, onlann ödənilməsinə kifayət etməlidir. Əks
halda, yerli özünüidarəetmə orqanlan borclardan və dövlət orqanlanmn
yardımlanndan asılı vəziyyətə düşə bilər ki, bu da onlann müstəqilliyi, hətta
mövcudluğu üçün təhlükəlidir.
Dövlət idarəetmə və yerli özünüidarə orqanlan arasmda xərdərin bölgüsündə
olduğu kimi, gəlirlərin bölgüsündə də müəyyən dəqiq qaydalarla tənzimlənən, əksər
ölkələr tərəfindən qəbul edilmiş vahid bir sistemin olduğunu söyləmək çətindir. Belə
vəziyyətin yaranmasının başlıca səbəbi bu ölkələr arasmda bir sıra tarixi inkişafla,
dövlət quruluşunun xüsusiyyətləri ilə bağlı milli gəlir səviyyəsində və
mərkəzləşdirmə səviyyəsində müəyyən fərqlərin olmasıdır.
Gəlirlərin bölüşdürülməsi zamanı diqqət mərkəzində olmalı mühüm problemlərdən
biri də gəlir mənbələrinin-müxtəlif ərazilər arasında qeyri- bərabər paylanmasıdır.
Bir ərazinin digərindən iqtisadi inkişaf səviyyəsinə və ya əlverişli təbii şəraitə görə
üstün olması coğrafi və tarixi amillərlə bağlıdır. Belə vəziyyətin yaranması yerli
özünüidarəetmə orqanlanmn fəaliyyətindən asılı deyil. Ona görə də gəlirlərin
bölgüsü zamam dövlət digər yerli özünüidarəetmə vahidlərinin hüquqlannı
pozmadan
iqtisadi
cəhətdən
zəif
ərazilərin
gəlir
mənbələrinin
möhkəmləndirilməsinə çalışmalıdır. Bu məsələ, əsasən, dövlət yardımlanmn köməyi
ilə həyata keçirilir. Hesab olunur ki, yerli özünüidarəetmə qurumlanmn dövlət
yardımlan alması iki növ yerli əhəmiyyətli problemlərin mövcudluğu ilə bağlıdır.
Bunlar yerli özünüidarəetmə orqanlanmn nəzarət dairəsindən kənardakı amillər və
onlann nəzarət dairəsində olsa da, bəzi siyasi məsələlərə görə öhdəsindən gələ
bilmədikləri problemlərdir. Yerli özünüidarə orqanlanmn nəzarət dairəsindən
qıraqdakı amillərə misal olaraq, gəlir mənbələrinin ərazilər arasmda qeyri-bərabər
paylanmasını və yerli orqanların fəaliyyətləri nəticəsində yaranan bəzi «xarici
efifektləri» göstərmək olar. İkinci növ problemlərə isə yerli özünüidarəetmə
orqanlanna verilən vergi və ödənişlərin elastiklik əmsalımn aşağı olmasım və
borclanma imkanlannm məhdudlaşdınimasmı aid etmək olar. Beləliklə, yerli
özünüidarəetmə orqanlanmn onlarm fəaliyyətindən asılı olmayaraq qarşılaşdıqlan
problemlərin yaratdığı xərcləri müəyyən qədər ödəmək üçün dövlət yardımlan
145
alması xüsusi əhəmiyyət kəsb edir.
Dövlət hakimiyyət orqanlan bələdiyyələrlə normal malİ
5ryə- iqtisadi
münasibətlərin yaranmasına gətirib çıxaracaq bir sıra səlahiyyətlərə malikdirlər.
Bunlar aşağıdakılardır:
-
dövlət mülkiyyəti obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi
qaydalarım müəyyənləşdirmək;
-
ayn-ayn dövlət səlahijo^ətlərini bələdiyyələrə vermək, bu səlahiyyətləri
həyata keçirmək üçün zəruri maliyyə vəsaiti ayırmaq, verilmiş dövlət
səlahiyyətlərinin yerinə yetirilməsinə nəzarət etmək; minimal dövlət sosial
standartları müəyyənləşdirmək və onlarm həyata keçirilməsini təmin etmək;
-
dövlət büdcəsi ilə bələdiyyə büdcələri arasmdakı münasibətləri tənzimləmək
və minimal yerli büdcələrin balanslaşdınimasım təmin etmək;
-
dövlət hakimiyyət orqanlarımn qərarlan əsasında bələdiyyələrdə yaranan
əlavə xərcləri ödəmək;
-
bələdiyyələrin maliyyə müstəqilliyinə dövlət zəmanətini təmin etmək.
Dövlətlə bələdiyyələr arasında maliyyə əlaqələri aşağıdakı sahələrdə baş verir:
1) maliyyə sisteminə aid qanunvericilik sahəsində; 2) büdcələr arası (mərkəzi və
yerli) münasibətlər sahəsində.
Azərbaycanda dövlət və bələdiyyələr arasında maliyyə qanunvericiliyi
sahəsində əlaqələr parlament tərəfindən bələdiyyələrin maliyyə fəaliyyətini
müəyyənləşdirən və əsaslandıran hüquqi normalann - qanunlann verilməsi və
bələdiyyələrin öz fəaliyyətlərimi bu qanunlara uyğun surətdə qurması şəklində baş
verir. Azərbaycanda bələdiy^ yələrin maliyyə fəaliyyətinin tənzimlənməsi sahəsində
qanunvericiliyə görə bu resurslar bələdiyyələrə dövlət tərəfindən qanunvericiliklə
müəyyənləşdirilən minimal dövlət sosial standartlanna uyğun və minimal büdcə
təminatı normativləri əsasında verilməlidir.
Yerli büdcələrin minimal zəruri xərcləriminimal büdcə təminatı normativləri
əsasında müəyyən edilməlidir. Ona görə də ümumdövlət sosial standartlan və
minimal büdcə təminatı normativlərinin qəbul olunması tələb olunur.
146
Vacib məsələlərdən biri bələdiyyələrə borcalma imkanlannm yaradılması ilə
bağlıdır. Yerli özünüidarəetmənin kreditləşdirilməsi üçün dövlət siyasətinin işlənib
hazırlanması və investisiyalar üçün əlverişli şəraitin yaradılması maliyyə-iqtisadi
münasibətlərin mühüm tərəflərindən biridir.
Dostları ilə paylaş: |