165
Sosial texnologiyalar – bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin təmin
edilməsi, yerli idarəetmə qərarların qəbulu proseslərində ictimai iştiraka şərait
yaradan vasitələırdir. Beynəlxalq təcrübədə sosial texnologiyalar olduqca
müxtəlifdir:
1.
İctimai dinləmələr
2.
Dəyirmi masalar
3.
Ekspertizalar
4.
İnternet forumlar
5.
Sosioloji sorğular
6.
Maraq qruplarının koalissiyaları və s.
Bələdiyyələrin qəbul etdikləri qərarlar biləvasitə ərazidə yaşayan əhalinin
maraqları ilə biləvasitə bağlı olduğundan , vətəndaşlar, o cümlədən ayrı – ayrı
sosial qruplar bələdiyyə idarəçiliyinin başlıca iştirakçıları olmaqla , onlar
bələdiyyə qərarlarının qəbuluna təsir göstərməlidirlər. Yerli əhali ələsxüsus
yerli budcənin qəbulu və icrası ilə bağlı qərar qəbul etmə proseslərində
fəal
iştirak etməli və büdcə vəsaitlərinin səmərəli istifadəsinə nail olmalıdırlar.
Şübhəsiz ki, bələdiyyə əhalisi müxtəlif sosial təbəqələri özündə
birləşdirir və həmin sosial təbəqələrin büdcə maraqları bir – birindən kifayət
qədər fərqlidir. Məhz bu səbəbdən büdcə layihəsi hazırlanarkən bütün sosial
təbəqələrin maraqları maksimum nəzərə alınmalı, büdcə layihəsi bütün maraqlı
tərəflər arasında razılaşdırılmalı və ortaq məxrəcə nail olunmalıdır. Bunun üçün
budcə prosesləri ilə bağlı idarəetmə qərarların qəbulu zamanı müzakirələrə
bütün maraqlı sosial qruplar cəlb edilməli, onların təklif və arzuları nəzərə
alınaraq ümumi qərar qəbul edilməlidir.
Bələdiyyənin idarəetmə qərarlarının hazırlanması prosesinin hər bir
mərhələsində əhali müxtəlif formalarda iştirak edə bilər. Yerli
özünüidarəetmənin əsas mahiyyəti də məhz vətəndaşların müxtəlif formalarda
bələdiyyələrin fəaliyyətində iştirak edərək mövcud yerli problemlərin həllinə
birgə nail olmaqdan ibarətdir. Bu cür iştirak formaları vətəndaşların və onların
166
müxtəlif birliklərinin bələdiyyə idarəçiliyinə konstruktiv üsullarla təsirini
nəzərdə tutur.
Yerli özünüidarəetmə qərarlarının qəbulu proseslərində vətəndaş
ictimaiyyətinin iştirakının səmərəliliyi ictimai iştirak texnologiyalarının düzgün
seçilməsindən və tətbiqindən asılıdır. İctimai iştirak formaları isə hər bir
konkret şəraitdə ictimai iştirakın təmin edilməsinin məqsədlərindən asılı olaraq
seçilir. Nəzərdə tutulan bu məqsədlər əsasən aşağıdakılardır:
1.
Yerli idarəetmə qərarlarının hazırlanması prosesinin müxtəlif
mərhələləri və qərar layihələri barədə ictimaiyyətin
məlumatlandırılması
2. Yerli idarəetmə qərarlarının qəbulu prosesinə real ictimai
təsir mexanizminin yaradılması
Yeli idarəetmə qərarlarını qəbul etməzdən əvvəl , qəbul edilməsi
nəzərdə tutulan bələdiyyə aktının layihəsi, məsələn yerli büdcə layihəsi
əhalinin müxtəlif təbəqələri ilə müzakirə edilməli, müvafiq
məsləhətləşmələr aparılmalı, ictimaiyyətin mövqe və maraqları
öyrənilməli və onlar mütləq qəbul ediləcək bələdiyyə qərarlarında nəzərə
alınmalıdır.
Göründüyü kimi yerli idarəetmə qərarlarının hazırlanması və
qəbulu proseslərində müasır sosial texnologiyaların tətbiqində əsas
məqsəd idarəetmə qərarların qəbulu və icrası proseslərində ictimai
iştirakın təmin edilməsi yolu iləə bələdiyyələrin fəaliyyətində şəffavlığın
artırılması və bələdiyyə idarəçiliyində səmərəliliyin artırılmasına nail
olmaqdır.
Dostları ilə paylaş: