9
yolunu seçmiş dövlətlərin sayı sürətlə artmışdır. XX əsrin 90
– cı illərinə kimi sosializm quruluşu hökmran olan dövlətlər,
o cümlədən Azərbaycan Respublikası hazırda demokratik
inkişaf yolunu və demokratik dövlətçiliyi qəbul etmişlər.
Demokratik dövlətlərdə xalq hakimiyyəti qəbul edilir və
qurulur. Lakin, bu proses hər bir ölkədə özünün həyata
keçirilmə məntiqinə malik olur. Hələ 1787 – ci ildə ABŞ – ın
konstitusiyasında bu haqda yazılmışdır: “Hər bir ali
hakimiyyət tipi öz dövlət idarəçiliyinin təşkili və fəaliyyəti
məntiqinə malikdir”.
Dostları ilə paylaş: